Nazir oliqarxın oğlunu yüksək vəzifəyə gətirmək istəyir - İddia (Foto)
Elm və Təhsil nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri indiki vəzifəsini trampilin kimi görür.
Keçən ilin son ayında Elm və Təhsil nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyinat alan, keçmiş məmur oğlu Coşqun Əliyevlə bağlı xəbər var.
AzFakt.com-un əldə etdiyi məlumata görə Coşqun Əliyev qısa müddətdən sonra Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdirliyindən daha yüksək vəzifəyə təyinat alacaq.
Bildirilir ki, əslində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsi Coşqun Əliyev üçün trampilin rolu oynayır. Həmçinin Quba-Xaçmaz Regional Təhsil İdarəsi müdiri vəzifəsinin ciddi və məsuliyyətli bir iş olduğu və hər an gündəmə gəlmə ehtimalının yüksək olması Coşqun Əliyevi narahat edir.
Qeyd edək ki, Coşqun Əliyev ilk əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin müdiri vəzifəsində çalışıb. Daha sonra atasının parking və istixana biznesinə nəzarət edən Coşqun əliyev, qəflətən Xızı-Abşeron Regional Təhsil İdarəsinin müdiri müavini vəzifəsinə təyinat alıb.
Mətbuata təkzib edilməyən məlumatlara görə Coşqun Əliyevin atası, sabiq məmur Vidadi Əliyev Azərbaycanda ən böyük pomidor istixanalarına sahibdir. Zirədə yerləşən bu istixanalarda yetişdirilən pomidorlar əsasən Rusiyaya ixrac edilir.
Eyni zamanda onların yanacaqdoldurma məntəqələrinin və xeyli sayda kirayə verilən obyektləri də var.
Bu obyektlərdən biri Yasamal rayonunda klinika kimi fəaliyyət göstərir.
Coşqun Əliyevin mərkəzdə -Bakıda daha yüksək vəzifəyə gəlməkdə məqsədi həm də bizneslərinə ciddi nəzarət etməkdir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 7613 Tarix: 01 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Valideynlərin bu sözləri uşağın özünə inamını necə məhv edir?
Uşağı sakitləşdirmək onun emosiyalarını "silinməsi" demək deyil. Ən effektiv yol onun yanında olmaq, onu anlamaq və hisslərini ifadə etməyə kömək etməkdir. xarici mediaya istinadən xəbər verir ki, valideynlər bu cür ifadələri uşaqlarına deməsinlər. Uşaq psixoloqu və professor Sem Vass iza
6 aprel"Təmtəraq insanın dəyərini müəyyən etmir" - AÇIQLAMA
"Yasların və toyların təmtəraqlı keçirilməsi zaman-zaman gündəmdə olub. Bu məsələ ilə bağlı iki fərqli baxış mövcuddur". Bunu -a Sosioloq Mail Yaqub danışıb. O, açıqlamasında qeyd edib ki, cəmiyyətdə müəyyən balans yaradılmalıdır:. "Birinci yanaşmaya görə, azad bazar şəraitində insanla
7 aprelSəmada 34 il: AZAL yaranma tarixini qeyd edir
7 aprel Azərbaycan Hava Yollarının (AZAL) yaranmasının 34-cü ildönümüdür. 1992-ci ilin məhz bu günündə təsis edilmiş AZAL sərnişinlərinə təhlükəsiz və fasiləsiz uçuşlar təqdim etməyi əsas prioritet kimi müəyyən edib. Bu əlamətdar tarix ölkəmizin dünyanın müxtəlif ölkələri ilə hava əlaqələrinin genişləndirilməs
7 aprelSumqayıtda dəm qazından zəhərlənən 5 uşağın vəziyyəti AĞIRDIR
Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında 4 nəfərin (kişi cinsli) müalicəsi davam etdirilir. xəbər verir ki, Sumqayıt Tibb Mərkəzinin və Respublika Pediatriya Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu təyin edilən 2 nəfərin vəziyyətləri ağı
7 aprel"Papanin" hospitalında nüfuz alveri - Polkovnikə cinayət işi açıldı
Silahlı Qüvvələrin Baş Klinik Hospitalının maddi texniki təminat bölməsinin rəisi polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polkovnik A.Paşayev nüfuz alverində ittiham olunur. Hazırda həmin vəzifədə xidmət edən A.Paşayev istintaq müddətind
6 aprelOğuzda DƏHŞƏTLİ HADİSƏ - Toydan qayıdan ata və qızı xəstəxanalıq oldular
Oğuz rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, aprelin 7-də saat 03:30-da baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə beş nəfər (üç qadın, iki kişi) Oğuz Rayon Mərkəzi Xəstəxanasını
7 aprel