Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI
Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq.
Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur.
Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildirib ki, şəhərə əsas axınlardan biri şimal istiqamətdən - Sumqayıt və Xırdalandandır. Əgər müəyyən sayda insan bu imkandan yararlanarsa, şəhərə gələn axının bir hissəsini metro öz üzərinə götürər.
O qeyd edib ki, "Avtovağzal" metrostansiyası üzərindən "Memar Əcəmi"yə qədər gedərək yaşıl xətt ilə davam etmək olar. Həmçinin "8 Noyabr"a da getmək olar ki, oradan şəhərin fərqli nöqtələrini əlaqələndirən 7a, 7b, 52, 61, 67, 83, 199, 211 nömrəli marşrutlar hərəkət edir.
"Düşünürəm ki, növbəti mərhələlərdə "28 May" və "Gənclik" istiqamətindən "8 Noyabr" stansiyasına da ekspres marşrutların təşkili məsələsinə baxmaq olar. Bir şərtlə ki, avtobus zolaqlarının da bu marşrutlar üzrə imkanları dəyərləndirilsin. "8 Noyabr" stansiyası yeni olduğu üçün daha çox sərnişin qəbul etmək imkanı var. Sərnişinlərin paylaşılması nöqteyi-nəzərindən şəhərə gələn axının fərqli istiqamətlərə yönləndirilməsi mənasında bu bir strateji həll yoludur" , - deyə ekspert əlavə edib.
"Belə hesab edirəm ki, bu növ addımların ardı gələcək. İndiki halda vəziyyətə uyğun operativ qərarlar verilir. AYNA əlindəki imkanları səmərəli istifadə edir və metro da öz növbəsində bənövşəyi xəttin imkanlarının istifadəsinə zəmin yaratmış olur", - o vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda DƏHŞƏT: Avtobus gənc qızı vuraraq öldürdü
Rəşid Mahmudovun evində partlayış baş verib?
Rusiyalı milyarderlər Putindən sonrakı dövrə hazırlaşır: Kremldə hakimiyyət dəyişikliyi ssenariləri müzakirə olunur
Güclü küləklə bağlı xəbərdarlıq
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığının gələcəyə hesablanmış istiqamətləri
Prezident İlham Əliyevdən milli teleradioya mühüm mesaj: Azərbaycan həqiqətlərinin təbliği strateji vəzifədir
Azərbaycan-Böyük Britaniya: regional sabitlik və qlobal əməkdaşlıq perspektivləri
Netanyahunun sosial şəbəkə hesablarına kiberhücum oldu - FOTO
Kadir İnanırın mirasının məbləği açıqlandı
1960-cı ildə proqnozlaşdırılan "qiyamət günü" gəldi
Ev sahibi kirayəçini məhkəmə qərarı olmadan evdən çıxara bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan-Böyük Britaniya arasında əməkdaşliq perspektivləri