"Ermənistan Naxçıvana gedən yolu və Başkəndi Azərbaycana güzəştə getməlidir" - ŞƏRH
Beynəlxalq Ədalət məhkəməsində Azərbaycan Ermənistan tərəfindən torpaqlarımıza dəymiş maddi və mənəvi ziyanın qarşılanmasını, yəni təzminatını tələb etdi. Amma bir məsələ var ki, Ermənistanın büdcəsi ortadadı. Qərbdən hər nə qədər maliyyə yardımı alsa da, bunu təzminat olaraq bizə yönləndirməz. Kompensasiyanı, dəymiş ziyanı Ermənistan torpaqla ödəyə bilər? Söhbət burada kompensasiyanın Qazaxın 3 kəndi və Kərkinin qaytarılmasından gedir. Qeyd-şərtsiz təzminat kimi bu torpaqlar bizə verilə bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq Turab Rzayev deyib ki, burada bir neçə sual yaranır. Burada Azərbaycana saysız-hesabsız zərərlər dəyib. İnfrastruktur dağıdılıb və milyon dollardan artıq zərər yaranıb. 30 il ərzində həmin ərazidən minerallar, materiallar çıxarılıb və meşələr kəsilib. Bu Azərbaycan üçün milyardlarla dollar itirilmiş itki hesab olunur:
"Bütün bu amillər Azərbaycana Ermənistandan təzminat almağa imkan verir. Bu fərqli hallarda ola bilər. Amma böyük ehtimalla Ermənistan büdcəsi Azərbaycana böyük vəsaitdə ödəniş etməyə imkan verməyəcək. Bu baxımdan Azərbaycan Ermənistandan böyük məbləğdə vəsait tələb edə bilməz. Bu baxımdan Azərbaycan qalib və Ermənistan müharibəyə səbəbkar dövlət olduğu üçün ən azından 4 kəndi qaytarılanda biz Başkənd məsələsinin üstündən keçə bilərik. Bu məsələdə Ermənistan ən azından güzəştə getməlidir. Çünki Ermənistan bilməlidir ki, Başkənd Azərbaycan ərazisidir. Ermənistan Azərbaycana sülh təklif edərkən bir sıra məsələləri irəli sürdü. Qarabağın müstəqilliyi tanınsın və Laçın, Kəlbəcər isə Ermənistana verilsin. Digər rayonların isə qaytarılması təklif edildi. Bizim ərazimizin yarısını işğal ediblər. Yarısını isə digərləri ilə dəyişməyi təklif edirdilər. İndi isə üstünlük Azərbaycanın əlindədir. O zaman tələb olaraq bizim Qazaxın 3 kəndi və Kərki qaytarılmasını, o cümlədən bizdə Başkəndin qalmasını tələb edə bilərik. Çünki bütün sülh şərtlərini Ermənistana əvəzsiz verməliyik. Çünki Naxçıvana maneəsiz nəqliyyat məsələsi və Başkənd Azərbaycana güzəştə gedilməlidir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiya yaşı ilə bağlı yeni QAYDA
Üzümün faydaları nələrdir və kimlər onu çox yeməməlidir?
Telefonunuzun ekranında "n" hərfi görünür? - Çoxlarının bilmədiyi funksiya
Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
Bu şəxslərin maaşı və pensiyası ARTILIR
MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA
"Laser Beauty CLINIC"də "estetik kosmetoloq" kimi fəaliyyət göstərən Ramilə Əlizadə ilə bağlı iddialar
Toyuq əvvəl yaranıb, yoxsa yumurta? - Elm cavab verdi
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR
Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI
Prezident bəzi şəxslərə xüsusi və ali hərbi rütbələr verdi - SİYAHI