Qazaxın 7 kəndi və Kərki qaytarılır? – Tofiq Zülfüqarovun ŞƏRHİ

Qazaxın 7 kəndi və Kərki qaytarılır? – Tofiq Zülfüqarovun ŞƏRHİ"Anklavlar məsələsi dəfələrlə xatırlanıb, bildirilib ki, əgər hüquqi əsası varsa, ikitərəfli razılaşmalarda qeydiyyata və xəritəyə alınıbsa, bu, Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası çərçivəsində müzakirə ediləcək".

Bunu Ermənistan parlamentinin sədr müavini Hakop Arşakyan deyib.

O qeyd edib ki, hər iki tərəfin istifadə edə biləcəyi xəritələr var.

"Yəni burada qaranlıq otaqlar, künclər axtarmağa ehtiyac yoxdur", - deyə Arşakyan bildirib.

Azərbaycan və Ermənistan arasında davam edən sərhəd delimitasiyası çərçivəsində ən mühüm məsələlərdən biri anklav formada Ermənistan ərazisində qalan və işğal olunan Qazaxın 7 kəndi və Sədərək rayonunun Kərki kəndinin qaytarılması ilə bağlıdır.

Anklavların aqibəti necə olacaq?

Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov mövzunu Bizim.Media-ya şərh edib.

O qeyd edib ki, delimitasiya və demarkasiya texniki prosesdir: "Beynəlxalq təcrübədə konkret xəttlər təyin olunur. Ümumiyyətlə, postsovet məkanında ümumi bir prinsip təklif olunub. Adminstrativ sərhədlər əsasında bu məsələ həll edilməli idi. Dövlətlərin əksəriyyətində məsələ bu şəkildə həllini tapır.

Azərbaycan və Ermənistan arasında vəziyyət daha mürəkkəbdir. Çünki sözügedən ölkə zamanında bəyan edib ki, Qarabağı Ermənistana birləşdirib və ərazi bütövlüyü tamdır. Ancaq Ermənistan artıq o prinsipdən, adminstrativ sərhədlərdən imtina edib.

Yəni bizdə prinsip olaraq yeni bir xətt müəyyən olunmalıdır.

Paşinyan əvvəlcə təklif edib ki, 1975-ci il xəritəsi əsas götürülsün. Daha sonra 1991-ci il Qranada xəritəsinin əsas olduğunu dilə gətirdi. Bəzi yerlərdə çıxış edəndə deyirdi ki, Ermənistanın kadastrı yoxdur. Bu baxımdan ölkələrarası sərhədin hansı prinsip əsasında müəyyən olunacağı danışıqlar mövzusudur. İstisna etmirəm, Azərbaycanın mövqeyi ondan ibarət olacaq ki, işğaldan öncəki sərhədlər müəyyən olunsun.

Anklavlarla bağlı məsələdə danışıqlar çox vaxt aparacaq. Azərbaycan öz mövqeyindən çəkilməyəcək. Təbii ki, çəkilməli də deyil. Ermənistan öz ərazi bütövlüyünü ləğv edibsə, bizim ərazi bütövlüyümüzü tanımayıbsa, artıq yeni bir siyasi vəziyyət fonunda məsələni müzakirə etməliyik".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1083   Tarix: 05 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr