Qapını bağlamadığına görə otaq yoldaşının burnunu sındırdı - HÖKM
Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Vaqif Qədimovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə aylıq qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla o, 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.
İttihama görə, hadisə 27 iyul 2023-cü il tarixdə, saat 16 radələrində Abşeron rayon ərazisində evlərin birində qeydə alınıb. Belə ki, Vaqif Qədimov zərərçəkmiş Saqif Məlikovla birlikdə kirayədə qalıb. Həmin gün onların arasında mübahisə düşüb. Mübahisəyə səbəb isə birgə yaşayış qaydalarını pozmaqla bağlı, yəni zərərçəkmiş şəxsin ondan evi tərk edərkən giriş qapısını bağlamadığına görə irad bildirməsi olub. Bu zaman Vaqif Saqifin üzərinə hücum edərək onun sifət, baş, bədəninin müxtəlif nahiyələrindən qəsdən yumruqla bir neçə dəfə ardıcıl zərbələr vurub. Nəticədə zərərçəkmişin burnu sınıb. Daha sonra Vaqif Qədimov cinayət məsuliyyətinə cəlb edilib və barəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa yüngül zərər vurma maddəsi ilə ittiham irəli sürülüb.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1065 Tarix: 05 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hamlet Musayevin qızı həbsdən azad edildi
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin sabiq rəis müavini Hamlet Musayevin yarım milyondan çox dələduzluqda ittiham edilən qızı həbsdən azad olunub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq qərar qəbul edilib. M.Musayeva 610 min manat pulunu ələ keçirdiyi Ü.Quliyev
20 mayƏhməd Əhmədov tibb müəssisəsindən azadlığa buraxılıb? - RƏSMİ
"Bəzi sosial şəbəkə subyektləri tərəfindən 13.02.2024-cü il tarixdə paytaxtın Xətai rayonunda 5 nəfər ailə üzvünü qəsdən öldürmüş Əhməd Əhmədovun saxlanıldığı tibb müəssisəsindən azad olunması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb". xəbər verir ki, bu barədə Baş Prokurorluq məluma
21 aprelAnasını öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin BƏZİ DETALLARI
67 yaşlı anasını yad kişilərlə yüngül həyat keçirməsini bəhanə edərək qətlə yetirən Emil Ağayevin cinayət işinin bəzi detalları məlum olub. "Unikal"a istinadla xəbər verir ki, hadisə 2026-cı il yanvarın 24-də Sabunçu rayonu, Ramana qəsəbəsi, "Gülçülük sovxozu" ərazisində baş verib
12 mayHəmin 15 yaşlı məktəbli saxlanıldı
Aprelin 18-i sosial şəbəkələrdə 87 nömrəli tam orta ümumtəhsil məktəbi ilə bağlı təhlükəsizlik təhdidi və müəllimlərə qarşı təhqiredici məzmunlu paylaşımlar yayılıb. DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, məsələ dərhal nəzarətə götürülərək yayılan iddialar tam və hərtərəfl
21 aprelFidan Abbasova ilə bağlı məhkəmə qərarı narkotik istifadəsini təsdiqlədi
Son dövrlərdə müxtəlif qalmaqallarla gündəmə gələn, özünü guya sabiq məmurun oğlunun həyat yoldaşı kimi tanıdan (əslində hər hansı rəsmi nikah münasibəti olmayıb - red.) Fidan Loğman qızı Abbasova ilə bağlı hüquqi proseslər çərçivəsində yeni və diqqətçəkən faktlar ortaya çıxıb. "Qafqazinfo"y
16 aprel25 yaşlı oğlan bıçaqlandı
Şəmkirdə bıçaqlanma hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, 1996-cı il təvəllüdlü Anar Lətiflinin mübahisə zəminində həmyerlisi 2001-ci il təvəllüdlü Anar Əkbərovu bıçaqlamasına əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı araşdırma başlanılıb
1 iyunMehriban Abasquliyeva məhkəmə zalında həbs olundu
Respublika Perinatal Mərkəzində körpələrin öldüyü yanğınla bağlı açılan cinayət işi üzrə ittiham olunan mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva 7 il 3 ay müddətə azadlıqdan məhrum edilib. "Report"un məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanı
4 iyun