Beynəlxalq səyyahlar Kəlbəcər və Laçın rayonlarında olublar - FOTO

Beynəlxalq səyyahlar Kəlbəcər və Laçın rayonlarında olublar - FOTODünyaşöhrətli dörd əsas səyyahlar şəbəkəsindən biri olan "NomadMania" klubunun 26 ölkəni (ABŞ, Kanada, İsveçrə, Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya, Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya və sair) təmsil edən 50-yə yaxın üzvdən ibarət heyəti Qarabağa və Şərqi Zəngəzura səfəri çərçivəsində Kəlbəcər və Laçın rayonlarında olublar.

AZƏRTAC xəbər verir ki, əcnəbi səyyahlar Ermənistan silahlı qüvvələrinin işğal dövründə digər ərazilərimizin kimi Kəlbəcər və Laçında da törətdikləri vandalizmin izləri ilə tanış olublar. Qonaqlar, həmçinin Azərbaycan dövlətinin burada həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olublar.

Kəlbəcərdə İstisuya baş çəkən səyyahlar bölgənin təbiətinə heyran qaldıqlarını ifadə ediblər. Onlar Kəlbəcərdə Ermənistan tərəfindən işğal dövründə dağıdılmış evlərə də baxış keçiriblər.

Kəlbəcərdən sonra Laçına səfər edən səyyahlara əvvəlcə tanınmış fotojurnalist Reza Deqatinin şəkillərindən ibarət sərgiyə baş çəkib, Laçın seyrangahından şəhərə tamaşa ediblər.

Onlara Laçında görülən bərpa-quruculuq işləri ilə barədə ətraflı məlumat verilib.
Sonra xarici səyyahların sualları cavablandırılıb.

Dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, "NomadMania" və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun, Böyük Britaniyanın "Piki Reels", İsveçin "Club 100" klublarının geniş tərkibdə heyətləri ötən iki ildə Qarabağa və Şərqi Zəngəzura səkkiz dəfə səfər edib. Bu, sayca doqquzuncu analoji səfərdir. Onlardan biri 2021-ci ildə, dördü 2022-ci ildə, qalanları isə bu il reallaşıb.

Dünyanın səyyah elitasının Qarabağa və Şərqi Zəngəzura ardıcıl səfərləri, hər dəfə heyətin daha da genişlənməsi onu göstərir ki, Azərbaycan dövlətinin bölgədə qısa müddətdə apardığı nəhəng və genişmiqyaslı quruculuq işləri dünyada heyrətlə qarşılanır. Bu səfərlər işğaldan azad edilmiş ərazilərin "black tourism" çərçivəsində tanıdılması, Ermənistanın törətdiyi müharibə cinayətlərinin yerində nümayişi baxımından da müstəsna əhəmiyyət daşıyır.
Beynəlxalq səyyahlar Kəlbəcər və Laçın rayonlarında olublar - FOTOBeynəlxalq səyyahlar Kəlbəcər və Laçın rayonlarında olublar - FOTOBeynəlxalq səyyahlar Kəlbəcər və Laçın rayonlarında olublar - FOTOBeynəlxalq səyyahlar Kəlbəcər və Laçın rayonlarında olublar - FOTO


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 806   Tarix: 05 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr