Riyakar Qərb Cənubi Qafqazı qarışdırmaq istəyir - ŞƏRH
Qərbin riyakarlığı dəyişmir və artıq şablona çevrilib. Qərbin riyakarlıqları çox olub. Amma bunu ört-basdır etmək üçün təbliğat aparan xüsusi qruplar formalaşdırıb. Artıq bu qrupların da "göz yaşlarına" inanan yoxdur. Niyə? Çünki onlar ədalətsizliyi, nahaqqı müdafiə edirlər.
Azərbaycan Ermənistanı Qarabağ müharibəsində məğlub etdikdən sonra Qərbin riyakarlıqları daha aydın göründü. Bunu dəstəkləyənlərin isə Azərbaycanın qələbəsinə kölgə salmaq üçün bəhanələr gətirirdilər. Azərbaycan isə öz bildiyi yolla getdi və ərazilərində suverenliyini bərpa etdi.
Qərb bundan sonra daha da azğınlaşdı. Görün, vəziyyət nə yerdədir ki, artıq riyakarlıq aşkar şəkildə özünü büruzə verir.
ABŞ, Fransa, Kanada, Almaniya kimi Qərb dövlətlərinin siması hər şeyi deyir. Artıq şərhə ehtiyac yoxdur.
Bunlar o dövlətlərdir ki, kollektiv maraqlardan çıxış edərək Yaxın Şərqi qarışdırıblar. Regionu qan gölünə çeviriblər. Proses indi də davam edir. Öz ayıblarına kor olmurlar. Ola da bilməzlər, çünki həyasızlıq onların siyasətinin qayəsidir. Azərbaycana münasibətdə bunu göstərirlər. Özü də utanmadan.
Olsun, heç nə və heç kim Azərbaycanı haqq yolundan döndərə bilməz. Ona görə də, qışqırmaq, bağırmaq elə onların özünə qalacaq.
Ən biabırçı mənzərə isə budur ki, Fransada Paris Sülh Forumu keçirilir. Necə deyərlər, Fransa özündə olmayanı təbliğ edir. Qısası deyir ki, "sülh" o istədiyi kimi olmalıdır.
Yəni qarışıqlıq olsun. Başqa gülməli məqam isə Ermənistanın baş naziri Nikol Paşinyanın bu forumda iştirakıdır. Sanki Ermənistan işğalçı olmayıb, minlərlə azərbaycanlını qətlə yetirməyib. Ermənistan indi də işğalçılıq siyasətindən əl çəkdiyini bildirməyib. Bunun nəyi sülh oldu? Hər şey bir kənara, foruma Fransanın ev sahibliyi etməsinin özü belə gülüncdür.
Görürsünüz ki, Qərbin riyakarlıqlarının ucu-bucağı yoxdur. Yaxın Şərqdə də indi guya sülh axtarırlar. Adama deyərlər, qarışıqlıq niyə yaradıb sonra "sülh" axtarırsan? Deməli onların "sülhü" də vicdanlı deyil.
Eyni şeyi Cənubi Qafqazda da etmək istəyirlər. Ermənistanı isə özlərinin piyadasına çeviriblər. Ancaq əlləri hər yerdən üzülür. Çünki marionetkaları olan Ermənistan ard-arda Azərbaycanın qələbələri altında əzilir. Qərb buna cavab olaraq təxribat planlarını hazırlayır və onu icra etməyə çalışır. Bu planın əsasında o dayanır ki, Cənubi Qafqaz qarışsın, o, Yaxın Şərqin vəziyyətinə düşsün.
Amma Azərbaycan onların məkrli planının qarşısını alır. Böyük ustalıq və məharətlə. Qərb heç bir zaman Azərbaycanın müstəqil kursuna təsir edə bilməyəcək.
Qərb öz riyakarlığının içərisində boğulacaq. Necə deyərlər, sirkə nə qədər tünd olsa, öz qabını çatladar.
Oxu.Az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr
Röya, Natavan və Elnur bir arada - Foto
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
Bakının bu rayonunda su olmayacaq
Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı
Elektronika mağazalarına rəsmi zəmanət öhdəliyi qoyula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA
21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi