Ərdoğan Yaxın Şərqin nüvəsizləşdirilməsini təklif edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin nüvə silahı ilə bağlı müzakirələrlə əlaqədar region ölkələrinə nüvəsizləşdirmə konfransı keçirməyi təklif etdiyini bildirib.
O, İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqasının fövqəladə zirvə toplantısının keçirildiyi Ər-Riyaddan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamalar verib.
"Biz ilk dəfə olaraq İsrailin nüvə silahlarına dair məlumatlar fonunda nüvəsizləşdirmə üzrə regional konfrans keçirməyi təklif edirik. Problemin taktiki və strateji komponentləri var. Bu iki komponent bir-biri ilə yaxından bağlıdır", - Ərdoğan bildirib.
Dövlət başçısının sözlərinə görə, Türkiyəsiz regionda təşəbbüslər həyata keçirmək, planlar qurmaq mümkün deyil.
"Problemin həlli üçün ən uyğun təklifləri verən ölkə Türkiyədir. Bölgədəki böhranların və problemlərin həllində əsas ölkə Türkiyədir. Türkiyə yeganə ölkədir ki, coğrafiyamızda olan bütün ölkələrlə görüşə, münaqişə edən və döyüşən tərəfləri bir masa arxasında toplaya bilər", - deyə Prezident bəyan edib.
Dövlət başçısı həmçinin BMT-nin yox olmaması üçün onun islahatlara ehtiyac duyduğunu qeyd edib. O, Avropa İttifaqının Türkiyə və Yaxın Şərqə yanaşmasını yanlış adlandırıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 615 Tarix: 12 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Afrika "Böyük yaşıl divar" tikir: Özlərini nədən qorunmaq istəyirlər?
Afrikanın 11 ölkəsi dünyanın ən böyük ekoloji layihələrindən biri sayılan "Böyük yaşıl divar" ("Great Green Wall") təşəbbüsünü həyata keçirməyə davam edir. Layihənin məqsədi Sahara səhrasının genişlənməsinin qarşısını almaq və Sahel bölgəsinin münbit torpaqlarını qorumaqdır. Qaynarinf
25 mayPaşinyan Axalkalaki-Qars dəmir yolunun fəaliyyətə başladığını bildirib
Ermənistanın baş naziri Nikol Paşinyan Axalkalaki-Qars dəmir yolunun fəaliyyətə başladığını bildirib. -ın məlumatına görə, erməni baş nazir bu barədə "Facebook" səhifəsində yazıb. "Axalkalaki-Qars dəmir yolunun, eləcə də Azərbaycanın dəmir yolunun bundan sonra Ermənistana ixrac və idxa
24 may"Qiyamət günü radiosu" yenidən efirdə: Sirli mesaj yayımlandı
"Qiyamət günü radiosu" kimi tanınan UVB-76 stansiyası ardıcıl ikinci gündür efirə çıxaraq yeni şifrəli mesaj yayımlayıb. xəbər verir ki, məlumat stansiyanın "Telegram" kanalında paylaşılıb. Efirə verilən mesaj belə olub:. "TОD3 U352 DXQЕ 94066 09270 32781 SКАZОPАТ 7507 4374 SNOPOTYU
24 mayÇində sel təhlükəsi: yüzlərlə insan təxliyə edildi - VİDEO
Çində sel təhlükəsi ilə bağlı bəzi bölgələrdə ən yüksək xəbərdarlıq səviyyəsi olan "qırmızı xəbərdarlıq" elan edilib. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, Anhui və Hubey əyalətlərində güclü yağıntılar nəticəsində sel riski yaranıb. Təhlükəsizlik tədbirləri çərçivəsində 180
25 mayÇin iğtişaşların qarşısını süni intellektlə alacaq
Çin köhnəlmiş rəqəmsal müşahidə sistemlərinin modernləşdirilməsi üzərində işləyir və bu məqsədlə süni intellekt texnologiyalarından fəal şəkildə istifadə edir. -a istinadən xəbər verir ki, xarici mediaya istinadla bildirir ki, yeni sistemlər təkcə insanların hərəkətlərini izləmək deyil, həm də onları
27 mayTramp ona yeni vəzifə verdi
ABŞ prezidenti Donald Tramp ABŞ-ın keçmiş baş prokuroru Pam Bondini Ağ Evin süni intellekt (Sİ) üzrə məsləhət şurasına təyin edib. xəbər verir ki, Şurada həmçinin Amerika texnologiya korporasiyası Meta-nın baş direktoru Mark Zuckerberg, Nvidia-nın baş direktoru Jensen Huang və Oracle-ın həmtəsisçis
27 mayCHP Qurultayı ilə bağlı istintaqda 9 şübhəli həbs edilib
İstanbul Baş Prokurorluğu tərəfindən Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayında səsvermə iradəsinə müdaxilə edildiyi iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan 13 şübhəlidən 9-u həbs edilib. "Report" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb
24 may