ABŞ-də polislə insanları girov götürmüş şəxs arasında atışmada üç nəfər ölüb

ABŞ-də polislə insanları girov götürmüş şəxs arasında atışmada üç nəfər ölübABŞ-nin Texas ştatının Ostin şəhərində şübhəli şəxs bir neçə nəfəri girov götürdükdən sonra onunla yerli polis arasında atışma baş verib.

Nəticədə biri hüquq-mühafizə orqanlarının əməkdaşı olmaqla üç nəfər həlak olub.

Bu barədə Ostin Polis İdarəsinin rəis əvəzi Robin Henderson qurumun "Facebook" səhifəsində yayımlanmış mətbuat konfransında deyib.

Onun bildirdiyinə görə, şübhəli şəxs SWAT (çevik polis alayının analoqu) əməkdaşları tərəfindən zərərsizləşdirilib. Atışma zamanı bir zabit və daha bir nəfər yaralanıb.

Rəis əvəzinin sözlərinə görə, "911"ə məlumat daxil olduqdan 12 dəqiqə sonra evə gəlmiş polis əməkdaşları evdə şübhəli ilə birlikdə daha iki yaralı qurbanın olduğunu öyrəniblər. O vurğulayıb ki, üçüncü zərərçəkmiş evdən qaçıb və qonşuluqda tapılıb.
Henderson qeyd edib ki, polisin evə girmə cəhdi uğursuz alınıb. Şübhəli şəxs onlara atəş açmağa başlayıb. Daha sonra hadisə yerinə xüsusi təyinatlılar cəlb olunub. Beləliklə, əməliyyat nəticəsində şübhəli şəxs yerindəcə məhv edilib.

Polis idarəsinin rəhbəri deyib ki, qarşıdurmada iki zabit güllə yarası alıb. Onlardan biri xəstəxanada keçinib. İkincinin vəziyyəti isə stabildir.

Eyni zamanda, içəridəki girovların da hər ikisi hadisə yerində ölüb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 562   Tarix: 12 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kaliforniya sahillərində vertolyot qəzaya uğrayıb

ABŞ-ın Kaliforniya ştatındakı Santa Katalina adası yaxınlığında tibbi vertolyot qəzaya uğrayıb, nəticədə dörd nəfər xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə NBC4 telekanalı rəsmi mənbələrə istinadən məlumat yayıb. Nəşr bildirib ki, "Vertolyotdan və sudan ən azı dörd nəfər çıxarılara

1 oktyabr
.

Fransa şəkərli qidalara vergi tətbiq edəcək

Fransada 2027-ci il büdcəsində şəkərli qidalara yeni vergi tətbiq edilməsi nəzərdən keçirilir. xəbər verir ki, bu barədə Kiçik və Orta Müəssisələr, Ticarət, Sənətkarlıq, Turizm və Alıcılıq Gücü naziri Serj Papin 2027-ci il büdcəsi ilə bağlı məsələlərə toxunub. Nazir, Fransada 2027-ci il büdcəsi ilə bağl

30 sentyabr
.

Rusiya Kiyevdə mühüm körpüyə zərbə endirdi

Rusiya-Ukrayna müharibəsində gərginlik davam edir. Reuters-ə istinadən xəbər verir ki, Rusiya qüvvələri Ukraynanın paytaxtı Kiyevə yeni hava zərbələri endirib. Hücum zamanı şəhərin cənubundakı mühüm körpü də hədəfə alınıb. Kiyev meri Vitali Kliçko bildirib ki, Rusiya hava zərbələri nəticəsində Cənu

2 oktyabr
.

Finlandiyada deputatların evlərinə gizli müdaxilələr araşdırılır

Finlandiyanın Baş naziri Petteri Orpo ölkədə bir sıra deputatların evlərinə baş verən şübhəli müdaxilələrin arxasında xarici dövlətin dayana biləcəyini istisna etməyib. The Guardian-a istinadən xəbər verir ki, Helsinki bölgəsində son bir il ərzində bir neçə deputat evlərinə müdaxilə edildiyini bildirib

2 oktyabr
.

Tramp: İrana seçkilərdən sonra zərbə mümkündür

İrana seçkilərdən sonra zərbə endirmək mümkündür. Bunu ABŞ Prezidenti Donald Tramp "TIME" jurnalına müsahibəsində İrana qarşı hərbi əməliyyatların ölkəsində keçiriləcək aralıq seçkilərindən sonra genişləndirilib-genişləndirilməyəcəyi ilə bağlı suala cavabında deyib. "Mümkündür. Bizim çoxl

1 oktyabr
.

Polşa və Rumıniya Ukraynaya hücum fonunda aviasiyanı havaya qaldırıb

Polşa ilə Rumıniya gecə və səhəri Rusiyanın Ukraynaya hava hücumları zamanı hava məkanının monitorinqini gücləndirib. APA xəbər verir ki, Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı sentyabrın 30-da səhər saatlarında Ukrayna bölgələrinə Rusiyanın hücumu ilə əlaqədar ölkənin aviasiyasının havay

30 sentyabr
.

Yəmən Hərbi Hava Qüvvələri Taiz əyalətində Husilərin hədəflərinə 20 hava hücumu həyata keçirib

Yəmən Silahlı Qüvvələrinin sözçüsü cümə günü bildirib ki, hava qüvvələrinin döyüş təyyarələri son üç saat ərzində Taiz əyalətindəki husi hərəkatlarına, gücləndirmə qüvvələrinə, toplanışlarına, şəxsi heyətinə, nəqliyyat vasitələrinə və hərbi texnikaya 20 dəqiq zərbə endirib. The Jerusalem Post-a istinadə

2 oktyabr
.

Ermənistan və İran arasında müzakirələr olunub

Ermənistanın İrandakı səfiri Qriqor Hakobyan İranın Sənaye, Mədən və Ticarət nazirinin kiçik sənaye və sənaye məhəllələri üzrə müavini Təhmors Lahuti ilə görüşüb. xəbər verir ki, bu barədə Ermənistanın İrandakı səfirliyindən məlumat verilib. İki ölkə arasında sənaye məskunlaşmaları sahəsində əməkdaşlığı

30 sentyabr
.

Tramp Kim Çen Inla dost münasibətlərindən danışıb

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla qarşılıqlı anlaşma əldə etdiyini açıqlayıb. xəbər verir ki, Tramp jurnalistlərə bildirib: "Məlum oldu ki, o, mənim dostum Kim Çen Indır. O, mənim dostumdur. O, Trampı sevir. Bir çox başqa insan da onu sevmir. Yəqin ki, mən bütün dünyad

30 sentyabr