İnsanların əhval-ruhiyyəsi iqtisadiyyatata necə təsir edir?
"Bu gün istehlakçı əhval-ruhiyyəsi indeksləri bütün dünyada geniş istifadə olunur və ən yaxından izlənilən iqtisadi göstəricilər sırasındadır. İstehlakçı əhval-ruhiyyəsi ilə iqtisadiyyatın vəziyyəti arasındakı əlaqəni iqtisad elmi daim araşdırır.
Hazırda dünyada insanların istehlak xərcləri qlobal ÜDM-in təxminən 60%-ni təşkil edir və bir sıra ölkələrdə, məsələn, ABŞ-da bu daha da yüksəkdir. İstehlakçılar iqtisadi və maliyyə şərtləri ilə bağlı optimist olduqda, onların xərcləmək istəyi artır və onlar istehlakı artırırlar və bu da iqtisadiyyatda tələbin artmasına gətirib çıxarır - nəticədə biznes istehsalı artırır, investisiyalar yatırır və yeni işçilər işə götürür, ÜDM artır, işsizlik azalır".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Tahir Mirkişili deyib.
O bildirib ki, istehlakçı gözləntilərinin iqtisadi fəaliyyətin aparıcı göstəricisi kimi çıxış etməsi faktı praktiki olaraq mübahisəli olmasa da, onların iqtisadiyyata təsirinin miqyası məsələsi hələ də mübahisəlidir. Bu cür mübahisələr onunla izah oluna bilər ki, istehlakçı əhval-ruhiyyəsinin iqtisadiyyata nə dərəcədə təsir etməsi iqtisdiyyatın ölçüsündən və inkişaf səviyyəsindən, habelə müəyyən ölkədə kapital bazarlarının nə dərəcədə səmərəli olmasından asılıdır.
"1975-2019-cu illər üçün İƏİT-in 16 ölkəsində fundamental iqtisadi göstəricilərin dinamikasını, habelə bu ölkələrdə istehlakçı və investor əhval-ruhiyyəsini təhlil etdikdən sonra aşkar olundu ki:
- Fond bazarları daha inkişaf etmiş böyük iqtisadiyyatlarda iqtisadi agentlər arasında artan nikbinlik istehlakı, məşğulluğu və gəliri artırır, lakin təsir mülayim, nisbətən qısa müddətli - iki ilə qədər olur və məhsuldarlığa təsir göstərmir. Yəni iqtisadiyyatın əhval-ruhiyyəyə reaksiyası qısa müddətli dalğalanmalarla nəticələnir;
- Nisbətən daha az səmərəli fond bazarlarına malik olan iqtisadiyyatlarda iqtisadi agentlər arasında nikbinlik məhsuldarlığın artımı ilə yanaşı, uzunmüddətli iqtisadi artımı da dəstəklıyir. Artan nikbinlik daha uzun üfüqdə - dörd il ərzində istehlak, məşğulluq və gəlirdə əhəmiyyətli artımla müşayiət olunur;
- Yaxşıl əhval-ruhiyyə səhm qiymətlərinin artmasına kömək edir, bu da öz nöbvəsində
İqtisadiyyatın sağlamlığı haqqında əlavə siqnal rolunu oynamaqla investorları investisiyaları artırmağa stimullaşdırır;
Maraqlıdır ki, daha az səmərəli bazarlarda investorlar istehlakçı optimizmini səhvən daha yaxşı investisiya imkanlarının siqnalı kimi şərh edirlər. Beləliklə, daha az səmərəli bazarları olan ölkələrdə istehlakçı əhval-ruhiyyəsi iqtisadi bumun hərəkətverici qüvvəsinə çevrilir. Daha çox inkişaf etmiş bazarları olan ölkələrdə isə bu yalnız qısamüddətli dalğalanmalara səbəb olur.
Azərbaycanda son 3 il ərzində əldə etdiyimuz Zəfərdən sonra istehlakçı əhval ruhiyyəsində böyük yüksəliş müşahidə edilir. İqtisadi təhlillərə görə bu optimizm iqtisadiyyatda yeni bumun yaranmasına gətirib çıxaracaqdır. Hazırda aparılan iqtisadi siyasətin əsas məqsədi də məhz həm də bu amildən yararlanaraq qeyri-neft və innovasiylar sektorunu inkişaf etdirməkdir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr
Röya, Natavan və Elnur bir arada - Foto
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
Bakının bu rayonunda su olmayacaq
Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı
Elektronika mağazalarına rəsmi zəmanət öhdəliyi qoyula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA
21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi