Təcili olaraq sümük iliyi transplantasiyası üçün məbləğin yarısı yığılmalıdır - YARDIM ÇAĞIRIŞI - FOTO

Təcili olaraq sümük iliyi transplantasiyası üçün məbləğin yarısı yığılmalıdır - YARDIM ÇAĞIRIŞI - FOTO"Doqquz yaşlı Ülvi İsmayılov 2020-ci ildən kəskin limfoblast leykozdan (qan xərçəngi) əziyyət çəkir. İntensiv kimyaterapiyadan keçdikdən və çoxdan gözlənilən remissiyaya nail olduqdan sonra düşünürdük ki, artıq uşağın tam sağalmasına bir addım qalıb. Lakin son analiz nəticələri xəstəliyin residiv verdiyini göstərdi. Xəstəliyin bütün əlamətlərinin qayıtmağı ilə yanaşı, həm də neyroleykoz - beyin və onurğa beyninə leykemiya hüceyrələrinin metastazları inkişaf etdi".

Bu barədə Media.Az-ın redaksiyasına nəvəsi xərçəng xəstəliyindən əziyyət çəkən Bakı şəhər sakini Vəfa Cəfərova müraciət edib.

İndi uşağa xərçəngə qalib gəlməyə kömək edəcək yeganə çarə Türkiyədə həyata keçiriləcək sümük iliyi transplantasiyasıdır. Xoşbəxtlikdən əməliyyatın dəyərinin yarısı "Nargis" xeyriyyə fondu tərəfindən ödəniləcək. İndi tənha ana və nənənin qarşısında Ülvi üçün həyati məbləğin ikinci yarısını - 35 min manatı yığmaq məqsədi durur.

"Ülvi indi növbəti ağır kimyaterapiya kursundan keçir, sonra isə onu şüa terapiyası gözləyir. Bütün bunlar sümük iliyi transplantasiyasına qədər hazırlıq mərhələsidir. Təxminən bir aydan sonra Türkiyəyə səfər etməliyik, amma buna pulumuz yoxdur.

Ülvi ailənin tək övladı olduğuna görə donor da Türkiyədə axtarılmalı olacaq ki, bu da əlavə xərc deməkdir. Həmçinin Türkiyəyə səfər və bir neçə aylıq yaşayış üçün ən azı beş min manat lazım olacaq. Bunu etməyə maddi imkanımız çatmır. Qonşularımız və Ülvinin sinif yoldaşlarının valideynləri bizə kömək edirlər, lakin hələlik bu kifayət etmir.

Keçən il nəvəmin müalicəsində yaxından iştirak etdiyim və onunla birlikdə xəstəxanada yatdığım üçün onu himayəyə götürdüm. Qızım kafedə işləyir və çox gərgin iş qrafiki var. Onun maaşının hamısı tək övladının müalicəsinə xərclənir, amma yenə də çatmır. Hazırda pensiyam və uşaq müavinəti hesabına yaşayırıq. Mənzilimizi satmaq məcburiyyətində qaldığımız üçün kirayə ev tutmaq məcburiyyətindəyik, bu isə vəziyyəti daha da ağırlaşdırır. Bunlar isə əlavə xərclərdir. Sadəcə olaraq Ülvinin atası uşaq üçün minimum məbləğdə aliment ödəyir. Uşaqla, ümumiyyətlə, ünsiyyət etmir, onun vəziyyəti ilə maraqlanmır, demək olar ki, ondan imtina edib.

Xahiş edirəm, mənə kömək olun. Çox az vaxt qalıb, o, ailəmizin yeganə övladıdır. Biz onun üçün çox narahatıq və onu itirməkdən qorxuruq", - deyə nənə yardım istəyir.

Biz hər kəsi balaca Ülvinin probleminə mərhəmət hissi ilə yanaşmağa və bacardıqca kömək etməyə çağırırıq.

Vəfa xanımla (077) 571-42-22 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Təcili olaraq sümük iliyi transplantasiyası üçün məbləğin yarısı yığılmalıdır - YARDIM ÇAĞIRIŞI - FOTOTəcili olaraq sümük iliyi transplantasiyası üçün məbləğin yarısı yığılmalıdır - YARDIM ÇAĞIRIŞI - FOTOTəcili olaraq sümük iliyi transplantasiyası üçün məbləğin yarısı yığılmalıdır - YARDIM ÇAĞIRIŞI - FOTOTəcili olaraq sümük iliyi transplantasiyası üçün məbləğin yarısı yığılmalıdır - YARDIM ÇAĞIRIŞI - FOTOTəcili olaraq sümük iliyi transplantasiyası üçün məbləğin yarısı yığılmalıdır - YARDIM ÇAĞIRIŞI - FOTOTəcili olaraq sümük iliyi transplantasiyası üçün məbləğin yarısı yığılmalıdır - YARDIM ÇAĞIRIŞI - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1254   Tarix: 15 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?- ARAŞDIRMA

Yaxud, Bakıda bir bankın, Tovuzda isə iki hakimin mülkiyyət sövdələşməsi: 14 miylonluq strateji zavodlar 447 min manata necə ələ keçirilir?. Keçirik mətləbə: şikayət ərizəsi və əlavə edilmiş çoxsaylı mötəbər sübutlar-sənədlər, məhkəmə qərarlarının araşdırılmasına, yaxud qarşı tərəfin mövqeyini öyrənməy

1 oktyabr
.

"Poz-Qazan" oyunlarında sentyabrda 22 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137 ədəd uduşlu bilet sahiblərini sevindirib. Bu biletlər üzrə ödənilən ümumi uduş məbləği 15,823,889 manat təşkil edib. Onlar arasında 22 böyü

2 oktyabr
.

Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA

Kürdəmir şəhərində keçirilən məclisdə 92 nəfərin qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət etməsi iaşə obyektlərində qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Belə halların səbəbi laborator müayinələrin nəticələri müəyyənləşdikdən sonra dəqiqləşdirilə bilər. Bununla yanaşı, qidaları

1 oktyabr
.

"Azərsun Holdinq" ADEX 2026 sərgisində - Fotolar

Bakı Ekspo Mərkəzində Qafqaz regionunun aparıcı hərbi-texnoloji platformalarından biri olan "ADEX 2026" - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir. "Azərsun Holdinq" sərgidə iştirak edərək, Azərbaycan Ordusu üçün yerli istehsal etdiyi "Əsgər payı" adlı qida məhsulların

2 oktyabr
.

Leyla Quliyeva bu verilişlə qayıdır

Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"

1 oktyabr
.

Azərbaycan Hava Yolları daha bir yeni nəsil "Airbus A321neo" təyyarəsi ilə donanmasını genişləndirib

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları donanmasına növbəti yeni nəsil "Airbus A321neo" təyyarəsini qəbul edib. Bununla, aviaşirkətin donanmasındakı yeni nəsil təyyarələrin ümumi sayı 10-a (8 ədəd "Airbus A320neo" və 2 ədəd "Airbus A321neo") çatıb. Yen

1 oktyabr
.

Prokurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi

1 oktyabr
.

Bakının bu rayonunda su olmayacaq

Nizami rayonunun bəzi ərazilərində oktyabrın 2-də saat 09:00-dan axşam saatlarınadək su təminatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Bildirilib ki, buna səbəb magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləridir

1 oktyabr
.

MTK-ların "kvadrat oyunu": Vətəndaşa satılan mənzilin sahəsi necə şişirdilir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

MTK-ların mənzil satışında kvadratmetr hesablaması vətəndaşların ciddi narazılığına səbəb olan məsələlərdəndir. Mənzilin sahəsinə dəhliz, divarların tutduğu hissə və digər sahələr daxil edilərək alıcıya daha böyük kvadrat satılır, nəticədə vətəndaş faktiki istifadə edə bilmədiyi sahənin pulunu da ödəyir

2 oktyabr