Boşanan cütlüyün iti övladları hesab olundu – MƏHKƏMƏ QƏRARI
Kolumbiyada cütlük boşandıqdan sonra məhkəmə rəsmi olaraq itlərini ailə üzvü kimi tanıyıb.
Sonxeber.az Lent.az-a istinadən xəbər verir ki, Javer Universitetinin rektoru olan Aleksis Kastanyo adlı kişi 2021-ci ildə həyat yoldaşından ayrılıb. Boşandıqdan sonra cütlüyə aid olan Simon adlı it kişinin keçmiş həyat yoldaşı ilə yaşamağa başlayıb. Daha sonra qadın Kastanyonu itini tez-tez görməsinə icazə verməyib və bu da onun depressiyaya düşməsinə səbəb olub. Üstəlik, kişi Simonun da onun üçün darıxdığına və ayrılıqdan əziyyət çəkdiyini bildirib.
Sonra Kastanyo ev heyvanı ilə müntəzəm görüşlərin təmin edilməsi üçün məhkəməyə müraciət edib. Müraciətə cavab olaraq, Boqota Ali Məhkəməsi itin qanuni olaraq Kastanonun qızı hesab edilə biləcəyinə qərar verib.
Hakimlərin fikrincə, Simon sahibləri boşanmadan əvvəl " ailənin bir hissəsi" olub. Qeyd olunur ki, heyvanın rəsmi olaraq ailə üzvü kimi tanınması barədə qərar ilk dəfə olaraq Kolumbiyada məhkəmə tərəfindən verilir.
İndi Kastanyo Simon ilə müntəzəm görüşmək hüququna malikdir. Tezliklə ailə məhkəməsinin hakimi kişi ilə ev heyvanı arasında görüşlərin dəqiq cədvəlini tərtib edəcək.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 681 Tarix: 17 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ-nin İrana hücumları nə qədər davam edib?
ABŞ hərbi qüvvələri üç saatdan artıq müddət ərzində İranın hədəflərinə zərbələr endiriblər. xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ rəsmisinə istinadən məlumat yayıb. Onun sözlərinə görə, son vaxtlar həyata keçirilən hücumlarla müqayisədə bu əməliyyat nisbətən uzun davam edib. ABŞ Mərkəzi Komandanlığını
13 iyulHakan Fidan: ABŞ-İran münaqişəsi genişlənə bilər
ABŞ ilə İran arasındakı hərbi toqquşmalar daha geniş əraziyə yayıla bilər. "Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "TRT Haber"ə müsahibəsində deyib. "Əraqçi (İranın xarici işlər naziri Abbas Əraqçi) zəng vurdu və bu mövzuda telefonla danışdıq"
12 iyulAbbas Əraqçi ABŞ-nin sanksiyalarına etiraz edib
ABŞ Maliyyə Nazirliyinin İranla əlaqəli olduğu ehtimal olunan şəxs və şirkətlərə qarşı sanksiya tətbiq etməsi Tehranda etirazla qarşılanıb. "Report" xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi buna görə ABŞ-ni İslamabad Anlaşma Memorandumunu pozmaqda günahlandırıb. "Qarşılıql
12 iyulGünəşdə güclü partlayışlar ola bilər
13-14 iyul tarixlərində Günəşdə partlayış aktivliyinin aşağı olacağı, eyni zamanda sondan əvvəlki güc sinfinə məxsus partlayışların ola biləcəyi gözlənilir. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib. "13 və 14 iyul tarixlərində Günəşdə partlayı
13 iyulElbrus dağında turist ÖLDÜ: İstintaq başladıldı
Elbrus dağında bir turist gözlənilmədən ölüb. xəbər verir ki, bu barədə Kabarda-Balkariya üzrə İstintaq Komitəsinin idarəsi məlumat yayıb. "Rusiya Federasiyası İstintaq Komitəsinin Kabarda-Balkariya Respublikası üzrə istintaq orqanları tərəfindən Elbrus dağında turistin ölümü faktı ilə bağlı ilki
11 iyulBritaniyada keçmiş deputatın qətlində şübhəli bilinən şəxs saxlanılıb
Böyük Britaniyada 28 yaşlı kişi İcmalar Palatasının keçmiş deputatı Enn Uiddikombun qətlində şübhəli bilinərək saxlanılıb. "Report"un məlumatına görə, bu barədə Devon və Kornuoll qraflığı polisinin açıqlamasında bildirilir. "28 yaşlı kişinin 11 iyul axşamı Cənubi Yorkşirdə Enn Uiddikombu
12 iyulDünyada xərçəng xəstələrinin sayı ikiqat arta bilər - HESABAT
Ümumdünya Səhiyyə Təşkilatı xərçəng hallarının sürətlə artdığını açıqlayıb. xarici mediaya istinadən bildirir ki, yeni qlobal hesabata görə, profilaktika, erkən aşkarlama və müalicə yaxşılaşdırılmadıqda, 2050-ci ilə qədər yeni xərçəng hallarının illik sayı təxminən 35 milyona çata bilər. Hesabatda qey
12 iyulÇində "Bavi" qasırğası səbəbindən 2,8 mindən çox aviareys ləğv ediləcək
Çin aviaşirkətləri "Bavi" qasırğası ilə əlaqədar iyulun 12-də 2,8 mindən çox daxili aviareysi ləğv etməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Sərnişinlərə hava şəraitini və uçuşlarının statusunu diqqətlə izləmələri tövsiyə olunub
12 iyul