Usta və "moyşik"lər sahibindən icazəsiz sürdükləri maşınla qəza törədərlərsə... - Polisdən XƏBƏRDARLIQ

Usta və "moyşik"lər sahibindən icazəsiz sürdükləri maşınla qəza törədərlərsə... - Polisdən XƏBƏRDARLIQSon zamanlar tez-tez müşahidə edilən qayda pozuntularından biri də sürücülük hüququ olmayan ustaların, avtoyuma məntəqələrinin əməkdaşlarının avtomobilləri icazəsiz sürməsidir. Hətta bu cür hallara yol verən şəxslərin bir neçəsi sükan arxasında yol-nəqliyyat hadisəsi də törədib.

Sürücülər nəqliyyat vasitəsini təmir üçün ustaya, təmizlik üçün avtoyuma məntəqələrinə verməsinlər? İndi sürücü ustanın dilindən kağız almalıdır ki, mənim avtomobilimi icazəsiz çıxarıb şəhərdə idarə etmə?

Ümumiyyətlə, bu cür hallarda avtomobil sahibləri, necə deyərlər, oturduqları yerdə problem yaşayırlar.

Bunun qarşısını almaq üçün sürücü nə etməlidir? Qanunla bu kim hallarda tərəfləri hansı məsuliyyət gözləyir?

Məsələni Oxu.Az-a şərh edən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, təəssüf ki, bu kimi hallara rast gəlinir:

"Ötən 9 ay ərzində Bakı şəhərində ölüm və xəsarətlə qeydə alınan qəzaların 7,8 faizi, yəni 25 fakt sürücülük və idarəetmə hüququ olmayan şəxslər tərəfindən törədilib. Bu hadisələr zamanı 13 nəfər dünyasını dəyişib, 15 nəfər xəsarət alıb. Hesabat dövründə isə 8 360 qanunsuz hərəkətlər üzrə faktlar aşkarlanıb ki, hər birinə hüquqi qiymət verilib. Hətta bu cür hərəkətlərin yaratdığı daha ağır fəsadlara yol açan hallarla da rastlaşırıq. Avtomobilini avtoyuma məntəqəsinə verən sürücünün avtomobili ilə qəza törədilir və ya nəqliyyat vasitəsi təmir üçün ustaya verilir, usta isə içkili halda nəqliyyat vasitəsini sahibindən xəbərsiz idarə edir. Təbii ki, bu məsələlərdə bu hallara yol verən şəxslərin də, avtomobil sahiblərinin də qanuni məsuliyyəti var. Çünki nəqliyyat vasitəsi mülkiyyətçisi tərəfindən də ciddi nəzarətdə saxlanılmalı məqamlar mövcuddur.

Belə ki, nəqliyyat vasitəsinin sürücülük hüququ olmadan idarə edilməsi İnzibati Xətalar Məcəlləsinin (İXM) 332-ci və 335-ci maddələri ilə tənzimlənir. Maddənin tələbinə görə, nəqliyyat vasitəsini idarə edən şəxs barəsində 100 manat məbləğində, nəqliyyat vasitəsini idarə etməyə verən şəxs barəsində isə 60 manat məbləğində cərimə protokolları tərtib edilir.

İkinci tərəfdən, sərxoş vəziyyətdə sükan arxasında olduğu müəyyən edilən şəxslər barəsində qanunla böyük məbləğdə cərimə, beş cərimə balı və ya sürücülük hüququnun məhdudlaşdırılması kimi sanksiyalar nəzərdə tutulur. İdarəetmədə aşkarlanan şəxsin özü birbaşa məsuliyyət daşıyır və cəriməni də ödəməlidir".

Bəs cəriməni ödəməkdən imtina edərlərsə?

Araz Əsgərli onu da əlavə edib ki, əgər bu kimi hallara yol verən şəxslər cəriməni ödəməkdən imtina edərlərsə, nəqliyyat vasitəsinə iki aydan sonra həbs qoyula bilər:

"Fakt odur ki, hadisə nəqliyyat vasitəsində olub. Kim törədib, hansı formada olub, tərəflər arasında cərimənin ödənilməsi məsələsi müzakirə mövzusudur və bu məsələnin digər tərəfidir. Cərimə ödənilmədiyi təqdirdə isə nəqliyyat vasitəsinə həbs qoyula bilir və sahibi belə həmin avtomobili idarə edə bilməz. Çünki xətanın subyekti həmin avtomobil olduğu üçün saxlanılması tələbi də məhz avtomobilə yönəlir. Eləcə də sürücülük hüququ olmayan şəxsin idarə etdiyi nəqliyyat vasitəsinin qəza zamanı dəymiş ziyanının sığorta şirkəti tərəfindən alınmasında da problemlər yaşanacaq. Belə ki, sığorta tərəfi sürücülük hüququ olmayan şəxsin qəzada dəymiş ziyanı subroqasiya qaydasında geri almaq üçün məsələni məhkəməyə qədər qaldıra bilər və mübahisəli proses isə bəzən belə hallarda uzana da bilir. Bu səbəblərdən də nəqliyyat vasitələrinin sahiblərinə müraciət edirik. Avtomobili ustalara, avtoyuma məntəqələrinə, eləcə də digər hüquqsuz şəxslərə həvalə edərkən diqqətli olmaq lazımdır ki, sonra nə inzibati, nə mülki, nə də cinayət məsuliyyəti yaranmasın".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 870   Tarix: 18 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Elektronika mağazalarına rəsmi zəmanət öhdəliyi qoyula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA

Elektronika mağazalarından alınan məhsullarla bağlı istehlakçı şikayətləri zaman-zaman gündəmə gəlir. Xüsusilə zəmanət müddətində yaranan nasazlıqlar zamanı mağaza, servis mərkəzi və istehsalçı arasında məsuliyyətin necə bölüşdürülməsi istehlakçı üçün əlavə çətinlik yarada bilər. Bəzi ölkələrdə satıcını

1 oktyabr
.

Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-

1 oktyabr
.

Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"

Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist "Instagram"da öz səfəri haqqınd

1 oktyabr
.

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı məhdudiyyət aradan qaldırılıb

Yeni Azərbaycan Partiyasının sədrinin seçki proseduru dəyişib. APA-ya istinadla xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının üzvü, deputat Nizami Səfərov partiyanın VII Qurultayında Nizamnaməyə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib. Nizami Səfərov bildirib ki, hazırda qüvvədə olan Nizamnaməy

2 oktyabr
.

21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi

2023-cü ildə Qusar Rayon Mərkəzi Xəstəxanasında 2002-ci il təvəllüdlü Aysel Babayevanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi nəhayət başa çatıb. "Qafqazinfo" xəbər verir ki, xəstəxananın doğum şöbəsinin mama-ginekoloqu 1961-ci il təvəllüdlü Elmira Əsgərovaya hökm oxunub

1 oktyabr
.

Kürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı

Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət

1 oktyabr
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə

1 oktyabr
.

"TikTok" Azərbaycanda vergi uçotuna alındı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB"

1 oktyabr
.

Bu şəxslərə əlavə MAAŞ ÖDƏNİLMƏLİDİR - AÇIQLAMA

Əmək müqaviləsi ilə çalışan işçilərin artıq iş saatlarında, istirahət və bayram günlərində, gecə vaxtı, eləcə də ağır və zərərli əmək şəraitində işləməsi zamanı əlavə ödəniş məsələsi əmək qanunvericiliyi ilə tənzimlənir. Bu ödənişlərin düzgün hesablanması və vaxtında verilməsi işçinin əmək hüquqlarını

2 oktyabr