Azərbaycanlı döyüşçü: "Adımı dünyada tanıtmaq üçün çox şeyi qurban verdim"

Azərbaycanlı döyüşçü: "Adımı dünyada tanıtmaq üçün çox şeyi qurban verdim""Adımı dünyada tanıtmaq üçün çox şeyi qurban verdim".

Bunu "Report"un Gürcüstan bürosuna açıqlamasında əslən Gürcüstandan olan həmyerlimiz, kikboksinq döyüş növü üzrə Azərbaycan bayrağı altında 7 qat dünya çempionu olan Alim Nəbiyev deyib.

29 yaşlı döyüşçü çətinliklərə daim sinə gərməyi bacardığını bildirib: "Hər şeyim olduğu vaxtlarda hamı yanımda idi. Yarışdan evə gələndə tanımadığım insanlar gəlib qapımı döyürdülər. Ancaq bəzən uduzduğum zaman yanımda heç kim olmayıb, təyyarədən düşüb taksi ilə evə tək getmişəm. Zirvədə də olmuşam, dibi də görmüşəm. Həyatın hər üzünü görmüşəm, amma heç nə məni ruhdan salmayıb. Yalnız irəli getmişəm. Yaşananlar mənə daha çox stimul verib. Azərbaycanda mənə dəstək olan çox yaxın dostlarım var. 7 ildir yolumu "Qəbələ" İdman Klubu ilə davam etdirirəm. İdmançıya ən vacib olan dəstəkdir. İdmançılara daha çox dəstək olsalar, çempionların sayı artar. Şükürlər olsun ki, bütün çətinliklərə baxmayaraq, Azərbaycan bayrağını dalğalandırmaq üçün dayanmadan çalışırıq".

2016-cı ildə muay-tay üzrə (WMC) yüngül çəkidə dünya çempionu olan A.Nəbiyev karyerasının əvvəllərində üzləşdiyi çətinliklərdən bəhs edib: "Ən azı 5 il məşqdən başqa heç nəyi düşünməmişəm. Dünyadan təcrid olunaraq, idman zalında həyatımı keçirmişəm. Evimi, ailəmi, dostlarımı, yaxınlarımı görmürdüm. Boş vaxtım, demək olar ki, olmurdu. Yalnız məşqlərdə, təlim-məşq toplanışlarında olurdum. Yollarda olurdum, fərqli şəhərlərdə yaşayırdım, döyüşürdüm. Elə olurdu ki, ac qalırdıq, pulumuz, sponsorlarımız yox idi, dəstəksiz qalmışdıq. İlk vaxtlar səni heç kim tanımır. Bu üzdən dəstək olmaq istəyən yox idi. Zaman keçdikcə özümü göstərə bildim, qələbələr qazandım, məni tanımağa başladılar. Bundan sonra sponsorlar da oldu, dəstək də".

İdmançı 10 yaşından məşqlərə başladığını söyləyib: "Güclü olmaq istəyirdim. Gündə 2-3 dəfə məşq edirdim. Çempion olmağı arzulayırdım. Əvvəlcə ölkə daxilində çempion oldum. Sonra dedim ki, Avropa çempionu olacağam. Orada da birinci yeri tutduqdan sonra dünya çempionluğunu hədəflədim. Hazırda 7 qat dünya, 3 qat Avropa çempionuyam. İlk müəllimim ukraynalı Ruslan Krivuşa olub. İlk dəfə zala orada getmişəm. Sonra Niderlanda köçdüm və Denis adlı məşqçi ilə hazırlaşmağa başladım. Demək olar ki, dünyada bir nömrəli məşqçidir. Hazırda onunla müqavilə ilə məşq edirəm. Məni yarışlara hazırlayır. İldə 2-3 dəfə ora gedərək, məşqlərimi davam etdirirəm".

Onun sözlərinə görə, uzun illər ərzində əməkdaşlıq etdiyi "Glory" təşkilatı ilə müqavilə müddəti artıq bitib: "İndi "Onefc" adlı təşkilatla yeni müqavilə imzalamalıyam, hazırda danışıqlar gedir. Yanvar-fevral aylarında döyüşüm olacaq. Amma ilk olaraq təlim-məşq toplanışı üçün Tailanda getməliyəm. Döyüşün dəqiq tarixi orada bəlli olacaq".

Döyüşçü ən çətin rəqibinin adını da açıqlayıb: "Ən çətin döyüşüm niderlandlı Nieki Holzkenə qarşı olub. Çox təcrübəli və güclü idmançı idi. "Glory"də 7 il idi ki, çempionluğu əldən vermirdi. Üç raund döyüşdük, çətinliklə qələbə qazandım. Bu həm də ən yaddaqalan döyüşümdür. Çünki ondan sonra idmanda yollarım açıldı. Çünki çox nüfuzlu idmançı idi. Ona qalib gələndən sonra bir çox böyük təşkilatlar mənimlə müqavilə bağlamaq istədilər. 20 yaşlı Alim Nəbiyevə baxanda görürəm ki, döyüşə, qələbəyə, şan-şöhrətə necə ac olmuşam. Bir ildə 12 döyüş keçirməyə gücüm var idi. Bütün dünyada Alim Nəbiyevin kim olduğunu göstərmək istəyirdim. İndi isə 29 yaşım var. Bir il ərzində 12 döyüş keçirə bilmərəm. Maksimum 5-6 görüşdə iştirak edə bilərəm. Çünki artıq dünyada tanınıram, məqsədimə çatmışam".

A.Nəbiyev artıq idmançılar yetişdirdiyini bildirib. O Gürcüstanda yaşayan azərbaycanlı uşaqlar üçün idman zalı açmağı planlaşdırır: "Uşaq vaxtı tanınmış idmançılara baxaraq, çempion olmaq arzusu ilə yaşayırdım. İndi isə uşaqlar mənə baxıb bu idman növünü sevirlər. Hazırda Gürcüstanda yaşayıram. Burada azərbaycanlı uşaqlar üçün idman klubu açmağı düşünürəm. Çox güclü və potensiallı uşaqlarımız var. Onları hazırlaşdırmaq, dünya arenalarına çıxarmaq istəyirəm. Hər biri dünya şöhrətli idmançılar olsun. Bütün dünya azərbaycanlıların gücünü bilməlidir. Planlarımız çoxdur. 20-yə yaxın perspektivli idmançımız var. Onlar yerli çempionatlarda özlərini doğrultsalar, Niderland, Fransa və digər ölkələrdə döyüşmələri üçün maksimum çalışacağam".

29 yaşlı idmançı gənclərə tövsiyə verib: "Hər kəs qarşısına məqsəd qoymalıdır. Hədəfsiz insan gözləri bağlı rinqə atılan döyüşçü kimidir. Havaya zərbə atmaqla, sadəcə, enerjisini tükədir. Məqsədli olmaq isə hədəfə dəqiq zərbə vurmaqdır".


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 1769   Tarix: 18 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Müdafiə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT

Azərbaycan Müdafiə Nazirliyində Şəxsi Heyət Baş İdarəsinə yeni rəis təyin olunub. "Report" xəbər verir ki, bu vəzifə general-mayor Müşfiq Məmmədova həvalə olunub. Məlumatı Müdafiə Nazirliyi təsdiqləyib. Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə general-mayo

13 may 2024
.

Həcc ziyarəti zamanı 577 zəvvar həyatını itirib

Səudiyyə Ərəbistanına Həcc ziyarəti zamanı həyatını itirən zəvvarların sayı 577-yə çatıb. "Report" xəbər verir ki, bu barədə "Frans Press" (AFP) agentliyi mənbələrə istinadən məlumat yayıb. Adının açıqlanmasını istəməyən iki ərəb diplomat bildirib ki, ölənlərin 323-ü misirli, 60-

19 iyun 2024
.

Rusiyanın yaşayış məntəqəsi ukraynayönümlü hərbçilərin nəzarətinə keçib

Rusiyanın Belqorod vilayətinin Qorkovski qəsəbəsi Ukrayna tərəfdə savaşan "Rusiyanın azadlığı" legionunun nəzarətinə keçib. "Report" xəbər verir ki, bu barədə legion teleqramda bildirib. "Belqorod vilayətinin Qorkovski qəsəbəsi "Rusiyanın azadlığı" qüvvələrinin nəzarət

17 mart 2024
.

İsrail PUA-ların buraxılmasına cavab olaraq Livana zərbələr endirib

İsrail ordusu PUA-ların ölkə ərazisinə buraxılmasına cavab olaraq "Hizbullah"ın Livandakı hədəflərinə zərbələr endirib. "Report"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb. Məlumata görə, pilotsuz təyyarələr İsrailin şimalındakı Kfar-Blum və Hanita yaşayış məntəqələr

14 aprel 2024
.

Ağ Ev: İranın İsrailə hücumu bir neçə saat davam edəcək

İranın hərbi qüvvələrinin İsrailə qarşı hücumunun bir neçə saat davam edəcəyi ehtimal edilir. "Report"un məlumatına görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Eydrien Uotson İranın öz ərazisindən İsrailə doğru pilotsuz uçuş aparatları buraxması ilə bağlı verdiy

14 aprel 2024
.

Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub

Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, avqustun 15-i saat 18:10-da Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Gənzə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelər

15 avqust 2024
.

Tehranın hava məkanı qapadıldı: Müharibə başladı!

İran Tehran üzərində hava məkanını bağladığını açıqlayıb. "Report" xəbər verir ki, bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalı məlumat yayıb. Məlumata görə, İran hakimiyyəti paytaxt regionu üzərindəki hava məkanının bağlanmasına göstəriş verib. Tehran və onun ətrafı üzərində uçuşlar

14 aprel 2024
.

Müharibədə həlak olan Ukraynanın mülki əhalisinin sayı açıqlandı

BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) Ukraynadakı son vəziyyət müzakirə olunub. qafqazinfo-ya istinadən xəbər verir ki, orada çıxış edən BMT baş katibinin Yaxın Şərq, Asiya və Sakit Okean üzrə müavini Mohamed Xaled Xiari münaqişənin Ukraynanın şərqindəki yaşayış məntəqələrinə keçməsindən narahat olduqların

9 mart 2024
.

ABŞ HHQ-nin qırıcıları İraq və İordaniya səmasındadır

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İranın pilotsuz təyyarələrini ələ keçirmək üçün İraq və İordaniya səmasındadır. "Report" bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalına istinadən xəbər verir

14 aprel 2024