Nazirliyə 400 minlik mal satdı, vergi borcunu ödəmədi - Həbs edildi

Nazirliyə 400 minlik mal satdı, vergi borcunu ödəmədi - Həbs edildiBakıda tanışlarının adına müxtəlif ünvanlarda Məhdud Məsuliyyətli Cəmiyyətlər (MMC) yaradan şəxs həbs edilib.

"Qaynarinfo"nun məlumatına görə, 1985-ci ildə Bakı şəhərində anadan olmuş Emil adlı sahibkar direktoru olduğu "Terminal-Ko" MMC vasitəsilə 2020-ci ildə Ədliyyə Nazirliyinə təxminən 400 000 manat dəyərində təsərrüfat, inşaat malları və qida məhsulları satıb. Emil həmin məhsulları əsasən hazırda xatırlamadığı Bakıda malların topdan satışı ilə məşğul olan şəxslərdən alaraq, Ədliyyə Nazirliyinə satışını həyata keçirib.

MMC rəhbəri həmin ildə "Terminal-Ko" MMC-nin hesabına gələn pullara görə yaranan vergiləri ödəmək əvəzinə, onları başqa işlərinə yönəldib, vergiləri sonra ödəyəcəyinə ümid edib. Lakin sonra problemləri çıxdığına görə vergiləri ödəyə bilməyib və müvafiq orqana boş bəyannamə verərək və ya ümumiyyətlə, hesabat verməyərək, 2020-ci ilin fevral ayı üzrə 73 639,79 manat məbləğində əlavə dəyər və həmin il üzrə 50 766,08 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınıb. Ümumilikdə isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə 124 405,87 manat vergi borcu olub.
Bundan sonra Emil müxtəlif tanışlarının adına MMC-lər açmaqla pul qazansa da, vergi borcunu ödəməkdən boyun qaçırıb. Bu səbəbdən barəsində Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Emil sözügedən maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 2 il ərzində dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 2 il 8 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 1664   Tarix: 19 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Traktorla 13 yaşlı velosipedçini vurub öldürdü

Neftçala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə oktyabrın 22-si Neftçala-Salyan avtomobil yolunun rayonun Həsənabad qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Həsənov Fərhad Kamil oğlu idarə etdiyi traktorla velosipedlə hərəkətd

23 oktyabr
.

Toyda qohumlar dalaşdı, xəsarət alan var

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən şadlıq saraylarının birində qeydə alınıb. Belə ki, qohumlar arasında qanla nəticələnən mübahisə yaranıb. Hadisə zamanı 1977-ci il təvəllüdlü Vəliyev Eldar Cəfər oğlu bıçaqlanıb

12 oktyabr
.

Vüqar Qurbanovun vəzifəli qohumunun bıçaqlanmasının şok təfərrüatı

Abşeronda direktor müavininin bıçaqlanması ilə nəticələnən hadisənin detalları məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədən Elçin Balayevə nizam-intizam məsələlərinə görə bir neçə dəfə direktor müavini Orxan Ənvərli tərəfindən xəbərdarlıq edilib. Lakin xəbərdarlıqlara məhəl qoymayan E.Balaye

8 oktyabr
.

Bıçaqlanma olan xəstəxanaya baş həkim təyin edildi

Abşeron Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov Əmr imzalayıb. Əmrə əsasən, Rafiq Nağıyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkimi təyin edilib. R.Nağıyev daha əvvəl Binəqədi Tibb Mərkəzini

19 oktyabr
.

Azərbaycanda icra başçısı cərimələndi

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovla bağlı inzibati protokol tərtib olunub. -a istinadən xəbər verir ki, icra başçısı ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib. İşə baxış zamanı müəyyən edilib ki, eyni vaxtda baş vermi

27 oktyabr
.

Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi

İnsan hüquqları üzrə Avropa Məhkəməsində Əli Kərimlinin Azərbaycana qarşı (N 3395/26) iddiasına baxılması üzrə uzunmüddətli proses yekunlaşıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ramiz Mehdiyev və digərləri ilə birlikdə Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyəti

4 noyabr
.

18 yaşlı oğlan məktəbin qarşısında öldürülüb - Polis şübhələni saxladı-Yenilənib

Ötən gün Bakının Xətai rayonunda 18 yaşlı oğlan bıçaqlanaraq qətlə yetirilib. "Qafqazinfo" "Bakupost"a istinadən xəbər verir ki, hadisə 56 nömrəli məktəbin qarşısında baş verib. Əraziyə polis əməkdaşları cəlb olunub. Hadisənin təfərrüatları hələlik məlum deyil. TƏBİB-dən verilən məlumat

5 oktyabr
.

Vüsalın qətlinə görə cəmi 10 min veribmiş...

13 il əvvəl Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verməkdə ittiham olunan Xəyal Əli-Zadənin məhkəmə istintaqı başlayıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror ittiham aktını elan edib. Xəyal Əli-Zadə 2013-c

28 sentyabr
.

Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...

Oktyabrın 25-də Tovuzda Vətən müharibəsi qazisi Nizami Qurbanovun qətlə yetirilməsi ilə nəticələnən hadisənin təfərrüatları məlum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum Neftçalanın Xol Qarabucaq kəndinin sakini olsa da, dövlət tərəfindən ona verilən Bakıdakı mənzildə yaşayırmış

27 oktyabr