Bakıda parkda dava: Gənc oğlan sevgilisini döydü, köməyə gələn veteranı isə öldürdü

Bakıda parkda dava: Gənc oğlan sevgilisini döydü, köməyə gələn veteranı isə öldürdüBakının Nəsimi rayonunda 1999-cu il təvəllüdlü Rüstəm əvvəllər tanımadığı, 1998-ci il təvəllüdlü Vüsalı (adlar şərti verilib - red.) qətlə yetirib.

Sonxeber.az Teleqraf.com-a istinadən xəbər verir ki, Rüstəm 14 avqust 2022-ci ildə, saat 22 radələrində qeyri-rəsmi ər-arvad münasibətində olduğu Aybənizlə aralarında olan mübahisəni həll etmək məqsədilə Bakının 3-cü Alatava yaşayış massivində, "Beton park" adlanan ərazidə görüşüb.

Rüstəm Aybənizi ona xəyanət etməkdə günahlandırıb. Zor tətbiq edib və Aybənizin dəyəri 250 manat olan telefonunu sındırıb, üzünə şillə vurub. Telefonla baş və çiyin nahiyələrinə zərbələr endirib, müxtəlif dərəcəli xəsarətlər yetirib.

Həmin vaxt yaxınlıqda olan Vüsal dostları Camal və Xəlil ilə birlikdə onlara yaxınlaşıb. Vüsal Rüstəmə narahatlıq yaratması, səs-küy salması ilə bağlı irad bildirib.

Aybənizin qaçdığını görən Rüstəm onun arxasınca yolun digər tərəfinə qaçıb. Vüsal və Camal da ictimai qaydanın pozulmasının qarşısını almaq məqsədilə Rüstəmin arxasınca yüyürüblər.

Rüstəm Vüsalın onu itələyərək vurmasını bəhanə edib, ov bıçağı ilə Vüsala çoxsaylı zərbələr yetirib. Vüsal aldığı xəsarətlərdən vəfat edib.

İstintaq orqanı tərəfindən Rüstəmin barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adamöldürmə), 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 221.3 (silah qismində əşyadan istifadə etməklə xuliqanlıq törətmək) və 228.4 (qanunsuz olaraq soyuq silahı əldə etmə, saxlama və gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rüstəm ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Aybənizlə bir yerdə yaşayıb və bir evdə qalıblar:

"Elə alındı ki, mən Aybənizdən ayrılmalı oldum. Ayrılıq təxminən iki ay davam etdi. Amma arada Aybənizgilə gedib-gəlmişəm".

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə baş verən gün işdən çıxaraq Aybənizgilə gedib:

"Həmin vaxt bıçaq da üzərimdə olub. Aybənizin telefonuna mesaj gəldiyini gördüm. Buna görə telefonu alaraq qırdım. Bu vaxt tanımadığım şəxslər mənə yaxınlaşdılar və telefonu əlimdən dartaraq almağa çalışdılar. Telefonu vermək istəmədim. Onlardan uzaqlaşdıqda Vüsal məni vurdu. Yenə onlardan uzaqlaşmaq istədim".

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin şəxsləri tanımayıb, onlarla düşmənçiliyi olmayıb:

"Mən qorxdum, yerdən qalxaraq qaçmaq istədim. Lakin alınmadı. Bıçaq daimi üzərimdə olmayıb. İşdə lazım olduğu üçün üzərimdə saxlamışam.

Hadisə vaxtı döyülmüşəm. İki nəfərin üzərimə gəldiyini görmüşəm və özümü müdafiə etmək üçün vurmuşam. Bıçaqdan həmin şəxsləri qorxutmaq üçün istifadə etmişəm. Bunlar kameraya da düşüb. Mənim Vüsalı öldürmək niyyətim olmayıb".

İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verən Vüsalın atasının sözlərinə görə, hadisənin şahidi olmayıb:

"Evdə olduğum vaxt oğlum Vüsal mənə zəng etdi və evə gəlmək istədiyini bildirdi. Mən də gəlməsini istədim. Oğlum subay idi, 44 günlük Vətən müharibəsində iştirak etmişdi. Hadisədən sonra təqsirləndirilən şəxsin valideynlərindən və qohumlarından heç kim bizə gəlməyib".

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rüstəm 18 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən apellyasiya şikayəti verilib.

Hüquqi varis təqsirləndirilən şəxsin barəsində olan cəzanın ağırlaşdırılaraq onun ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

Bu şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Şikayətin baxılması mərhələsində zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən məhkəməyə ərizə təqdim olunub. Ərizədə onlar şikayətlərinin geri götürülməsini istəyiblər.

Bu səbəbdən hakimlər şikayətə baxılmasına xitam verilməsi barədə qərar qəbul ediblər.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2153   Tarix: 20 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Havvaxanım Rüstəmovaya hökm oxundu

"Moon Kids" Uşaq Bağçasının külli miqdarda dələduzluqda ittiham olunan direktoru Havvaxanım Rüstəmovanın iki ildən çoxdur davam edən məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Hökmə əsasən, ev dustaqlığınd

16 sentyabr
.

Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı

Gədəbəy rayonunda 1992-ci ildə törədilən qətlin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, rayonun Çayrəsullu kənd sakini Şahbaz Məmmədovu ağac parçası ilə döyərək qətlə yetirməkdə şübhəli bilinən onun oğlu, 59 yaşlı Polad Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma davam etdirili

31 avqust
.

Tovuzda qadın qətlə yetirildi - Şübhəli qardaşı oğludur

Tovuz rayonunda silahlı insident baş verib. "Qafqazinfo" xəbər verir ki, rayon sakini 1961-ci il təvəllüdlü M.İsayeva odlu silahdan açılan atəşlə qətlə yetirilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkd

7 avqust
.

Leyla Əhmədova həbs olundu

Tanınmış modelyer Leyla Əhmədova həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əhmədova Leyla Saday qızı külli miqdarda dələduzluqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Leyla Əhmədova barəsində Xəta

8 sentyabr
.

Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı

Azərbaycan Respublikasının prokurorluq və daxili işlər orqanlarının birgə fəaliyyəti nəticəsində daha bir xüsusilə ağır cinayətin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib. Qeyd olunub ki, 2019-cu ilin apre

21 sentyabr
.

Toydan gələrkən qəzaya düşdü - Fotolar

Tərtər rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Kəbirli kəndi ərazisində qeydə alınıb. Kənd sakini Məmmədov Müşfiq Raqub oğlu idarə etdiyi "Ford" markalı 50-EZ-587 dövlət qeydiyyat nişanl

4 sentyabr
.

Oğlu öldürülən ata qisas almağa çalışdı - 5 illik həbs edildi

Ötən ilin avqustunda Gəncədə qətlə yetirilən 15 yaşlı Tunar Məmmədovun atası həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum yeniyetmənin atası 1982-ci il təvəllüdlü Etibar Məmmədov bıçaqlanma əməlinə görə cinayət məsuliyyətinə cəlb olunub. Belə ki, Tunar Məmmədov Gəncədə tərxu

8 avqust
.

Dəhşətli qəzada ölən Elmirin fotosu - Hadisə yerindən görüntülər

Bakının Buzovna qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, avqustun 4-nə keçən gecə - saat 01 radələrində Zuğulba şosesinin Buzovna ərazisindən keçən hissəsində Elmir Qismət oğlu Həsənovun idarə etdiyi "Opel" markalı, 01-CO-753 dövlət nömrə nişanl

5 avqust
.

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, yetkinlik yaşına çatmayan şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə təqsirli bilinib. Məlum olub ki, F.Poladov bacıs

7 sentyabr