Azərbaycan İssık-Kul gölünün sahilində beşulduzlu mehmanxana tikəcək, saziş təsdiqlənib
"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında İssık-Kul gölünün sahilində beşulduzlu mehmanxananın tikintisi üzrə investisiya qoyuluşu haqqında Saziş" təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, 2023-cü il oktyabrın 12-də Bişkek şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında İssık-Kul gölünün sahilində beşulduzlu mehmanxananın tikintisi üzrə investisiya qoyuluşu haqqında Saziş" təsdiq edilib.
Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.
Azərbaycan Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qırğız Respublikası Hökumətinə bildiriş göndərəcək.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 798 Tarix: 21 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident diplomatların sənədləri ilə bağlı FƏRMAN imzalayıb
"Fövqəladə və səlahiyyətli səfir, birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi, ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbələri alan diplomatik xidmət əməkdaşlarına verilən vəsiqənin nümunəsi" təsdiq edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliye
11 martPrezident İlham Əliyevdən Mixail Zabelinlə bağlı SƏRƏNCAM
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Mixail Yuryeviç Zabelin 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb
18 martBakı və Brüssel münasibətləri yeni mərhələyə qədəm qoyub
Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət sayəsində ölkəmizin beynəlxalq aləmdəki mövqeyi günü-gündən güclənir, dünyanın aparıcı dövlətləri Azərbaycanla münasibətlərin genişlənməsində maraqlıdır. Xüsusilə Vətən müharibəsində qazanılan Şanlı Qələbədən sonra ölkəmizin beynəlxalq nüfuzu dah
13 martAntonio Koştanın Azərbaycana səfəri başa çatdı
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycan Respublikasına rəsmi səfəri martın 12-də başa çatıb. Qaynarinfo xəbər verir ki, Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəs
12 mart