"Hermes-S" MTK 6 ildir evlərini sökdüyü ailələrin mənzillərini vermir

"Hermes-S" MTK 6 ildir evlərini sökdüyü ailələrin mənzillərini vermirSəbaildə pilot layihə əsasında "Hermes-S" Mənzil-Tikinti Kooperativi tərəfindən 6 il əvvəl evləri sökülüb mənzillə təmin olunmayan şəxslərlə bağlı məhkəmə qərar verib.

Qaynarinfo-nun məlumatına görə, Safura Əliyevanın (ad-soyad şərti) sözügedən ünvandakı 4 mərtəbəli binada 5 otaqlı, 119,5 kv.m. mənzili olub.

O, mənzil şəraitinin yaxşılaşdırılacağını güman edərək 2018-ci ildə "Hermes-S" MTK ilə "Mənzilə dair hüquqların ötürülməsi, istifadəçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında" müqavilə bağlayaraq, yaşayış sahəsini ailəsi ilə bərabər boşaldıb. Müqaviləyə əsasən, onlara "Hermes-S" MTK tərəfindən 119,5 kv.m. olan 5 otaqlı mənzilin sahəsinə 20 faiz əlavə edilməklə həmin ünvanda tikilmiş yaşayış binasından mənzil və üstəlik hər ay 450 manat kirayə pulu verilməli imiş.

Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini 6 ildir yerinə yetirmir. MTK rəhbərliyi 4 ildir ki, ona kirayə pulu vermir, 6 ilə yaxındır mənzillə təmin etməyib. Safurə Əliyeva məcbur qalaraq məhkəməyə müraciət etməli olub.

"Hermes-S" MTK rəhbərliyi onun yaşadığı mənzili sökərək, yerində çoxmərtəbəli binanın tikintisini başa çatdırsa da, həmin binada müqavilənin şərtlərinə əməl etməyib.

"Hermes-S" MMC-nin qanuni təmsilçisi Kərimov Elçin Adil oğlu məhkəmədə ifadəsində bildirib ki, pandemiya ilə əlaqədar binanın tikintisi ləngiiyb, hazırda tikinti davam edir, iddiaçıya müqavilədə nəzərdə tutulan sahəli mənzil veriləcək. Kirayə haqlarının vaxtında ödənilməməsi isə bank hesabı üzərinə sərəncamın qoyulması olub. Artıq sərəncam ləğv edilib, ödənişlər həyata keçirilir.

Məhkəmə evi sökülən vətəndaşa "Hermes-S" MTK tərəfindən ümumi sahəsi 119,5 kv.m. olan 5 otaqlı mənzilin sahəsinə 20 faiz əlavə edilməklə həmin ünvanda tikilmiş yaşayış binasından təmirli yeni mənzilin verilməsinə qərar verib. Üstəlik təmirli mənzil təhvil verilən günə kimi hər ay 450 manat olmaqla kirayə haqqı ödənilməlidir.

Qeyd edək ki, Camal Zamanov (ad-soyad şərti) və digər vətəndaşlar da "Hermes-S" MTK tərəfindən hüquqları pozularaq, sökülən evlərinin yerində tikilən binada mənzillə və kirayə pulu ilə təmin edilməyib. Məhkəmə zərərçəkmişlərin xeyrinə qərar qəbul edərək, sözügedən şirkət rəhbərliyi qarşısında vətəndaşların mənzillə və kirayə pulu ilə təmin olunması tələbi qoyub.

Onu da bildirək ki, ötən ay "Hermes-S" Mənzil-Tikinti Kooperativi MMC barəsində idarəçilik qaydaları əleyhinə olan (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) inzibati xəta protokolu tərtib olunub. Protokol İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə irəli sürülüb. 528.1-ci maddəyə əsasən, hüquqi şəxslər 3 000 manatdan 5 000 manatadək məbləğdə cərimə edilir.
"Hermes-S" MTK 6 ildir evlərini sökdüyü ailələrin mənzillərini vermir"Hermes-S" MTK 6 ildir evlərini sökdüyü ailələrin mənzillərini vermir


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1111   Tarix: 22 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Həmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar

Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla

1 oktyabr
.

Məktəbdə nöqsanlar aşkarlandı, direktor işdən çıxarıldı

Şəmkir rayonu Hacı Zeynalabdin Tağıyev adına Kür qəsəbə tam orta ümumtəhsil məktəbində aparılmış monitorinq zamanı müəssisənin fəaliyyətində ciddi hüquqi və inzibati nöqsanlar müəyyən edilib. xəbər verir ki, bu barədə APA-ya Qazax-Tovuz Regional Tədris idarəsindən məlumat verilib. Bildirilib ki, qey

2 oktyabr
.

Nicat Azadlının xanımından ağır ittihamlar - "Övladımı bətnimdə öldürdü..."+Video

Sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. "Qafqazinfo" xəbər verir ki, qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi

2 oktyabr
.

21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi

2023-cü ildə Qusar Rayon Mərkəzi Xəstəxanasında 2002-ci il təvəllüdlü Aysel Babayevanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi nəhayət başa çatıb. "Qafqazinfo" xəbər verir ki, xəstəxananın doğum şöbəsinin mama-ginekoloqu 1961-ci il təvəllüdlü Elmira Əsgərovaya hökm oxunub

1 oktyabr
.

Azərbaycan Hava Yolları daha bir yeni nəsil "Airbus A321neo" təyyarəsi ilə donanmasını genişləndirib

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları donanmasına növbəti yeni nəsil "Airbus A321neo" təyyarəsini qəbul edib. Bununla, aviaşirkətin donanmasındakı yeni nəsil təyyarələrin ümumi sayı 10-a (8 ədəd "Airbus A320neo" və 2 ədəd "Airbus A321neo") çatıb. Yen

1 oktyabr
.

Maşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ

Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is

2 oktyabr
.

Bu şəxslərə əlavə MAAŞ ÖDƏNİLMƏLİDİR - AÇIQLAMA

Əmək müqaviləsi ilə çalışan işçilərin artıq iş saatlarında, istirahət və bayram günlərində, gecə vaxtı, eləcə də ağır və zərərli əmək şəraitində işləməsi zamanı əlavə ödəniş məsələsi əmək qanunvericiliyi ilə tənzimlənir. Bu ödənişlərin düzgün hesablanması və vaxtında verilməsi işçinin əmək hüquqlarını

2 oktyabr
.

"TikTok" Azərbaycanda vergi uçotuna alındı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB"

1 oktyabr
.

Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA

Kürdəmir şəhərində keçirilən məclisdə 92 nəfərin qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət etməsi iaşə obyektlərində qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Belə halların səbəbi laborator müayinələrin nəticələri müəyyənləşdikdən sonra dəqiqləşdirilə bilər. Bununla yanaşı, qidaları

1 oktyabr