Prezident: "Əmək Mərkəzi İƏT-ə üzv ölkələr arasında əməkdaşlığın daha da güclənməsində vacib rol oynayacaq"
"Hazırda işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır, vacib infrastruktur layihələri həyata keçirilir. "Böyük Qayıdış" Proqramı çərçivəsində keçmiş məcburi köçkünlər artıq dədə-baba yurdlarına - Laçın və Füzuli şəhərlərinə, o cümlədən üç kəndə qayıdıblar. 2026-cı ilin sonunadək 140 mindən çox insanın Qarabağa və Şərqi Zəngəzura geri dönməsi nəzərdə tutulur".
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin əmək nazirlərinin noyabrın 23-də Bakıda keçirilən V konfransının iştirakçılarına müraciətində bildirilib.
Müraciətində on il əvvəl də Bakıda İslam Əməkdaşlıq Təşkilatının əmək nazirlərinin konfransının keçirilməsinin əlamətdar hal olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib:
"Burada qəbul edilən "Çərçivə sənədi"nə əsasən, əmək, miqrasiya və sosial müdafiə sahələrində təcrübə mübadiləsinə dair gələcək prioritetlər müəyyən olunmuşdu. Konfrans çərçivəsində, mənzil-qərargahı Bakıda olmaqla İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin yaradılması təşəbbüsü tərəfimdən irəli sürülmüşdü və bu təşəbbüsü üzv ölkələr yekdilliklə dəstəkləmişdilər. Ötən dövrdə İslam Əməkdaşlıq Təşkilatının Bakıda Əmək Mərkəzinin yaradılması istiqamətində mühüm işlər görülüb. Mərkəzin üzv ölkələr arasında əməkdaşlığın daha da güclənməsində vacib rol oynayacağına əminəm".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 822 Tarix: 23 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKim Çen In Putinə dəstək mesajı göndərdi: Strateji tərəfdaşlıq möhkəmlənəcək
Şimali Koreya lideri Kim Çen In Rusiyanın Milli Günü münasibətilə Rusiya Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib. xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya dövlət mediasının yaydığı məlumata görə, Kim məktubunda Moskva rəhbərliyinə tam dəstəyini ifadə edib. O, Pxenyanın Rusiyanı
12 iyun"Şuşa Bəyannaməsi" böyük zəfərin təntənəsidir" - DEPUTAT
"2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanmasının beş ili tamam olur. Şuşa Bəyannaməsi İkinci Qarabağ Müharibəsində Azərbaycanın Ermənistan üzərində əldə etdiyi qələbəsindən sonra regiond
11 iyunQardaşlığın rəmzi - Şuşa Bəyannaməsi
Bu gün Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri bütün dünya ölkələri arasında mövcud olan tərəfdaşlıq əlaqələrinə nümunə təşkil edir. Hazırda dünyada bu cür münasibətlərə malik olan iki dövlət tapmaq mümkün deyildir. Hətta, eyni təşkilat, yaxud ideologiya ətrafında birləşmiş dövlətlər arasında bel
9 iyunPrezident İlham Əliyevdən şəhid hərbçilərlə bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, Sərəncam
25 iyunTarixi əhəmiyyətə malik olan Şuşa bəyannaməsi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2021-ci il iyunun 15-də Şuşada ölkələrimiz arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsini imzalaması müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir. Prezidentlər İlham Əliye
9 iyun