Avstraliyada ətin kiloqramı təqribən bir dollara düşüb: Maraqlı səbəb
Avstraliyalı fermerlər getdikcə daha çox qoyun kəsməyə, ətini də çox aşağı qiymətə satmağa və hətta pulsuz verməyə məcbur olurlar.
Buna səbəb ölkədə qoyun sayının həddindən artıq artmasıdır. Buna görə son bir ildə quzu ətinin qiyməti 75 faiz ucuzlaşıb, bəzi yerlərdə ətin bir kiloqramının alış qiyməti bir dollardan bir qədər çoxdur.
Heyvanların öz qiymətləri də kəskin ucuzlaşıb: bir qoyun üçün alıcılar orta hesabla 22 dollar verirlər, lakin tez-tez belə hallar olur ki, fermer bir qoyunu bir dollara, hətta ondan da ucuz satmağa məcbur olur.
Həmçinin pulsuz da olsa, qoyun götürmək istəyənlər azdır: bu il Avstraliyada quraqlıq gözlənilir və heyvanların yemlənməsi ilə bağlı problemlər artacaq.
Qeyd edək ki, Avstraliya dünyanın ən böyük qoyun əti istehsalçısı və ixracatçısıdır.
Hazırda ölkədə heyvan sayının 78,7 milyonu keçdiyini təxmin edilir.
Hətta ət ixracı da vəziyyətə kömək edə bilmir. Oktyabr ayında ölkənin ixrac həcmi 50,8 min tonu ötüb ki, bu da mütləq rekorddur./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1171 Tarix: 24 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yaponiyada 6,0 bal gücündə zəlzələ baş verib
Yaponiyanın cənubundakı Okinava prefekturasında 6,0 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Yonaquni adasının yaxınlığında, 10 kilometr dərinlikdə yerləşib. xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat verib. Tələfat və ya dağıntı barədə məlumat verilməyib, sunami təhlükəs
30 sentyabrPolşa və Rumıniya Ukraynaya hücum fonunda aviasiyanı havaya qaldırıb
Polşa ilə Rumıniya gecə və səhəri Rusiyanın Ukraynaya hava hücumları zamanı hava məkanının monitorinqini gücləndirib. APA xəbər verir ki, Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı sentyabrın 30-da səhər saatlarında Ukrayna bölgələrinə Rusiyanın hücumu ilə əlaqədar ölkənin aviasiyasının havay
30 sentyabrPentaqona ŞOK KİBERHÜCUM: 3 milyon əməkdaşın məlumatı oğurlandı
ABŞ Müdafiə Nazirliyinin məlumat sisteminə genişmiqyaslı kiberhücum edilib. xarici KİV-ə istinadən xəbər verir ki, hakerlər Pentaqon əməkdaşları və hərbçiləri barədə məxfi məlumatların saxlanıldığı böyük kadr bazasına giriş əldə ediblər. Hadisə nəticəsində 2 milyon 760 min sağ şəxsin, həmçinin 294 mi
29 sentyabrUkrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirib
Ukrayna dronları Samara bölgəsinə hücum edib və səhər tezdən hakimiyyət orqanları raket təhlükəsi elan etdi və bölgə sakinlərini sığınacaq axtarmağa çağırıb. xəbər verir ki, bu fonda Samarada ictimai nəqliyyat dayandırılıb. Həyəcan siqnalının bitdiyini bir neçə saat sonra, Moskva vaxtı ilə səhər saa
2 oktyabrHəbsdə "lüks həyat" yaşayır - Məhbuslar ona yemək bişirir
P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombsa həbsxanada bir neçə məhbus xidmət edir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "NBC News" telekanalı digər məhbusların anonim ifadələrinə istinadən məlumat yayıb. Bildirilir ki, həmin məhbuslar P. Diddy üçün yemək hazırlayır
30 sentyabr