Bakıda da qızılcaya yoluxanlar var - Həkimdən XƏBƏRDARLIQ
Son günlər ölkəni cənginə alan qızılca xəstəliyinə yoluxanların sayının artması səhiyyə işçilərini hərəkətə gətirib. Səhiyyə Nazirliyi noyabr ayında verdiyi açıqlamada bəzi bölgələrdə qızılca virusuna tək-tək yoluxma hallarının müşahidə edildiyini açıqlasa da, statistikaya nəzər salsaq görərik ki, noyabrın ikinci ongünlüyündə təkcə Kürdəmirdə xəstəxanaya yoluxma ilə bağlı 60-a yaxın müraciət daxil olub. Maraqlısı budur ki, qızılca təkcə uşaqlar arasında deyil, böyüklərdə də müşahidə edilir. Belə ki, Azərbaycan Dövlət Pedoqoji Universitetinin Cəlilabad filialında da tələbələrdən qızılcaya yoluxanlar var. Mütəxəssislər bildirirlər ki, Azərbaycanda ən son 2018-ci ildə qızılcaya yoluxanların sayı builki qədər yüksək olub. Hazırda yoluxmaların daha çox bölgələrdəki məktəb və bağça yaşlı uşaqlar arasında üstünlük təşkil etdiyi deyilsə də, qızılca artıq paytaxta da ayaq açıb...
Tanınmış pediatr Qoşqar İsmayılov Pravda.az-a açıqlamasında deyib ki, Bakıda da məktəbəqədər və məktəblilər arasında qızılcaya yoluxanlar var: "Son iki-üç ayda qızılca geniş vüsət alıb. Təəssüf ki, uşaqlar arasında daha çox rast gəlinir. Xüsusən də, məktəbəqədər və məktəblilər arasında qızılcaya yoluxanlar var. Yoluxmaya ən birinci səbəb budur ki, uşaqlara vaxtında - 1 yaşında üçü birində qızılca, məxmərək və epidemik parotit əleyhinə peyvənd vurulmur. Birinci buna diqqət etmək lazımdır. Valideynlərə tövsiyə edirik ki, peyvənləri vaxtlı-vaxtında vurdursunlar. Uşaqları 1 yaşında ilk peyvənddən sonra 6 yaşında da təkrar pevənd - revaksiyanasiya etdirsinlər".
Həkim xəbərdarlıq edib ki, qızılca xəstəliyi əsasən ilk üç-dörd gün ərzində yüksək hərarət, yaxud supervin hərarətlə müşahidə edilə bilər: "Boğaz şişkinliyi, boğazağrısı kimi kataral əlamətlərlə başlayır. Sonra səpgilər yaranır, səpgilər xüsusən qulaq dibindən başlayır, sonradan bütün bədənə, ətraflara yayılır. Səpgi olanda artıq diaqnoz qoya bilirik ki, bu, qızılcadır. Qızılcanın müalicəsi yüngül hallarda ev şəraitində aparılır. Lakin ciddi vəziyyətdə, yəni yüksək hərarət davam edirsə, xəstənin infeksion xəstəxanalarda yatırılması məsləhətdir. Xəstə izolyasiya olunmalıdır. Bağçaya və ya məktəbə getmək olmaz. Həkim təyinatına uyğun olaraq xəstə müalicəsini almalıdır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr
Röya, Natavan və Elnur bir arada - Foto
Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
Bakının bu rayonunda su olmayacaq
Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Elektronika mağazalarına rəsmi zəmanət öhdəliyi qoyula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA
21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi