"USAID-in ölkəmizdə mövcudluğunu davam etdirməsi Azərbaycanın milli maraqlarına ziddir"- Bəhruz Məhərrəmov

"USAID-in ölkəmizdə mövcudluğunu davam etdirməsi Azərbaycanın milli maraqlarına ziddir"- Bəhruz Məhərrəmov"USAID-in ölkəmizdə mövcudluğunu davam etdirməsi və yaxud bu və ya digər formada hər hansı layihələrin həyata keçirilməsi Azərbaycanın milli maraqlarına, həmçinin Azərbaycan xalqının milli birliyi, Vətən müharibəsi və antiterror tədbirləri ilə daha da möhkəmlənmiş milli həmrəyliyinə ziddir".

Bu sözləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Sonxeber.az-a bildirib.

O qeyd edib ki, Vətən müharibəsi və antiterror tədbirləri dövründə Samanta Pouer özü və USAİD açıq formada tərəf kimi davranmış, bu gün də proses eyni qaydada davam edir:
"ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi Marşal planı çərçivəsində ötən əsrin ortalarında yaradılmış, uzunmüddətli iqtisadi və sosial inkişafa yönəlmiş nəhəng təsisatdır. Bu günə qədər USAID kənd təsərrüfatı, ticarət, qlobal səhiyyə, demokratiya, humanitar yardıma dəstək istiqamətlərində, daha doğrusu, bu ad altında dövlətlərin asılılıq altına salınması istiqamətində çoxsaylı proqramlar reallaşdırıb. Açıq Cəmiyyət İnstitutunun yetirməsi olan və Sorosun dəstəyi ilə karyera qurmuş Samanta Pauerin USAID-ə rəhbər təyin olunması isə təsisatın fəaliyyətini daha da radikallaşdırmış, xüsusən İslam və Türk dünyasına münasibətdə hücumlar intensivləşib. Ümumiyyətlə, Pauer özü fəaliyyəti dövründə dəfələrlə Türkiyəni aşağılayaraq aşkar şəkildə erməni terroru və vandalizmini dəstəkləyib. Davamlı olaraq sosial şəbəkələrdə həm Sorosdan gələn tezislərə müvafiq olaraq başlanan kampaniyalar çərçivəsində, həm də öz təşəbbüsü ilə erməni lobbisi ilə həmrəylik nümayiş etdirmiş, o cümlədən Vətən müharibəsi və antiterror tədbirləri dövründə Samanta Pouer özü və USAİD açıq formada tərəf kimi davranmış, bu gün də proses eyni qaydada davam edir".

O qeyd edib ki, separatçı "liderlərinin" saxlanmasının ardınca Samanta Pauer böyük həyəcanla Ermənistana səfər etmiş və Azərbaycan-Ermənistan şərti sərhədində jurnalistlərə müsahibəsində Azərbaycanı açıq şəkildə ittiham etmiş, həmçinin Ermənistanın işğal və təcavüz siyasətini müdafiə etmişdir:

"Antiterror tədbirlərinin ardınca Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən tutulan separatçı rejimin keçmiş "liderlərinin" istintaqa verdiyi ifadələr Samanta Pauerin həm də korrupsiyalaşmış, muzdlu fiqur olduğu reallığını meydana çıxarır. Təsadüfi deyil ki, separatçı "liderlərinin" saxlanmasının ardınca Samanta Pauer böyük həyəcanla Ermənistana səfər etmiş və Azərbaycan-Ermənistan şərti sərhədində jurnalistlərə müsahibəsində Azərbaycanı açıq şəkildə ittiham etmiş, həmçinin Ermənistanın işğal və təcavüz siyasətini müdafiə etmişdir. Samanta Pauer bununla kifayətlənməyərək ABŞ Dövlət Departamentindən aldığı tezislər əsasında USAID-in imkanlarından faydalanaraq, USAID-in imkanlarını səfərbər edərək, beynəlxalq ictimai rəydə Azərbaycan əleyhinə qərəzli fon formalaşdırılması, həmçinin Azərbaycan daxilində süni qarşıdurma yaradılması istiqamətində çoxsaylı, çoxşaxəli fəaliyyətlərə start vermişdir.
Əlbəttə, belə bir fonda USAID-in ölkəmizdə mövcudluğunu davam etdirməsi və yaxud bu və ya digər formada hər hansı layihələrin həyata keçirilməsi Azərbaycanın milli maraqlarına, həmçinin Azərbaycan xalqının milli birliyi, Vətən müharibəsi və antiterror tədbirləri ilə daha da möhkəmlənmiş milli həmrəyliyinə ziddir və bu təsisata bu və ya digər formada bağlı olan bütün uzantılar dərhal ölkə ərazisindən çıxarılmalıdır".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1257   Tarix: 24 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr