Kişi ilanın köməyi ilə arvadını və qızını öldürüb
Hindistanda kişi 800 min rupi (850 min rubl) təzminat qarşılığında arvadını və qızını kral kobrasının köməyi ilə öldürdüyünü etiraf edib.
Basanti Patra və onun iki yaşlı qızının meyiti oktyabrın 7-də Hindsistanın Odişa ştatının Adheyqaon kəndindəki evlərində tapılıb. Hər ikisinin ilan sancması aşkar edilib. Həmin vaxt ilan da otaqda olub. Həkimlər artıq zərərçəkmişlərə kömək edə bilməyiblər. Polis hadisənin vəhşi kobranın dişləməsi nəticəsində baş verdiyinə qərar verərək, araşdırmaya davam etməyib.
Ancaq tezliklə qadının atası əri Qaneşi pul naminə onu və öz qızını kobranın köməyi ilə öldürməkdə ittiham edib, çünki Hindistanda kobra hücumu qurbanlarının qohumları hər qurban üçün 400 min rupi məbləğində təzminat almaq hüququna malikdirlər.
Araşdırmaya ilanların əhilləşdirilməsi ilə məşğul olan mütəxəssis cəlb edilib və zərərçəkmişlərin bədənlərində dişləmə izinin eyni yerdə - ayaqlarında, topuqlarından bir az yuxarıda olduğunu ona qəribə göründüyünü qeyd edib. Həmçinin hücumdan sonra ilan otaqda qalıb ki, bu da vəhşi kobralar üçün səciyyəvi deyil. Mütəxəssis həmçinin qeyd edib ki, ilan zərərçəkmişləri dişlədikdən sonra onlar qışqırmayıblar, baxmayaraq ki, kobranın zəhəri şiddətli ağrıya səbəb olur. Müstəntiqlər ilanın hücumundan əvvəl Patra və qızına bir növ sakitləşdirici dərman verildiyini təxmin ediblər.
Hadisədən bir ay sonra Qaneş Patra cinayəti etiraf edib. O, kobranı oktyabrın 6-da dini ayin icra etmək adı ilə aldığını bildirib. Daha sonra o, ilanı arvadının və qızının yatdığı otağa buraxıb, özü isə başqa otaqda uzanıb.
Hazırda polis ilan satıcısının kişinin ondan kobranı hansı məqsədlə aldığını bilib-bilmədiyini araşdırır. Müstəntiqlər cinayətdə başqa şəxslərin də əli olub-olmadığını öyrənməyə çalışırlar./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2699 Tarix: 25 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yerdə temperatur 65°C-yə çatacaq: Son bitkilər nə vaxt yox olacaq?
Müəllifləri Ceykob Hakk-Misra və Erik Vulf olan, "JGR Atmospheres" elmi jurnalında dərc edilmiş araşdırmada beynəlxalq alimlər qrupu Yer kürəsinin gələcək təkamülünü modelləşdirərək belə nəticəyə gəlib ki, təxminən 1,9 milyard ildən sonra planetin səthində orta temperatur 65C-yə çata bilər
13 iyulQətərdə sabiq əmirin vəfatı ilə əlaqədar dördgünlük matəm elan edildi
Qətər əmirinin dəftərxanası dövlətin keçmiş başçısı şeyx Həməd bin Xəlifə Əl Taninin vəfatı ilə əlaqədar ölkədə dördgünlük ümummilli matəm elan edib. TASS agentliyinə istinadən xəbər verir ki, matəm bu gün, iyulun 12-dən başlayır. Dörd gün ərzində ölkənin bütün ərazisində dövlət bayraqları endiriləcək
12 iyulCNN: Oman Hörmüz boğazında gəmiçiliyin iki sahəyə bölünməsini təklif edib
Oman Maskatda keçirilən danışıqlar zamanı İrana Hörmüz boğazında gəmiçiliyin iki sahəyə bölünməsini təklif edib. "Report" xəbər verir ki, bu barədə CNN telekanalı mənbəyə istinadən məlumat yayıb. "Oman sularından keçən cənub marşrutu üzrə gəmilərin sərbəst hərəkəti təmin ediləcək. İra
12 iyulAFP: Livan İsraillə Romada keçiriləcək danışıqlarda iştirak edəcək
Livan iyulun 15-16-da Romada İsraillə keçirilməsi planlaşdırılan danışıqlarda iştirak edəcək. "Report" xəbər verir ki, bu barədə AFP-yə Livanın yüksəkrütbəli rəsmisi məlumat verib. "Bu qərar İsrailin gələn həftənin əvvəlində Livan ordusunun nəzarəti altında "pilot zonalar"ı
12 iyulAvropada anomal istilər dalğası - Ən təhlükəli vəziyyət NƏ VAXTA GÖZLƏNİLİR?
Avropa ölkələri yeni anomal istilərlə üzləşib. -ın xəbərinə görə, bu barədə Avropa İstilik Monitorinq Sistemi (EFFIS) məlumat yayıb. Qeyd edilib ki, iyul ayında həddindən artıq istilik səbəbindən baş verən meşə yanğınları 126 00 hektardan çox ərazini məhv edib ki, bunlardan təxminən 40%-i İspaniyanı
11 iyulMoldova hökuməti Ukraynadan olan BANKİRƏ TAPŞIRILIR
Moldova Prezidenti Maya Sandu Ukraynada yaşayan bankir Vasili Tofanı ölkənin baş naziri vəzifəsinə namizəd kimi irəli sürüb. -ın xəbərinə görə, bu barədə "RİA Novosti" nəşri məlumat verib. Brifinq zamanı ölkə lideri bildirib ki, "Hərəkət və həmrəylik" partiyası ilə məsləhətləşmələ
11 iyulÇin Ayda naqilsiz enerji ötürməyi təklif edir - Yeni texnologiya
Çin alimləri Ayda elektrik enerjisinin naqillərdən istifadə olunmadan ötürülməsini mümkün edə biləcək yeni konsepsiya hazırlayıblar. Bu yanaşmanın gələcəkdə Ayın cənub qütbündə aparılacaq elmi tədqiqat missiyalarının enerji təminatını xeyli asanlaşdıra biləcəyi bildirilir. Qaynarinfo xəbər verir ki
13 iyulABŞ Milli Kəşfiyyatında yeni ixtisarlar olacaq
ABŞ-nin Milli Kəşfiyyat İdarəsinin icraedici direktoru Bill Pulti rəhbəri olduğu qurumda yeni işçi ixtisarlarının həyata keçiriləcəyini açıqlayıb. xəbər verir ki, o bu barədə "X" sosial şəbəkəsində yazıb. "ABŞ Milli Kəşfiyyatı hər zamankından daha səmərəli, məhsuldar fəaliyyət göstəri
12 iyul