Yaşlı nəsillə gənc nəsil arasında niyə FİKİR AYRILIĞI olur? – SƏBƏBLƏR

Yaşlı nəsillə gənc nəsil arasında niyə FİKİR AYRILIĞI olur? – SƏBƏBLƏRBütün dövrlərdə yaşlı nəsil ilə gənc nəsil arasında fikir ayrılığı olub. Yaşlı nəslin nümayəndələri gənc nəsli həyat tərzinə, geyiminə, davranışına, hətta seçdiyi peşəyə görə qınayıb, onlara oxşamamaqda ittiham ediblər. Əlbəttə, burada istisna hallar var.

Azərbaycanda da nəsillərarası toqquşmalar baş verir. Bu, ailədə, valideynlərlə övlad arasında, sənət dünyasındakı insanlar, yaşlı aktyorlarla gənc aktyorlar və digər peşə sahibləri arasında özünü biruzə verir.

Psixoloq Taryel Faziloğlu mövzu ilə bağlı danışarkən bunun nədən qaynaqlandığını açıqlayıb.

O, uşaqların yeniyetməlik dövründə valideynlərlə daha çox razılaşmadıqlarına rast gəlindiyini deyib:

"Nəsillər arasında fikir çatışması tarix boyu olub. Böhran dövrünü yaşayan yeniyetmələr ciddi şəkildə özlərini böyük hiss edirlər, valideynlərsə onların böyüdüyünü qəbul eləmirlər.

Yeniyetmələr öz qərarlarını verəcək yaşda olduqlarını, özəl həyatları ilə bağlı özlərinin yön verməsini istəyirlər. Onların hələ uşaq olduqlarını düşünən valideynlər bu haqqı tanımaq istəmirlər. Onda ciddi qarşıdurma baş verir.

Belə olan halda valideynlər uşaqlarını daha çox üsyankarlıqla, tərbiyəsizliklə, doğruları qəbul etməməklə günahlandırırlarsa, yeniyetmələr də valideynlərini geridə qalmışlıqla, keçmişin qalığı kimi ittiham eləməyə başlayırlar. Nəsillərarası münaqişə adını almış bu hadisə əslində yeniyetməlik böhran dövründə valideyn övlad münasibətlərinin daha aqressiv fonda olmasının ədəbiləşdirilmiş ifadəsidir".

Psixoloq hesab edir ki, valideyn və övlad arasında yaranan fikir ayrılığı gələcəkdə onun müstəqil qərar verməsinə mane olur:

"Azərbaycan tərbiyə sistemində ən böyük problemlərdən biri odur ki, bizdə böyük-kiçik adını verdiyimiz ailə-mental sistemi var. Bu sistemdə fikir ayrılığı olsa belə uşaqlara valideyn sağ olduğu müddətdə böyüyün qərarlarına sorğu-sualsız boyun əymək zorunda olduqları öyrədilir.

Buna görə də valideynlər uşaqların yaşı nə qədər olursa, olsun onların yerinə qərar vermə haqqını özlərində görürlər. Yəni uşaqların, əsasən də kişilərin valideynləri sağ olduğu müddətdə qərar verməsində hər zaman inkişaf olmur.

Birdən-birə özü qərarvermə situasiyasına düşəndə böyük sıxıntılar yaşaya bilirlər. Bu gün Azərbaycanda 30 yaşında belə özləri qərar verə bilməyən insanlar var ki, mütləq şəkildə valideynləri onların yerinə qərar verir".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 738   Tarix: 25 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Gələn həftə Drakonid meteor yağışı olacaq

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Qaynarinfo xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Drakonidlərin mənbəyi (radiantı) Əjdaha (Draco) bürcündə yerləşdiyi üçün meteor yağışı bu adla tanınır. Meteo

1 oktyabr
.

Almaniya və daha beş ölkə Aİ büdcəsi ilə bağlı ultimatum irəli sürüb

Almaniya və Avropa İttifaqının (Aİ) daha beş ölkəsi Brüsseldən Aİ-nin 2028-2034-cü illər üçün planlaşdırılan büdcə xərclərini yüz milyardlarla avro azaltmağı tələb edib. "Financial Times"a istinadən xəbər verir ki, müvafiq məktubu Almaniya, Avstriya, Danimarka, Niderland, Finlandiya və İsve

29 sentyabr
.

ABŞ hakimiyyəti Trampın rəhbərliyi altında 250 mindən çox vizanı ləğv etdi

ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqot çərşənbə günü bildirib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası 250 mindən çox vizanı ləğv edib. xəbər verir ki, Piqott Fox News-da bildirib ki, "Dövlət Departamenti Prezident Tramp və Dövlət Katibi (Marko) Rubionun rəhbərliyi altında 25

1 oktyabr
.

Pentaqona ŞOK KİBERHÜCUM: 3 milyon əməkdaşın məlumatı oğurlandı

ABŞ Müdafiə Nazirliyinin məlumat sisteminə genişmiqyaslı kiberhücum edilib. xarici KİV-ə istinadən xəbər verir ki, hakerlər Pentaqon əməkdaşları və hərbçiləri barədə məxfi məlumatların saxlanıldığı böyük kadr bazasına giriş əldə ediblər. Hadisə nəticəsində 2 milyon 760 min sağ şəxsin, həmçinin 294 mi

29 sentyabr
.

ABŞ-İran müharibəsində yeni gəlişmə: Vaşinqton Tehranın təklifinə cavab verdi

ABŞ və İran arasında davam edən müharibə fonunda diplomatik təmaslar yenidən gündəmə gəlib. Vaşinqtonun Tehranın təqdim etdiyi atəşkəs təklifinə cavab verdiyi bildirilir. Məlumata görə, ABŞ-ın cavabı Qətər vasitəçiləri vasitəsilə İrana çatdırılıb. Təklifdə 7 günlük atəşkəs və Hörmüz boğazının mərhələl

30 sentyabr
.

Fransada etirazlar zamanı onlarla tələbə yaralanıb

Fransada məktəblərin vəziyyəti, resurs çatışmazlığı və imtahanların yaratdığı streslə əlaqədar tələbələrin davam edən nümayişləri fonunda onlarla tələbə və təhsil işçisi yaralanıb. "Report"un "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, Fransanın təhsil naziri Eduard Jeffre

30 sentyabr
.

The Guardian: "ABŞ-da hakim televiziya kanalına qarşı cinayət işi başlatmağa çalışıb"

ABŞ-ın Luiziana ştatında bir hakim onun daşınmaz əmlak sövdələşməsi barədə yayımlanan araşdırmadan sonra televiziya kanalından şikayət edib. The Guardian yazır ki, hakim Kimya Holmes yerli CBS filialı WWL Louisiana barədə polisə müraciət edib. Mübahisə jurnalist David Hammerin hakimlə bağlı apardığ

30 sentyabr
.

Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirib

Ukrayna dronları Samara bölgəsinə hücum edib və səhər tezdən hakimiyyət orqanları raket təhlükəsi elan etdi və bölgə sakinlərini sığınacaq axtarmağa çağırıb. xəbər verir ki, bu fonda Samarada ictimai nəqliyyat dayandırılıb. Həyəcan siqnalının bitdiyini bir neçə saat sonra, Moskva vaxtı ilə səhər saa

2 oktyabr
.

Qrinspan BMT Baş katibi seçkilərində liderliyini qoruyub saxlayıb

Kosta Rikanın keçmiş vitse-prezidenti Rebekka Qrinspanın BMT Baş katibi vəzifəsinə keçirilən ilkin səsvermənin dördüncü turunda lider olduğu açıqlanıb. xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının üzvləri Baş katib vəzifəsinə namizəd seçmək və onu BMT Baş Assambleyasına təklif etmək üçün ilkin səsverm

30 sentyabr