Lerikdə dağlıq-meşəlik ərazidəki yanğın söndürülüb - YENİLƏNİB

Lerikdə dağlıq-meşəlik ərazidəki yanğın söndürülüb - YENİLƏNİBFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Lerik rayonu, Xanagah kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti Lerik Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, havanın küləkli olmasına və relyefin mürəkkəbliyinə baxmayaraq, yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində, təqribən, 1,5 hektar sahədə kol-kos, xəzəl və qurumuş ağac kötükləri yanıb.

Meşə zolağı yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup kənd sakini də iştirak edib.

***

"Lerikdə dağlıq-meşəlik ərazidə baş verən yanğın lokallaşdırılıb".

Bu barədə APA-ya Lerik rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov məlumat verib.

Komissiya sədri bildirib ki, yanğın demək olar ki, söndürülüb: "Kiçik ocaqlar qalıb, onların da söndürülməsi istiqamətində işlər davam etdirilir. Əsas təhlükə aradan qaldırılıb".

***

Lerikdə dağlıq-meşəlik ərazidə yanğın Lerik və Yardımlı rayonları arasında yerləşən Xanagah kəndində qeydə alınıb.

Bunu APA-ya Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov bildirib.

Habil Məlikov qeyd edib ki, ərazi sıx meşəlikdir: "Hazırda bir neçə istiqamətdə yanğın müşahidə olunur və 1,5 ha ərazini əhatə edir. Güclü külək var. Şəxsi heyət yanğının qarşısını almağa çalışır".

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin rəhbərliyi və aidiyyəti qurumların nümayəndələri ərazidədir.

***

Lerikdə dağlıq-meşəlik ərazidə yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə Lerik rayonu, Xanagah kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1459   Tarix: 26 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb

Ağdamda kəhriz quyusundan kişi meyiti tapılıb. "Report"a istinadən xəbər verir ki, meyit rayonun Şelli kəndi ərazisindəki kəhriz quyularından birində aşkarlanıb. Araşdırmalar zamanı meyitin Bərdə rayon sakini Müşfiq Aqil oğlu Hacıyevə məxsus olması müəyyənləşib. Əldə edilən məlumata görə, M.Hacıye

20 sentyabr
.

Uşaqlıqdan tanış olan iki qadın illər sonra bacı olduqlarını öyrəndi

Hindistanın Mumbay şəhərindəki iki fərqli uşaq evindən 1980-ci illərin əvvəllərində övladlığa götürülən Meena Geltink və Minal Tijssen illər sonra Hollandiyada bir-birlərinin doğma bacısı olduqlarını öyrəniblər. xarici mediaya istinadla xəbər verir ki, hazırda 43 və 44 yaşlarında olan qadınlar yeniyetməli

24 sentyabr
.

İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi

Ağdaşda silahlı insident baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini olan 51 yaşlı qadın qarın nahiyəsindən aldığı xəsarətlərlə xəstəxanaya müraciət edib. Məlum olub ki, ona xəsarəti qonşuluqda yaşayan 14 yaşlı M.Ə yetirib. Belə ki, yeniyetmə küçə heyvanına tir tüfəng

21 sentyabr
.

Masajist əlavə yolpulu istədi, müştəri onu təhqir edərək evdən qovdu - VİDEO

Türkiyədə evinə 5 min lirə qarşılığında masaj üçün çağırdığı qadının əlavə yolpulu istəməsinə əsəbiləşən şəxsin davranışı kameraya düşüb. xarici mediaya istinadla xəbər verir ki, razılaşdırılan məbləğdən əlavə yolpulu tələb edilməsi tərəflər arasında mübahisəyə səbəb olub. Masajist baş verənlərə etira

29 sentyabr
.

Tanınmış şəxslərlə fotosunu montajlayıb fırıldaqçılıq edən şəxs saxlanıldı

Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən vətəndaşların etibarından sui-istifadə edərək onların pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinən E.Vəliyev saxlanılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Müəyyən edilib ki, o, bir vətəndaşı

26 sentyabr
.

Laçında traktor minaya düşdü

İşğaldan azad edilmiş Laçın rayonunun Fingə kəndi ərazisində sentyabrın 25-də mina partlayışı hadisəsi baş verib. Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb. Bildirili

26 sentyabr
.

77 yaşlı kişi supermarketdə döyülərək öldürülüb

ABŞ-ın Virciniya ştatının Norfolk şəhərində supermarketdə baş verən mübahisə 77 yaşlı Bert Atienzanın ölümü ilə nəticələnib. xarici mediaya istinadla xəbər verir ki, hadisənin 17 yaşlı qadın işçinin Atienzanın həyat yoldaşına alış-veriş arabası ilə az qala çırpılması ilə başladığı bildirilir. Mübahisədə

21 sentyabr
.

Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı

İzmirin Karşıyaka rayonunda fəaliyyət göstərən idman salonunun duş bölümündə gizli kamera obyektivi aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə "SlimShape" adlı idman salonunda baş verib. Duşdan istifadə edən H.C. adlı qadın müştəri ərazidə gizli kamera obyektivini görərək on

21 sentyabr
.

23 yaşlı Azərbaycan vətəndaşı Antalyada faciəvi şəkildə öldü - Video

Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda minik avtomobili ilə toqquşan TIR-ın dayanacağın üstünə aşması nəticəsində iki nəfər həyatını itirib. "Qafqazinfo" "Hürriyət"ə istinadən xəbər verir ki, hadisə D-400 avtomobil yolunun Çolaklı məhəlləsi ərazisində baş verib. Hadisə nəticəsind

28 sentyabr