31 ildən sonra doğma Kəlbəcərə qayıdan üç nəsil - VİDEOREPORTAJ

31 ildən sonra doğma Kəlbəcərə qayıdan üç nəsil - VİDEOREPORTAJAZƏRTAC-ın müxbiri Fərid Səlimov 31 il sonra valideynlərinin doğulduğu doğma yurdu Kəlbəcərdə olub. Səfər zamanı nənəsi Gülzar Səlimovaya və atası İlham Səlimova bələdçilik edən gənc jurnalist onların yerlə-yeksan edilən yurd yerlərində yaşadıqları həyəcanlı anları kameraların yaddaşına həkk edib.

Kəlbəcərdə doğulmasa da, buranın ona çox doğma olduğunu bildirən gənc jurnalist həyəcanlı olduğunu gizlədə bilməyib. Çünki indiyədək görmədiyi bu yolu ilk dəfə doğmaları ilə gedib.

Fərid Səlimov Kəlbəcər barədə ona nağıllar, hekayələr, əhvalatlar danışan, bu torpağı sevdirən atasının və nənəsinin də həyəcanlı olduqlarını söyləyib.

Atasının təhsil aldığı məktəbin önündə onun yaşadığı həyəcanın təsadüfi olmadığını deyən jurnalist qeyd edib:

"Çünki o məktəbin xarabalıqları, uçulub dağılan divarları atama çox şey deyirdi... Əslində, bu məktəb mənə də tanışdı. Atam buranı mənə o qədər təsvir edib ki, qapısını, zəngini, həyətindəki çal-çağırı sanki özüm görmüşəm, sanki bu məktəbdə atam deyil, mən oxumuşam...".

Jurnalist nənəsi haqqında da danışıb:
"Ömrünün ən gözəl çağları Kəlbəcərdə keçən nənəm düz 31 il sonra - 66 yaşında doğma yurduna qayıtdı. Amma burada nə tikib qurduqlarını, nə də dolu qoyub getdikləri evini tapdı. 31 ilin o üzündə qalan ömrünü ona xatırladan, sadəcə, pas atmış qab-qacaqları, bir də qəlbində qoruyub yaşatdığı xatirələridir...".

Xatırladaq ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci ildə Vətən müharibəsində qazandığı Zəfərdən sonra işğal altındakı digər torpaqlarımız kimi, Kəlbəcər rayonu da erməni işğalçılarından təmizləndi.

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, həmin il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. İndi digər ərazilərimiz kimi, Kəlbəcərə də yeni həyat qayıdır. Qarabağ və Şərqi Zəngəzurda aparılan işlərin miqyası və sürəti onu deməyə əsas verir ki, keçmiş məcburi köçkünlər tezliklə Kəlbəcərə də qayıdacaqlar.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 681   Tarix: 26 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb

Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə

1 oktyabr
.

Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"

Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist "Instagram"da öz səfəri haqqınd

1 oktyabr
.

Leyla Quliyeva bu verilişlə qayıdır

Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"

1 oktyabr
.

Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 3-də arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Gücl

2 oktyabr
.

Elektronika mağazalarına rəsmi zəmanət öhdəliyi qoyula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA

Elektronika mağazalarından alınan məhsullarla bağlı istehlakçı şikayətləri zaman-zaman gündəmə gəlir. Xüsusilə zəmanət müddətində yaranan nasazlıqlar zamanı mağaza, servis mərkəzi və istehsalçı arasında məsuliyyətin necə bölüşdürülməsi istehlakçı üçün əlavə çətinlik yarada bilər. Bəzi ölkələrdə satıcını

1 oktyabr
.

20 ildən sonra ARB-dən çıxarılır

"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı

1 oktyabr
.

"Poz-Qazan" oyunlarında sentyabrda 22 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137 ədəd uduşlu bilet sahiblərini sevindirib. Bu biletlər üzrə ödənilən ümumi uduş məbləği 15,823,889 manat təşkil edib. Onlar arasında 22 böyü

2 oktyabr
.

Kürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı

Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət

1 oktyabr
.

"AzerGold"un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

"AzerGold" QSC zəngin təbiəti, mineral bulaqları, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib. Yeni kolleksiyanın bədii kompozisiyasında Kəlbəcərin mədəni irsini, təbiətini, qədim folklor ənənələrini, sənət və xal

1 oktyabr