Bir ərazi, üç rayon - ARAŞDIRMA

Bir ərazi, üç rayon - ARAŞDIRMASumqayıt şəhərinin, Binəqədi və Abşeron rayonlarının sərhədlərinin müəyyənləşdirilməsi haqqında qanunun qüvvəyə minməsi ilə çoxdandır mövcud olan problemin həlli istiqamətində ilk addım atılıb. Bu gün Bakının Sabunçu, Suraxanı, Xəzər, Qaradağ rayonlarında da analoji problem həllini gözləyir.

Bir neçə gün əvvəl Prezident İlham Əliyev "Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında" qanunu təsdiqləyib. Qanunla Binəqədi qəsəbəsinin ərazisindən 1213 ha torpaq sahəsi, Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 ha və 2223,67 ha torpaq sahələri Sumqayıt şəhərinin inzibati ərazisinə veriləcək. Bəs bu qanunun qüvvəyə minməsindən sonra ərazidə yaşayan əhalini hansı dəyişikliklər gözləyir?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqaləsində bu və digər suallara cavab axtarıb.

Xidmət sahələri Sumqayıtla bağlı olacaq

Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Eyvaz Qocayev "Kaspi" qəzetinə açıqlamasında bildirib ki, "Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında" qanun qüvvəyə minməmişdən əvvəl də qeyd olunan ərazilərdə yaşayan əhalinin sosial təminatı, kommunal və digər xidmətləri Sumqayıt şəhərində fəaliyyət göstərən müvafiq dövlət idarələri tərəfindən həyata keçirilib: "Lakin bu ərazilər Binəqədi və Abşeron ərazisinə aid idi. Qanun layihəsinin qəbulundan sonra bu ərazilər artıq rəsmən Sumqayıta aiddir. Eyni zamanda, xidmət sahələri də əvvəlki kimi Sumqayıtla bağlı olacaq".

Sumqayıtda evlərin sənədləşdirilməsində problem yoxdur

"Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai Birliyinin sədri Vüqar Tofiqli bildirib ki, Binəqədi və Abşeron rayonlarından hektarlarla ərazilərin Sumqayıt şəhərinə verilməsinin müəyyən əsasları var: "Sumqayıtın iqtisadi şəhər kimi bərpa edilməsi planları mövcuddur və bu istiqamətdə ciddi addımlar atılır. Həmin ərazilərdə yaşayan insanlar üçün xüsusi dəyişikliklər gözlənilmir. Oradakı məktəblər, poliklinikalar yenə də fəaliyyət göstərəcəklər. Həmin ərazidə formalaşan bələdiyyələrdə də heç bir dəyişiklik olmayacaq. Çünki Abşeron və Binəqədi rayonları ərazisində torpaqların oradakı bələdiyyələrə verilmə prosesi başa çatmayıb. 20 ildən artıqdır ki, bu proses davam edir və nə zaman bitəcəyi bilinmir. Bunun üçün ciddi bir problem olmayacaq. Orada əhalinin məskunlaşması məsələsi varsa, güman edirəm ki, proseslərdən sonra mənzillərin, fərdi evlərin çıxarış məsələsi sürətlənəcək. Çünki Sumqayıt şəhərində sənədsiz mənzillərə sahib əhalinin evlərinin sənədləşdirilməsində problem yoxdur. Ona görə ki, orada bələdiyyələrin mülkiyyətinə torpaq verilib. Binəqədi ərazisində isə bu qeyri-mümkün idi. Bakı ərazisində bələdiyyələrin mülkiyyətinə bir santimetrdə olsa torpaq verilməyib".

Bir ərazi, üç rayon

Ekspert vurğulayıb ki, mərkəzi icra orqanları regional idarəetməyə keçid etdiyindən hər hansı bir problemin olması gözlənilmir: "Sumqayıta verilən ərazilərdə yaşayan əhali üçün heç bir dəyişiklik olmayacaq. Arzu edərdim ki, gələcəkdə bu cür qarışıqlıq olan ərazilərin məsələsi də öz həllini tapsın. Bu gün Bakının Sabunçu, Suraxanı, Xəzər, Binəqədi və Qaradağ rayonlarının inzibati əraziləri dolaşıqdır. Təsəvvür edin ki, Binə qəsəbəsində 155 mindən çox əhali yaşayır. Bu ərazilərdə yaşayan sakinlər - Xəzər, Suraxanı və ya Abşeron rayonuna müraciət etmək üzrə bölünür. Yəni əhali bir ərazidə yaşayır, amma üç rayon baxır. Yaxud, bir qəsəbənin üç rayona tabeliyi var. Vaxtilə ciddi problem yaradan məmurların sayəsində bu rayonlarda sərhədin müəyyənləşdirilməsi mümkün olmayıb. İnzibati ərazilərdəki sərhəd bölgüsünün dəqiqləşdirilməsi, ərazilərdəki sənədsiz mənzillərin sənədləşdirilməsi prosesi başa çatdırılmalıdır. Bu baxımdan, Sumqayıtla bağlı son addım müsbət haldır".

Məqsəd Sumqayıtın sosial-iqtisadi inkişafıdır

Milli Məclisin deputatı Kamran Bayramovun sözlərinə görə, Prezident İlham Əliyevin imzaladığı qanunun əsas məqsədi Sumqayıtın sosial-iqtisadi inkişafının təmin edilməsidir:

"Eyni zamanda, orada yaşayan vətəndaşların rifahının yaxşılaşdırılması, yaşadıqları ərazinin abadlaşdırılması da bu məqsədlərə daxildir. Sumqayıt böyük şəhərdir. Təbii ki, orada yaşayan insanların şəhər sakinləri kimi statusu olacaq. Bu, müvafiq layihələrin həyata keçirilməsi üçün əlverişlidir. Bildiyiniz kimi, son zamanlar ölkədə böyük infrastruktur layihələri həyata keçirilir. Sumqayıtda da islahatlar, quruculuq işləri aparılıb. Bu yaxınlarda dövlət başçısı da orada açılışlara qatıldı. Binəqədi və Abşeronun bəzi ərazilərinin Sumqayıta verilməsi yaxşı təcrübədir və ərazisinin genişlənməsi oranın iqtisadi inkişafına xidmət edəcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1905   Tarix: 26 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kürdəmirə qatarla getmək istəyənlərin DİQQƏTİNƏ

Bu gündən Kürdəmir dəmiryol stansiyası sərnişinlərin istifadəsinə verilib. "Azərbaycan Dəmir Yolları" QSC-dən -a verilən məlumata görə, məqsəd sərnişin məmnuniyyətinin artırılması və regionlarda nəqliyyat əlçatanlığının təmin edilməsidir. Bakı-Qazax-Bakı, Bakı-Balakən-Bakı, Bakı-Ağdam-Bakı

18 aprel
.

Bu il bazarlarda alça tapılmayacaq? - Video

Güclü yağışlardan sonra alça bağlarında xəstəlik yayılıb. "Qafqazinfo" AZTV-yə istinadən xəbər verir ki, Göyçaydakı alça bağlarında məhsul yığımı demək olar ki, aparılmır. Səbəb isə məhsuldarlığın kəskin azalmasıdır. Fermerlərin sözlərinə görə, əvvəlki illərdə hər ağacdan orta hesabla 50 kiloqra

18 aprel
.

Kartından 4800 manat oğurladılar, zəng edərək gülə-gülə ələ saldılar (VİDEO)

Kredit kartından dələduzluq yolu ilə pul oğurlanıb, özü də 4800 manat. Bu iddia ilə "Xəzər Xəbər"in qaynar xəttinə İradə Zeynalova müraciət edib. Zərərçəkən bildirir ki, ona tanımadığı nömrədən zəng gəlib və bir neçə dəqiqə sonra kart balansından 4800 manat silinib. Zərərçəkənin sözlərinə görə

18 aprel
.

Sabah Bakıda 24 dərəcə İSTİ OLACAQ

Bakıda və Abşeron yarımadasında aprelin 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, mülayim cənub-qərb küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq

18 aprel
.

Sel zamanı yüksəkliyə qalxın - Xəbərdarlıq

Yaxın günlər ərzində ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və arabir güclü külək əsəcəyi proqnozlaşdırılır. xəbər verir ki, qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır

18 aprel
.

Bakının bu ərazilərində torpağın sotu 2 milyondur

Paytaxtda premium zonalar Səbail, Yasamal, Nərimanov, Nəsimi və Xətai rayonunun bir hissəsi qeyd olunmaqla bu rayonların ərazisində olan küçələri və rezidensləri əhatə edir. Nəsimi rayonunda əsasən "Port Baku" ətrafında qiymətlərin yüksək həddi qeyd olunub. 28 May və Səməd Vurğun ərazilərində

18 aprel
.

Güclü külək əsəcək (XƏBƏRDARLIQ)

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında, 18-20-də isə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bakıda və Abşeron yarımadasınd

17 aprel
.

Sürücülərin DİQQƏTİNƏ! Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sabah avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, aprelin 17-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava müşahidə olunacaq. Proqnozlaşdırılan hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarınd

16 aprel
.

TikTok-da paylaşılan video narazılıq yaratdı

TikTok platformasında yayılan bir video sosial mediada geniş müzakirələrə səbəb olub. xəbər verir ki, canlı yayım açan bir qadın gözlənilmədən özünü yerə ataraq diqqət çəkən hərəkətlər nümayiş etdirib. Qısa müddətdə yayılan görüntülər minlərlə istifadəçi tərəfindən izlənilib və çoxsaylı rəylər toplayıb

17 aprel