Sezər təsdiqlədi: 2022-ci ildə İstanbulda sülhü o pozub
Qərb dövlətləri Vladimir Zelenskiyə danışıqlara başlamağı əmr etsə, Kiyev Moskva ilə danışıqlar prosesini bərpa edəcək.
Bu sözləri türkiyəli diplomat, Türkiyənin Moskvadakı keçmiş ticarət nümayəndəsi Aydın Sezər "RİA Novosti"yə açıqlamasında "Xalqın xidmətçisi" fraksiyasının rəhbəri David Araxamiyanın 2022-ci ilin yazında İstanbulda aparılan danışıqlar və hərbi əməliyyatların bitməsinin mümkünlüyü, həmin vaxt Böyük Britaniyanın baş naziri vəzifəsini tutan Boris Consonun Kiyevi Rusiya ilə heç nə imzalamamağa çağırması haqda sözlərini şərh edərkən deyib.
Sezər xatırladıb ki, İstanbul danışıqlarından qısa müddət sonra Conson Kiyevə səfər edib və Zelenski ilə danışıqlar aparıb.
"Bu bəyanatın (Araxamiyanın açıqlaması – red.) fonunda deyə bilərik ki, Qərb Zelenskiyə göstəriş versə, sülh prosesi yenidən başlaya bilər", - bildirib.
Sezər vurğulayıb ki, Zelenskinin hakimiyyətdə olduğu müddətdə döyüş meydanında hər hansı xüsusi dəyişiklik gözləməyə dəyməz:
"Zelenski danışıqların olub-olmamasına özü qərar vermir, ona görə də heç bir nəticə gözləməyə dəyməz. Üstəlik, o, Rusiya ilə danışıqları qadağan edən qanun qəbul edib. Yalnız Qərb Zelenskiyə əmr etsə və yaxud onun yerinə başqa adam prezident olsa, o zaman danışıqlar bərpa oluna bilər".
Qeyd edək ki, David Araxamiya açıqlamasında bildirib ki, Ukraynada hərbi əməliyyatlar 2022-ci ilin yazında bitə bilərdi. Amma Ukrayna hakimiyyəti Rusiya ilə danışıqlardan sonra ölkənin neytrallığına və hər hansı bloka qoşulmamasına razı olmayıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 733 Tarix: 26 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp Kim Çen Inla dost münasibətlərindən danışıb
ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla qarşılıqlı anlaşma əldə etdiyini açıqlayıb. xəbər verir ki, Tramp jurnalistlərə bildirib: "Məlum oldu ki, o, mənim dostum Kim Çen Indır. O, mənim dostumdur. O, Trampı sevir. Bir çox başqa insan da onu sevmir. Yəqin ki, mən bütün dünyad
30 sentyabrUkrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirib
Ukrayna dronları Samara bölgəsinə hücum edib və səhər tezdən hakimiyyət orqanları raket təhlükəsi elan etdi və bölgə sakinlərini sığınacaq axtarmağa çağırıb. xəbər verir ki, bu fonda Samarada ictimai nəqliyyat dayandırılıb. Həyəcan siqnalının bitdiyini bir neçə saat sonra, Moskva vaxtı ilə səhər saa
2 oktyabrSüni intellekt bioloji silah yarada bilərmi?
"Mindgard" təhlükəsizlik şirkətinin apardığı sınaqlar zamanı çinli süni intellekt şirkəti "Moonshot"ın iki modelində mürəkkəb təlimatlarla təhlükəsizlik məhdudiyyətlərinin aşılmasının mümkün olduğu üzə çıxıb. Tədqiqatçılar modellərdən normal şəraitdə cavab verməməli olduqları təhlükəl
1 oktyabrPentaqona ŞOK KİBERHÜCUM: 3 milyon əməkdaşın məlumatı oğurlandı
ABŞ Müdafiə Nazirliyinin məlumat sisteminə genişmiqyaslı kiberhücum edilib. xarici KİV-ə istinadən xəbər verir ki, hakerlər Pentaqon əməkdaşları və hərbçiləri barədə məxfi məlumatların saxlanıldığı böyük kadr bazasına giriş əldə ediblər. Hadisə nəticəsində 2 milyon 760 min sağ şəxsin, həmçinin 294 mi
29 sentyabrAvropa rus qazından öz iradəsi ilə imtina etdi… - Makron
Rusiya qazı Avropa sənayesinin rəqabət qabiliyyətinin əsas amillərindən biri olub və Avropa ondan öz iradəsi ilə imtina edib. xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib. O bildirib ki, Avropa ölkələri qalıq yanacaqlardan asılılığını bir daha təsdiqləyən enerji böhranının yeni mərhələsin
30 sentyabrFransada etirazlar zamanı onlarla tələbə yaralanıb
Fransada məktəblərin vəziyyəti, resurs çatışmazlığı və imtahanların yaratdığı streslə əlaqədar tələbələrin davam edən nümayişləri fonunda onlarla tələbə və təhsil işçisi yaralanıb. "Report"un "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, Fransanın təhsil naziri Eduard Jeffre
30 sentyabr