Deputat Xankəndidə ofisini açacaq? - FOTO
"Xankəndidə deputat ofisi xankəndlilər oraya qayıdanda fəaliyyətə başlayacaq".
Bununla bağlı Oxu.Az-ın müvafiq sorğusuna cavab olaraq, Xankəndinin deputatı Tural Gəncəliyev məlumat verib.
O qeyd edib ki, Böyük Qayıdış planı çərçivəsində Xankəndiyə də köç həyata keçiriləcək:
"Xankəndinin millət vəkili kimi deyə bilərəm ki, bütün keçmiş məcburi köçkünlər, evindən, torpağından qovulmuş azərbaycanlılar kimi biz də öz doğma şəhərimizə qayıdacağımız günü səbirsizliklə gözləyirik. Böyük Qayıdış dövlət proqramı mövcuddur və bu proqram çərçivəsində hər bir azərbaycanlı doğma torpaqlarına qayıdacaq. Biz proqramın həyata keçirilməsini diqqətlə izləməli, bununla bağlı öz planlarımızı qurmalı, addımlarımızı atmalıyıq.
İşğaldan azad olunan ərazilərimizin yenidən qurulması, bərpası infrastruktur sisteminin yaradılması prosesi sürətlə gedir. Bu, Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonasını əhatə edən bütün ərazilərə aiddir. Mən də Xankəndinin millət vəkili kimi şəhər sakinləri ilə birlikdə Böyük Qayıdış çərçivəsində evimə dönəcəyəm. Fəaliyyətimizi orada davam etdirəcəyik".
Qeyd edək ki, 2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycan ordusu tərəfindən həyata keçirilən antiterror tədbirləri nəticəsində Xankəndi şəhəri separatçılardan təmizlənib və şəhərdə Azərbaycan bayrağı dalğalandırılıb. Artıq bundan sonra bir sıra tədbirlərin, o cümlədən Zəfər Günü ilə əlaqədar hərbi paradın Xankəndidə keçirilməsi baş tutub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1217 Tarix: 27 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakının bu ərazilərində torpağın sotu 2 milyondur
Paytaxtda premium zonalar Səbail, Yasamal, Nərimanov, Nəsimi və Xətai rayonunun bir hissəsi qeyd olunmaqla bu rayonların ərazisində olan küçələri və rezidensləri əhatə edir. Nəsimi rayonunda əsasən "Port Baku" ətrafında qiymətlərin yüksək həddi qeyd olunub. 28 May və Səməd Vurğun ərazilərində
18 aprelSabah 23 dərəcə isti olacaq
Bakıda aprelin 18-də havanın 21, rayonlarda isə 23 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qər
17 aprelPaytaxtda növbəti daxili iməclik keçirilib
Yaz mövsümü ilə əlaqədar səhərin sanitar-təmizlik səviyyəsinin daha da yüksəldilməsi məqsədilə aprelin 18-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təmizliklə bağlı paytaxtda növbəti daxili iməclik keçirilib. Keçirilən iməclik zamanı həm şəhər mərkəzində, həm də paytaxt qəsəbələrindəki prospekt və küçələr
18 aprelBu il bazarlarda alça tapılmayacaq? - Video
Güclü yağışlardan sonra alça bağlarında xəstəlik yayılıb. "Qafqazinfo" AZTV-yə istinadən xəbər verir ki, Göyçaydakı alça bağlarında məhsul yığımı demək olar ki, aparılmır. Səbəb isə məhsuldarlığın kəskin azalmasıdır. Fermerlərin sözlərinə görə, əvvəlki illərdə hər ağacdan orta hesabla 50 kiloqra
18 aprelPrezidentin qızı və gəlininin film təqdimatından - Fotoları
Prezident İlham Əliyevin gəlini Alena Əliyeva "Mən, Lalə və Şerlok Holms 2" çoxseriyalı bədii filminin təqdimatından fotolar paylaşıb. "Qafqazinfo" xəbər verir ki, təqdimatda Alena Əliyeva və Leyla Əliyeva iştirak ediblər. Həmin fotoları təqdim edirik:
16 aprelBu gün paytaxtın 556 küçəsi yuyuldu - FOTO
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə bu gün, aprelin 18-də Bakı şəhər kommunal xidmətləri tərəfindən paytaxtda və onun qəsəbələrində təmizliklə bağlı keçirilən daxili iməclikdə küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlar
18 aprelVətəndaş hansı halda inzibati cərimələrə etiraz edə bilər? - AÇIQLAMA
İnzibati cərimələrlə bağlı narazılıqlar cəmiyyətdə ən çox rast gəlinən hüquqi məsələlərdən biridir. Xüsusilə yol hərəkəti qaydalarının pozulması, ictimai asayişlə bağlı cərimələr və ya müxtəlif inzibati xətalara görə tətbiq olunan sanksiyalar zamanı vətəndaşlar tez-tez qərarın ədalətli olub-olmamas
16 aprelSabah muzeylərə giriş pulsuz olacaq
18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Azərbaycan Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən tarix-mədəniyyət qoruqları və muzeylərdə "açıq qapı" günü keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpas
17 aprel