Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunubBeynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub.

"Report"un əldə etdiyi məlumata görə, bu vəzifəyə türk dövlətləri başçılarının qərarı ilə qazaxıstanlı dövlət xadimi Aktotı Raimkulova gətirilib.

O, qurumun türk dünyasında ortaq etnik, mədəniyyət və tarixə əsaslanan əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində bundan sonra da layihə və fəaliyyətlərini aktiv şəkildə davam etdirəcəyini bildirib.

Xatırladaq ki, A.Raimkulova 1964-cü il mayın 2-də Qazaxıstanın Almatı şəhərində doğulub. O, ölkəsinin Əməkdar mədəniyyət işçisi, bəstəkardır. 2019-2022-ci illərdə Qazaxıstanın mədəniyyət və idman naziri işləyib.

Qeyd edək ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Qazaxıstan, Qırğız və Türkiyə Respublikalarının dövlət başçılarının dəstəyi ilə təsis edilib. Fondun Nizamnaməsi Türk Şurasının 2012-ci il avqustun 23-də keçirilmiş Bişkek Zirvə görüşündə qəbul edilib.

Bundan əvvəl Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva olub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 563   Tarix: 28 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məişət zorakılığı və qadın cinayətlərinə görə cəzalar artırılmalıdırmı? - SORĞU

Son dövrlərdə ölkədə qadınlara qarşı törədilən cinayətlərin sayında artım müşahidə olunur və bu hal cəmiyyətdə ciddi narahatlıq doğurur. Artan hallar qadın təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirərək daha sərt tədbirlərin görülməsinin vacibliyini ortaya qoyur. Əksər ölkələrdə o cümlədən Avrop

16 aprel
.

"DH Volley" komandası voleybol meydançası inşa edib - Şəkillər

"DH Volley" ("Demirören Holdinq") komandası gənclər arasında idmana marağın artırılması, voleybolun daha geniş auditoriyaya çatdırılması və sağlam nəslin yetişdirilməsi məqsədilə Bakıda yerləşən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində sosialyönümlü layihə həyata keçirib

17 aprel
.

XƏBƏRDARLIQ! İnstensiv yağış yağacaq, dolu düşəcək - BU TARİXDƏ

Aprelin 19-da Azərbaycanın dağlıq və dağətəyi rayonlarında, 20-dən 21-i gündüzədək isə bəzi yerlərində hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı

18 aprel
.

Zəhərlənən qadın 15 gün sonra öldü

Bakıda zəhərlənən qadın 15 gün sonra ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Aprelin 2-sində sirkə turşusundan zəhərlənən A.Abdunova ötən gün saat 03 radələrində xəstəxanada ölüb. Faktla bağlı araşdırmalar aparılır

18 aprel
.

Xırdalanda yaşayış kompleksindəki YANĞIN söndürülüb

Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın qısa müddətdə söndürülüb. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. 14:50. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşero

17 aprel
.

Prezidentin qızı və gəlininin film təqdimatından - Fotoları

Prezident İlham Əliyevin gəlini Alena Əliyeva "Mən, Lalə və Şerlok Holms 2" çoxseriyalı bədii filminin təqdimatından fotolar paylaşıb. "Qafqazinfo" xəbər verir ki, təqdimatda Alena Əliyeva və Leyla Əliyeva iştirak ediblər. Həmin fotoları təqdim edirik:

16 aprel
.

Sabiq idarə rəisi vəfat etdi

Azərbaycanda sabiq idarə rəisi vəfat edib. -a istinadən xəbər verir ki, Gəncə Şəhər Təhsil İdarəsinin sabiq müdiri Cəlal Fətullayev dünən ölüb. O, uzun müddət sözügedən quruma rəhbərlik edib. İdarənin bazasında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi yaradılandan sonra o, öz ərizəsi ilə vəzifəsindən aza

17 aprel
.

Sabah muzeylərə giriş pulsuz olacaq

18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Azərbaycan Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən tarix-mədəniyyət qoruqları və muzeylərdə "açıq qapı" günü keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpas

17 aprel
.

Aliment borcunu ödəyə bilməyən ata HƏBS OLUNDU

Oğuzda aliment borcunu ödəməyən ata həbs olunub. xəbər verir ki, rayonun Bayan kəndində yaşayan 38 yaşlı Fariz Hacıyev (ad və soyad şərtidir) 2017-ci ildən bəri aliment borcunu ödəməyib. Məlumata görə, Fariz 2013-cü ildə ailə qurub və 2014-cü ildə bir oğlan övladları dünyaya gəlib. 2017-ci ildən is

16 aprel