Azərbacanda pensiya yaşı aşağı endirilə bilərmi? - Deputatdan AÇIQLAMA
Hazırda Milli Məclisdə "2024-cü ilin dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirə olunur. Müzakirə zamanı bir neçə deputat pensiya yaşının aşağı salınmasını təklif edirlər. Azərbacanda pensiya yaşı aşağı endirilə bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, bu gün bizə verilən ən çox verilən suallar pensiya yaşı aşağı enəcəkmi? və "uşaq pulu" adlı sosial müavinət yenidən bərpa ediləcəkmi?:
"Bu gün əhalimizin sosial müdafiəsinin gücləndirilməsi dövlət tərəfindən aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir. Son illər Azərbaycanda vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində davamlı olaraq müxtəlif tədbirlər həyata keçirilməkdədir. Belə ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin və əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılmaqdadır. Bilirsiniz ki, 2023-cü ilin ən önəmli hadisələrindən biri də maaş, pensiya və müavinətlərinin davamlı olaraq artırılması oldu. Bu ilin fevralın 1-dən də əmək pensiyasının minimum həddi 240 manatdan 280 manata çatdırılıb".
Deputat vuğulayıb son 5 ildə dövlətimiz tərəfindən aparılan sosial islahatlar nəticəsində ölkəmizdə sosial ödənişlərdə ciddi artımlar müşahidə olunur:
"Ən önəmlisi isə bu illər ərzində minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb. Növbəti illərdə də bu artımlar davam etdiriləcək. Qaldı ki, pensiya yaşının azadılması hazırda bu məsələ Milli Məclsdə müzakirə olunmur. Düzdür, bir neçə dəfə deputat həmkarlarım plenar və komitə iclaslarında pensiya yaşının azadılması təklifi ilə çıxış ediblər.Hətta "2024-cü ilin dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı da bu məsələ qaldırılmışdı. Müzakirələrdə iştirak edən dövlət nümayəndələri hazırda pensiya yaşının aşağı salınması məsələsinin müzakirə olunmadığını qeyd ediblər. Növbəti illərdə bu məsələ Milli Məclisdə yenidən müzakirə oluna bilər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1925 Tarix: 28 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah leysan yağacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 2-də axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, gecəyə doğru yağışın leysan xarakterli olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabi
1 oktyabrBu şəxslərə əlavə MAAŞ ÖDƏNİLMƏLİDİR - AÇIQLAMA
Əmək müqaviləsi ilə çalışan işçilərin artıq iş saatlarında, istirahət və bayram günlərində, gecə vaxtı, eləcə də ağır və zərərli əmək şəraitində işləməsi zamanı əlavə ödəniş məsələsi əmək qanunvericiliyi ilə tənzimlənir. Bu ödənişlərin düzgün hesablanması və vaxtında verilməsi işçinin əmək hüquqlarını
2 oktyabrProkurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır
Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi
1 oktyabrQadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə
30 sentyabrBakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Bakıda və Abşeron yarımadasında oktyabrın 3-də arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Gücl
2 oktyabr82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov illər sonra ictimaiyyət arasında görülüb. "Qafqazinfo" xəbər verir ki, o, Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən qurultayına qatılıb. Belə ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Xatırladaq ki
2 oktyabrMəktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır
Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə
1 oktyabrKürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Kürdəmir şəhərində keçirilən məclisdə 92 nəfərin qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət etməsi iaşə obyektlərində qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Belə halların səbəbi laborator müayinələrin nəticələri müəyyənləşdikdən sonra dəqiqləşdirilə bilər. Bununla yanaşı, qidaları
1 oktyabr