Kahramanmaraşda Azərbaycan məhəlləsi inşa edilir - FOTO

Kahramanmaraşda Azərbaycan məhəlləsi inşa edilir - FOTOTürkiyənin Kahramanmaraş şəhərində Azərbaycan məhəlləsi inşa edilir.

Məhəllə 6 fevral zəlzələsindən sonra göstərdiyi kömək və dəstəyə görə Azərbaycana təşəkkür etmək məqsədi ilə tikilir.

Bu barədə Kahramanmaraş Böyükşehir Bələdiyyəsi sədri Hayrettin Güngör bildirib.

Onun sözlərinə görə, 320 sot sahədə qurulacaq məhəllənin 100 milyon dollarlıq hissəsi Azərbaycan tərəfindən qarşılanır.

Hayrettin Güngör qeyd edib ki, fəlakətin baş verdiyi ilk gündən Türkiyənin yanında olan Azərbaycana təşəkkür etmək üçün yaşayış evlərinin tikiləcəyi əraziyə "Azərbaycan məhəlləsi" adı verilib.

Məhəllədə ilkin olaraq aprelin 29-da Heydər Əliyev adına ibtidai məktəbin təməli qoyulub.

24 sinifli məktəbin təməlqoyma mərasiminə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videokonfrans vasitəsilə qatılıblar.

Azərbaycan məhəlləsində Heydər Əliyev adına ibtidai məktəbin tikintisi davam etdiyi sırada yaşayış və iş yerlərinin tikiləcəyi ərazilərdə də təməlin bərkidilməsi işləri aparılır.

Hayrettin Güngör çox gözəl bir məhəllənin salındığını vurğulayıb.

"Mənalı olması baxımından Heydər Əliyev küçəsi ilə Azərbaycan küçəsinin kəsişdiyi bu ərazidə azərbaycanlı qardaşlarımızın dəstəyi ilə bu məhəllə yaradıldı və "Azərbaycan məhəlləsi" adlandırıldı. İndi burada 1 323 yaşayış və 799 iş yerinin 100 milyon dollarlıq xərcini qardaş ölkə Azərbaycan qarşılayır. 320 sotluq ərazidə gərgin işlər gedir", - deyə o qeyd edib.
Kahramanmaraşda Azərbaycan məhəlləsi inşa edilir - FOTOKahramanmaraşda Azərbaycan məhəlləsi inşa edilir - FOTOKahramanmaraşda Azərbaycan məhəlləsi inşa edilir - FOTOKahramanmaraşda Azərbaycan məhəlləsi inşa edilir - FOTOKahramanmaraşda Azərbaycan məhəlləsi inşa edilir - FOTOKahramanmaraşda Azərbaycan məhəlləsi inşa edilir - FOTOKahramanmaraşda Azərbaycan məhəlləsi inşa edilir - FOTOKahramanmaraşda Azərbaycan məhəlləsi inşa edilir - FOTO


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1112   Tarix: 29 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Yəmən Hərbi Hava Qüvvələri Taiz əyalətində Husilərin hədəflərinə 20 hava hücumu həyata keçirib

Yəmən Silahlı Qüvvələrinin sözçüsü cümə günü bildirib ki, hava qüvvələrinin döyüş təyyarələri son üç saat ərzində Taiz əyalətindəki husi hərəkatlarına, gücləndirmə qüvvələrinə, toplanışlarına, şəxsi heyətinə, nəqliyyat vasitələrinə və hərbi texnikaya 20 dəqiq zərbə endirib. The Jerusalem Post-a istinadə

2 oktyabr
.

Qrinspan BMT Baş katibi seçkilərində liderliyini qoruyub saxlayıb

Kosta Rikanın keçmiş vitse-prezidenti Rebekka Qrinspanın BMT Baş katibi vəzifəsinə keçirilən ilkin səsvermənin dördüncü turunda lider olduğu açıqlanıb. xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının üzvləri Baş katib vəzifəsinə namizəd seçmək və onu BMT Baş Assambleyasına təklif etmək üçün ilkin səsverm

30 sentyabr
.

Tramp: İrana seçkilərdən sonra zərbə mümkündür

İrana seçkilərdən sonra zərbə endirmək mümkündür. Bunu ABŞ Prezidenti Donald Tramp "TIME" jurnalına müsahibəsində İrana qarşı hərbi əməliyyatların ölkəsində keçiriləcək aralıq seçkilərindən sonra genişləndirilib-genişləndirilməyəcəyi ilə bağlı suala cavabında deyib. "Mümkündür. Bizim çoxl

1 oktyabr
.

The Washington Post: "Meksikada illərdir açılmayan cinayət işi üzrə yeni sübutlar ortaya çıxıb"

Meksikada uzun illərdir açılmamış qalan səs-küylü cinayət işi ilə bağlı araşdırmada yeni sübutlar ortaya çıxıb. The Washington Post-a istinadən xəbər verir ki, istintaq orqanları əvvəlki illərdə toplanmış materialları yenidən araşdırır və yeni əldə edilən dəlillər əsasında hadisənin iştirakçılarını müəyyənləşdirməy

30 sentyabr
.

Finlandiyada deputatların evlərinə gizli müdaxilələr araşdırılır

Finlandiyanın Baş naziri Petteri Orpo ölkədə bir sıra deputatların evlərinə baş verən şübhəli müdaxilələrin arxasında xarici dövlətin dayana biləcəyini istisna etməyib. The Guardian-a istinadən xəbər verir ki, Helsinki bölgəsində son bir il ərzində bir neçə deputat evlərinə müdaxilə edildiyini bildirib

2 oktyabr
.

Seul Pxenyana silahsızlaşdırılmış zonadakı vəziyyəti müzakirə etməyi təklif etdi

Cənubi Koreyanın Birləşmə naziri Çonq Donq-yonq Demilitarizasiya Zonasında baş verən son hadisə ilə bağlı Şimali Koreya ilə danışıqlar təklif edib. xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmə naziri Çonq Donq-yon bildirib. "Birləşmə naziri olaraq mən Şimala təklif edirəm: indi görüşüb danışmalıyıq

2 oktyabr
.

Polşa və Rumıniya Ukraynaya hücum fonunda aviasiyanı havaya qaldırıb

Polşa ilə Rumıniya gecə və səhəri Rusiyanın Ukraynaya hava hücumları zamanı hava məkanının monitorinqini gücləndirib. APA xəbər verir ki, Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı sentyabrın 30-da səhər saatlarında Ukrayna bölgələrinə Rusiyanın hücumu ilə əlaqədar ölkənin aviasiyasının havay

30 sentyabr
.

ABŞ-İran müharibəsində yeni gəlişmə: Vaşinqton Tehranın təklifinə cavab verdi

ABŞ və İran arasında davam edən müharibə fonunda diplomatik təmaslar yenidən gündəmə gəlib. Vaşinqtonun Tehranın təqdim etdiyi atəşkəs təklifinə cavab verdiyi bildirilir. Məlumata görə, ABŞ-ın cavabı Qətər vasitəçiləri vasitəsilə İrana çatdırılıb. Təklifdə 7 günlük atəşkəs və Hörmüz boğazının mərhələl

30 sentyabr
.

Almaniyanın "Berlin-Brandenburq" aeroportunda yeni dron aşkarlama sistemi tətbiq edilib

Almaniyanın "Berlin-Brandenburq" hava limanında pilotsuz uçuş aparatlarını (PUA) ilkin mərhələlərdə qeydə almağa və hava hərəkəti üçün mümkün təhlükələr barədə xidmətləri məlumatlandırmağa imkan verəcək yeni dron aşkarlama sistemi tətbiq edilib. "Report" xəbər verir ki, bu barəd

30 sentyabr