Bacısını uşaqlarının gözü önündə öldürən şəxs: "Başımızı yerə soxmuşdu"

Bacısını uşaqlarının gözü önündə öldürən şəxs: "Başımızı yerə soxmuşdu"Gəncə Ağır Cinayətlər Məhkəməsində Bərdə rayonunda 1988-ci il təvəllüdlü Vəfa Nurəddin qızı Həsənovanı çoxsaylı bıçaq zərbəsi ilə qətlə yetirməkdə təqsirləndirilən qardaşı, 1986-cı il təvəllüdlü Həsən Həsənovun cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O, ifadəsində göstərib ki, 2004-cü ildə hərbi xidmətdə olarkən bacısı bir nəfər qoşulub qaçıb. O, hərbi xidmətdən gəldikdən sonra ailələri barışıb, Vəfa onlara gəlib-getməyə başlayıb və bacı-qardaş kimi onların normal münasibətləri olub.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2023-cü ilin aprel ayında bacısının əxlaqsızlıqla məşğul olmasını eşidib:

"Bacım həmin vaxta qədər də əxlaqsızlıqla məşğul olurmuş, lakin məndən başqa bunu hamı bilirmiş. Sonra təxminən may ayının ortalarında anamla birlikdə Vəfanın evinə getdik. Ona etmiş olduğu hərəkətin bizim başımızı aşağı elədiyini və qohum-əqrəba içərisində hörmətdən düşdüyümüzü dedim. Bacım isə nə mənim, nə də anamın sözünü eşitdi və bizə - "özüm bilərəm, istədiyim kimi yaşayıram, mənim həyatımın heç kimə aidiyyəti yoxdur", - deyə bildirdi. Bu hadisədən bir neçə gün sonra bacım oğlu telefonuma zəng vuraraq anasının evdən çıxdığını, tapa bilmədiyini və buna görə də polis şöbəsinə gedəcəyini söylədi. Sonra o, polis şöbəsinə gedərək bu barədə məlumat verdi. Şöbənin həyətinin qarşısında yeznəm mənə Vəfa ilə bacara bilmədiyini və bacımın onu da söyərək təhqir etdiyini dedi. Bir qədər sonra polis əməkdaşları bacımı tapdı, şöbədən çıxaraq yaşadığım evə getdim. Bu hadisədən sonra öz həyatıma davam etsəm də, yenə də bacımın əxlaqsız əməlləri barədə məlumat aldım və dost-tanış arasında hörmətdən düşdüm.

Bu məqsədlə yenə 2023-cü il iyunun 24-də saat 17 radələrində Vəfanın yaşadığı evə getdim. Həyətin darvazasının qapısı bağlı idi və qapını döydükdə bacım oğlu qapını açdı. Evə daxil olduqda yeznəm zalda əyləşmişdi, bacım isə qızı ilə birlikdə yataq otağında çarpayının üzərində idi. Bacıma bir daha bu əməllərinə son qoymağı, lazım gələrsə, ona maddi yardım etməyə hazır olduğumu dedim. Lakin Vəfa sözlərimə qulaq asmadı və əsəbi halda - "bu həyat mənimdir, istədiyim kimi də yaşayaram", - deyə söylədi. Əməllərinə son qoymasını xahiş etsəm də, Vəfa yenə də eyni cavabları verdi. Əsəbiləşdim və evin içərisinə doğru giriş otağının yanına getdim. Orada olan mətbəx bıçağını götürüb, şalvarın belinə qoyaraq yenidən Vəfanın olduğu yataq otağına daxil oldum. Otaqda bir daha bacıma - "gəl çıxaq gedək, sən bizim başımızı aşağı eləmisən", - dedim. Vəfa yenə eyni cavab verib ünvanıma nalayiq ifadələr işlətdi. Mən də əsəbiləşərək bacımın üz nahiyəsindən iki dəfə şillə vurdum və şalvarın belinə qoyduğum bıçağı çıxararaq Vəfanın bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbə endirdim. Həmin vaxt otaqda bacım qızı da var idi, ona fikir verməmişdim. Daha sonra evdən çıxdım, bıçağı həyətə atdım və könüllü təslim olmaq üçün Bərdə Rayon Polis Şöbəsi istiqamətində avtomobil yoluna tərəf getdim. Təxminən saat 18 radələrində asfalt yola çıxdıqda PPX-nin əməkdaşlarının olduğu maşını gördüm, onlara yaxınlaşaraq cinayəti törədənin özüm olduğunu bildirib təslim oldum. Sonra polis əməkdaşlarının avtomobilinə əyləşdim. Onlar da məni polis şöbəsinə apardılar və orada törətdiyim cinayət əməlini etiraf etdim".

Qeyd edək ki, onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Həsənova 14 il həbs cəzası verilib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 1658   Tarix: 29 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Tovuzda qadın qətlə yetirildi - Şübhəli qardaşı oğludur

Tovuz rayonunda silahlı insident baş verib. "Qafqazinfo" xəbər verir ki, rayon sakini 1961-ci il təvəllüdlü M.İsayeva odlu silahdan açılan atəşlə qətlə yetirilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkd

7 avqust
.

Qubada qəzada 5 nəfər yaralandı, biri uşaqdır - Foto

Bu gün saat 14 radələrində Bakı-Quba yolunun Quba rayonunun Pirvahid kəndi ərazisindən keçən hissəsində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, "Mercedes" markalı minik avtomobil ilə "İveco" markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb

17 avqust
.

Vüsalın qətlini sifariş verənin məhkəməsi başlayır - 13 il sonra...

2013-cü ildə Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verən Xəyal Əli-Zadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Azərbaycan Baş Prokurorluğunun İstintaq idarəsində cinayət işi üzrə ibtidai istintaqı

1 sentyabr
.

Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı

Azərbaycan Respublikasının prokurorluq və daxili işlər orqanlarının birgə fəaliyyəti nəticəsində daha bir xüsusilə ağır cinayətin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib. Qeyd olunub ki, 2019-cu ilin apre

21 sentyabr
.

Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR

Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Elmir Ramazanovun tanışı olduğunu deyərək bir ailənin 74 900 manatını dələduzluq yolu ilə ələ keçirən şəxs həbs edilib. "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1988-ci ildə Şəki rayonunda doğulmu

26 avqust
.

Xırdalanda ailə faciəsi - Kişi öldü, qadının vəziyyəti ağırdır-Yenilənib

Xırdalan şəhərində ər və arvad arasında baş verən mübahisə hər ikisinin ölümü ilə nəticələnib. "Report"a istinadən xəbər verir ki, ər-arvad arasında yaşadıqları evdə başlayan mübahisə sonda onların bir-birini bıçaqlaması ilə yekunlaşıb. Nəticədə, kişi aldığı xəsarətlərdən evdə ölüb, qadın is

3 avqust
.

Azərbaycanlı tanınmış iş adamına cinayət işi açıldı

Tanınmış iş adamı, "Mayak Cargo Transportation" şirkətinin rəhbəri Saleh Ağayevə cinayət işi açılıb. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, biznesmenə qarşı Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə ittiham irəli sürülüb. Məlumata görə, Saleh Ağayev Masallıda baş verən davanın iştirakçıs

14 sentyabr
.

Bakıda kişi sevgilisini aldadıb 235 min manat aldı - Dubaya qaçdı

Bakıda sevgi münasibətində olduğu qadına qarşı dələduzluq etmiş şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, paytaxtın mərkəzində "makler"lik və evlərin təmiri fəaliyyəti ilə məşğul olan 1986-cı il təvəllüdlü R.Həsənova (şərti) Cinayət Məcəlləsinin 178.3.2-c

26 avqust
.

Ata qızı ilə birgə kürəkəni niyə qətlə yetirib?

Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunda kürəkənini öldürməkdə ittiham olunan ata və qızının cinayət işi üzrə məhkəmə başa çatıb və hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisənin səbəbi ilə bağlı bəzi faktlar üzə çıxıb. Məlu

18 sentyabr