100 yaşında vəfat edən Kissincer kim olub? - DOSYE

100 yaşında vəfat edən Kissincer kim olub? - DOSYEABŞ-nin sabiq dövlət katibi Henri Kissincer 100 yaşında vəfat edib.

Bu barədə "Reuters" məlumat yayıb.

Tanınmış siyasətçi noyabrın 29-da Konnektikut ştatındakı evində həyatını itirib.

Qeyd edək ki, Henri Kissincer adı deyilən zaman ağıla gələn ilk bunlardır:

Nobel sülh mükafatı laureatı; Misirin İsraili tanımasını təmin edən şəxs; "Təhlükəsiz irrasionallıq" doktrinasının müəllifi; ABŞ və SSRİ arasındakı nüvə mübarizəsinin əsasını qoyan siyasət professoru; ABŞ-nin Dövlət katibi, Milli Təhlükəsizlik Komitəsinin, Psixoloji-Strateji Komitənin, Əməliyyat-Araşdırma İdarəsinin sədri, Silah Sistemlərinin qiymətləndirilməsi qrupunun müşaviri vəzifələrini icra etmiş siyasətçi; Beynəlxalq ictimaiyyətin xilasedici nəzərilə yanaşdığı ABŞ prezidenti Barak Obamanın Xarici Siyasət Məsələləri üzrə Baş müşaviri; Genetikası Dəyişdirilmiş Orqanizmlər dokrinasının müəlliflərindən biri.

O, 1923-cü ildə Almaniyada, Bavariya əyalətinin Fyürt şəhərində yəhudi ailəsində anadan olub. Atası Luis Kissincer (1887-1982) məktəb müəllimi, anası Paula Ştern Kissincer (1901-1998) isə evdar qadın olub. Kiçik qardaşı Valter Kissincerdir.

1938-ci ildə Kissincerlər ailəsi nasist təqibindən xilas olmaq üçün ABŞ-yə yollanır. Kissincerin tələbəlik illəri Manhettendə keçir. Burada o yəhudi icmasının fəallarından birinə çevrilir. Henrinin Amerika həyat tərzinə öyrəşməsi uzun vaxt tələb etmir. O, Corc Vaşinqton adına gimnaziyada təhsil aldığı illərdə gecələr dəsrlərə gedir, gündüzlər isə fabrikdə çalışır. Gimnaziyanı bitirdikdən sonra Henri Nyu-York Şəhər kollecində mühasibatlıq şöbəsində təhsilini davam etdirir. 1943-cü ilin əvvəllərində ABŞ ordusunun sıralarına çağırılan Henrinin təhsili müvəqqəti olaraq, yarımçıq qalır.

1943-cü ildə Henri siravi əsgər kimi Amerika QURU Qoşunlarının 84-cü piyada diviziyasında hərbi xidmətə başlayır. Hərbi xidməti II Dünya Müharibəsinə təsadüf edən Kissincer faşizmin məğlub edilməsindən sonra Amerikanin işgal etdiyi ərazilərdə əks-kəşfiyyat qüvvələrində çalışır. 1945-ci ildə H.Kissincer Almaniyanın Hannover şəhərində Gestapo üzvlərinin və faşist təxribatçılarının zərərsizləşdirilməsindəki xidmətlərinə görə Bürünc Ulduz medalı ilə təltif edilir. Ordudan tərxis olunduqdan sonra 1946-cı ildə Kissincer bir müddət Kemp Kinqdə yerləşən Avropa Komanda Kəşfiyyat məktəbində dərs deyir.

1947-ci ilin yazında ABŞ-yə qayıdan Kissinger Harvard universitinə daxil olur. Müəllimləri onun qeyri-adi biliyini, fəlsəfə və tarixdəki nailiyyətlərini qiymətləndirirdilər. Universiteti bitirdikdən sonra Kissinger aspiranturaya daxil olur və "Bərpa olunmuş dünya nizamı - Kasri, Metternix və sülhün bərpası, 1812-1822-ci illər" adlı dissertasiyasını yazır. 1952-ci ildə Harvardda təhsil aldığı illərdə Henri Psixoloji-Strateji İdarə heyətinin sədrinin müşaviri vəzifəsində çalışır. 1955-ci ilin martında Kissinger Xarici Əlaqələr üzrə şuranın tədqiqat qrupunun tərkibinə daxil olur. Onun "Nüvə silahı və xarici siyasət" adlı monoqrafiyası istər ABŞ, istərsə də onun sərhədləri xaricində məşhurluq qazanır və sözügedən monqrafiyasına görə o V.Vilson mükafatına layiq görülür. H.Kissincer nüvə silahından istifadədə müxtəlif yanaşmalardan çıxış edir. Kissingerə görə, məhdud nüvə müharibəsi atom silahına, yaxud böyük hərbi və canlı qüvvəyə malik olan digər böyük dövlətlərə qarşı mübarizədə effektiv strategiya ola bilər. 1957-ci ilin yayında Kissinger Harvard universitetinə müəllim kimi qayıdır. İki il sonra, 1959-ci ildə o, dosent, 39 yaşında isə professor dərəcəsinə alır.

H.Kissincer 1956-1958-ci illərdə "Rokfeller Qardaşları" fondunda beynalxalq məsələlər üzrə əvəzçi müşavir, daha sonra ABŞ-nin əsas daxili və xarici siyasət məsələlərinə siyasi rəhbəliyi təkmilləşdirmək üçün yaradılmış xüsusi tədqiqat layihəsinin direktoru olur. Bu layihəyə rəhbərlik etməklə Kissinger böyük diplomatlar, dövlət xadimləri, alimləri və biznesmenlərlə tanış olmaq imkanı əldə edir. Daha sonra Kissincer milli təhlükəsizlik məsələləri üzrə Komissiyanın işində iştirakı təklifini qəbul edir. 1961-ci ildə Henri Kissincerin Amerikanın nüvə silahı arsenalını və məhdud müharibələr üçün adi sialahlı qüvvələrin sayını artırmaqdan bəhs edən "Seçimin zəruriliyi: amerikan xarici siyasətinin perspektivləri" adlı kitabı işıq üzü görür. Həmçinin, bu illərdə Amerikanın xarici və hərbi siyasəti haqqında çoxsaylı məqalələri dərc olunur. Bununla yanaşı o, 1958-71-ci illər arasında Harvard universiteti Müdafiə Tədqiqatları Proqramının direkoru vəzifəsində çalışır.

1965-ci ildə Kissincerin Atlantika İttifaqına yenidən baxılması haqqında yeni "Etibarsız ortaqlıq" adlı kitabı işiq üzü görür. 1968-ci il noyabr ayının 25-də Kissincer yeni seçilmiş prezident Riçard Nikson hökumətində milli təhlükəsizlik məsələri üzrə müşavir vəzifəsini icra edir. H.Kissincer müxtəlif siyasi qərarların qəbul olunmasında yaxından iştirak edir. Kissinger yaradıcılığını tədqiq edən Esmen yazırdı ki, məsələlərin həlli variantını seçmək onun həllinə təsir etmək deməkdir, çünki variantları hazirlayan insan lüzumsuz hesab etdiyi alternativləri nəzərə almır. Çoxsahəli sistemin yaradılmasının təşəbbüskarı olan Kissincer Milli Təhlükəsizlik Komitəsinin sədri seçilir.

Kissincer Vyetnam müharibəsinin başa çatdırılmasında, eləcə də ABŞ-SSRİ, ABŞ-Çin əlaqalərinin normallaşmasında mühüm rol oynayır və faktiki olaraq, ABŞ-nin xarici siyasi kursunda əsas söz sahibinə çevrilir.

1969-cu ilin yanvarından 1972-ci ilədək Kissinger 26 ölkəyə 29 səfər həyata keçirərək, prezident R.Niksonla xarici dövlətlərin liderləri arasında baş tutan 140 görüşdə iştirak edir.

1973-cü ilin yanvarında məhz Kissincerin təşəbbüsü ilə Vyetnamda sülhün bərpası haqqında müqavilə imzalanır. Elə həmin il o, "Nobel" sülh mükafatına layiq görülür.

1974-cü ildə 4 dövlət – ABŞ, SSRİ, Fransa və İngiltərə arasında uzun sürən danışıqlar nəticəsində Qərbi Berlinin statusunu müəyyən edən müqavilə imzalandı ki, bu da Avropada vəziyyəti bir qədər yüngülləşdirirdi. Nikson Kissincer və digər ekspertlərin təsiri altında bu qərara gəldi ki, ABŞ və SSRİ arasında təxmini strateji mövqeyi seçmək strateji silahların məhdudlaşdırılmasına (SALT) doğru atılmış addımdır. Bu danışıqlarda Kissincer həlledici şəxs rolunu oynayır. Onun rəhbərliyi ilə Milli Təhlükəsizlik Komitəsində prezident üçün Helsinki danışıqlarının əsas istiqamətini müəyyən edən proqram işlənib hazirlanır.

Xatırladaq ki, Henri Kissincer, Lourens İqlberger və Brent Skoukroftun respublikaçı Prezident Corc Buşa əhəmiyyətli təsiri səbəbindən ABŞ-nin Azərbaycana birbaşa hərbi yardımını qadağan edən "Azadlığa Dəstək Aktı"na 907-ci düzəliş 2002-ci ilin yanvarında dayandırılıb. 2002-2006-cı illərdə Corc Buş bu fərmanı təkrarlayıb./BAKU.WS


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 674   Tarix: 30 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Elbrus dağında turist ÖLDÜ: İstintaq başladıldı

Elbrus dağında bir turist gözlənilmədən ölüb. xəbər verir ki, bu barədə Kabarda-Balkariya üzrə İstintaq Komitəsinin idarəsi məlumat yayıb. "Rusiya Federasiyası İstintaq Komitəsinin Kabarda-Balkariya Respublikası üzrə istintaq orqanları tərəfindən Elbrus dağında turistin ölümü faktı ilə bağlı ilki

11 iyul
.

Britaniyada keçmiş deputatın qətlində şübhəli bilinən şəxs saxlanılıb

Böyük Britaniyada 28 yaşlı kişi İcmalar Palatasının keçmiş deputatı Enn Uiddikombun qətlində şübhəli bilinərək saxlanılıb. "Report"un məlumatına görə, bu barədə Devon və Kornuoll qraflığı polisinin açıqlamasında bildirilir. "28 yaşlı kişinin 11 iyul axşamı Cənubi Yorkşirdə Enn Uiddikombu

12 iyul
.

Zelenski: Rusiyanın hücumları nəticəsində Kiyevdə 11 nəfər xəsarət alıb

Kiyevdə Rusiya Silahlı Qüvvələrinin gecə saatlarında hücumları zamanı 11 nəfər, o cümlədən bir uşaq xəsarət alıb. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib. "Mülki infrastruktur hava həyəcanı ela

11 iyul
.

Kanadada festivalda baş verən atışma zamanı iki nəfər ölüb, xəsarət alanlar var

Kanadanın Toronto şəhərində naməlum silahlı şəxs atəş açaraq iki nəfəri öldürüb, daha beş nəfəri yaralayıb. "Report"un məlumatına görə, bu barədə Toronto polisi "X" sosial şəbəkəsində bildirib. "Beş nəfər güllə yarası ilə aşkarlanıb, iki nəfər hadisə yerində ölüb", - paylaşımd

12 iyul
.

Dünyada xərçəng xəstələrinin sayı ikiqat arta bilər - HESABAT

Ümumdünya Səhiyyə Təşkilatı xərçəng hallarının sürətlə artdığını açıqlayıb. xarici mediaya istinadən bildirir ki, yeni qlobal hesabata görə, profilaktika, erkən aşkarlama və müalicə yaxşılaşdırılmadıqda, 2050-ci ilə qədər yeni xərçəng hallarının illik sayı təxminən 35 milyona çata bilər. Hesabatda qey

12 iyul
.

Oman və İran Hörmüz boğazı ilə bağlı danışıqları davam etdirəcəklər

Maskatda Hörmüz boğazında gəmiçilik, onun təhlükəsizliyinin təminatı və Tehranla Vaşinqton arasında gərginlik fonunda naviqasiya azadlığının təmin olunması məsələlərini müzakirə etmək üçün Oman-İran danışıqları keçirilib. "Report"un məlumatına görə, bu barədə Omanın Xarici İşlər Nazirliyini

12 iyul
.

Rubio: ABŞ Kubaya qarşı bütün vasitələrdən istifadə etməyə hazırdır

ABŞ administrasiyası milli təhlükəsizliyinə Kuba tərəfindən düşündüyü təhdidlərin aradan qaldırılması üçün bütün mövcud vasitələrdən istifadə etməyə hazırdır. "Report" xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Dövlət Departamenti tərəfindən yayılan bəyanatında bildirib. Onun sözlərin

12 iyul
.

Fransa mediası süni intellektlə dezinformasiya yayır?

Fransa kütləvi informasiya vasitələri saxta məlumatlar yaratmaq məqsədilə süni intellektdən (Sİ) istifadə edərək Mali dövlətinə qarşı dezinformasiya kampaniyası həyata keçirir. xəbər verir ki, bu barədə Keçid Şurasının müdafiə komissiyasının vitse-prezidenti Fuseynu Uattara bildirib. Fransız mətbuatın

12 iyul
.

İrandan ABŞ-yə çağırış: "Ya memoranduma əməl edin, ya da bədəlini ödəyin"

İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf ABŞ-ni Tehranla imzalanan anlaşma memorandumunun müddəalarına əməl etməyə çağırıb. xəbər verir ki, Qalibaf bu barədə "X" sosial şəbəkəsindəki hesabında yazıb. "Birtərəfli razılaşmalar dövrü başa çatıb. Biz demişdik: sözünün üstündə dur

12 iyul