"Ermənistan Qazaxın 5 kəndini heç bir mübahisə olmadan qaytara bilər"- Politoloq
Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə dövlət komissiyasının sərhəddə görüşü başlayıb.
Politoloq Qabil Hüseynli Sonxeber.az-a bildirib ki, Sərhədlərin delimitasiyası bir anlıq həyata keçiriləsi məsələ deyil.O, uzun müddət də çəkə bilər, hissə-hissə də dəqiqləşdirilə bilər:
Sərhədlərin delimitasiyası məsələsində yəqin ki, 1991-ci il Almatı prinsipləri əsas götürüləcək. Sonra da müxtəlif topoqrafik, yəni hərbi xəritələri gündəmə gətirməklə müxtəlif dövrlərdə sərhədlərin haradan keçməsi barədə məlumat almağa çalışacaqlar. Sərhədlərin delimitasiyası bir anlıq həyata keçiriləsi məsələ deyil.O, uzun müddət də çəkə bilər, hissə-hissə də dəqiqləşdirilə bilər. Amma deyərdim ki, ən çətin proseslərdən biri sərhədlərin delimitasiyasıdır. Zənnimcə, delimitasiyada anklavlar mühüm rol oynayacaq. Ermənistan Azərbaycanın bir neçə ərazisini anklav adı altında qəsb edib. Söhbət Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndindən gedir. Bu kəndlərin əraziləri xeyli böyükdür.8 kəndin ərazisi az qala bir rayona bərabərdir".
Qabil Hüseynli qeyd edib ki, Ermənistan Qazaxın 5 kəndini heç bir mübahisə olmadan qaytara bilər.Çünki onlar anklav anlayışına uyğun gəlmir:
"Ermənistan Qazaxın yalnız 2 kəndini Ermənistan ərazisindən keçdiyini əsas götürərək anklav hesab edir. Kərkini isə yarım anklav hesab edir. Əvəzində Gədəbəyin Başkəndini Azərbaycan ərazisində Ermənistan anklavı hesab edir. Başkənd Azərbaycanın ən az 25 km dərinliyində olan ərazidir və heç kim yaşamır. Qazaxın da kəndlərində heç kim yaşamır. Bunun həlli o qədər də çətin olmayacaq. Ermənistan Qazaxın 5 kəndini heç bir mübahisə olmadan qaytara bilər.Çünki onlar anklav anlayışına uyğun gəlmir. Bu, qəsb edilmiş torpaqlardır ki, onu da geri qaytarmalıdırlar".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb