Qaradağda 4-cü sinif şagirdinin ölüm səbəbi MƏLUM OLUB?
Qaradağ rayonunda yerləşən 195 saylı orta məktəbin 4-cü sinif şagirdinin qızılcadan vəfat etdiyi barədə məlumat yayılıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaydığı məlumatda 9 yaşlı uşağın ölüm faktı təsdiqlənsə də, ölüm səbəbinin tibbi ekspertiza, patoloji anatomik müayinə və təşrihdən sonra müəyyən ediləcəyi qeyd olunub.
Məktəbin direktoru Laçın Hüseynli isə sosial şəbəkə vasitəsilə şagirdin qızılcadan öldüyünü yazıb.
Direktor, həmçinin məktəb üçün tibb işçisi tələb etdiklərini, lakin aidiyyəti qurumların bu məsələni həll etmədiklərini bildirib.
Qaradağ Rayon İcra Hakimiyyətinin Qobustan qəsəbə İƏD üzrə nümayəndəliyinin aparıcı mütəxəssisi Nərgiz Əmrəliyeva Bizim.media-ya uşağın ölümünə səbəb olacaq detalları açıqlayıb.
Nümayəndəlik rəsmisi uşağın ölümünə həkim nəzarətindən kənar tibbi müdaxilənin səbəb olduğunu deyib:
"Uşaq qızılcalı olub, məktəbə getmirmiş. Evdə hərarəti qalxıb, nənəsi dərman verib, ondan sonra uşağın halı qarışıb. Amma hansı dərman verdiyini bilmirəm. Həkimlərin xəbəri olmayıb, əslində, gərək sahə həkiminə zəng vuraydılar, kimsə gəlib baxaydı. Elə bundan sonra da dünyasını dəyişib".
O, uşağın anası və nənəsi ilə birgə yaşadığını qeyd edib:
"Uşağın atası ilə anası rəsmi boşanıblar, ata rayon adamıdır, ana uşağı götürüb gəlib valideynləri ilə yaşayır. Qəsəbə adamıdır, çox zəhmətkeş, abırlı-həyalı, qeyrətli bir gəlindir, alın təri ilə o uşağı böyüdürdü".
Uşağın lazımi yaşlarında peyvənd olunub-olunmamasına gəldikdə isə qurum rəsmisi bunları deyib:
"Onlar qəsəbədə qeydiyyatsız yaşayırlar. Vətəndaş qeydiyyatsızdırsa, biz ona bununla bağlı arayış veririk ki, poliklinikada kart açaraq müayinə və müalicə oluna bilsin".
Ərazidə yerləşən uşaq poliklinikası ilə əlaqə saxladıq, lakin onlar vəfat edən uşağa aid tibbi məlumatların Bakı Baş Səhiyyə İdarəsinə verildiyini deyərək, əlavə heç bir məlumat vermədilər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1002 Tarix: 01 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Maşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ
Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is
2 oktyabrMəktəbdə nöqsanlar aşkarlandı, direktor işdən çıxarıldı
Şəmkir rayonu Hacı Zeynalabdin Tağıyev adına Kür qəsəbə tam orta ümumtəhsil məktəbində aparılmış monitorinq zamanı müəssisənin fəaliyyətində ciddi hüquqi və inzibati nöqsanlar müəyyən edilib. xəbər verir ki, bu barədə APA-ya Qazax-Tovuz Regional Tədris idarəsindən məlumat verilib. Bildirilib ki, qey
2 oktyabr21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi
2023-cü ildə Qusar Rayon Mərkəzi Xəstəxanasında 2002-ci il təvəllüdlü Aysel Babayevanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi nəhayət başa çatıb. "Qafqazinfo" xəbər verir ki, xəstəxananın doğum şöbəsinin mama-ginekoloqu 1961-ci il təvəllüdlü Elmira Əsgərovaya hökm oxunub
1 oktyabr"Baku Electronics"in sığorta təklifinə aldanmayın - Şikayət
"Baku Electronics" mağazalar şəbəkəsində alınan məhsullara təklif edilən sığorta ilə bağlı müştəri narazılığı yaranıb. xəbər verir ki, Orxan Əbilov sosial şəbəkə hesabında mağazadan alış-veriş edən şəxslərə sığorta məsələsində diqqətli olmağı tövsiyə edib. O bildirib ki, mağazadan aldığı "Motorola"
30 sentyabrTemperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-
1 oktyabrBakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə
2 oktyabrMasallıda kimya dərsində xəsarət alan şagirdin son durumu - Rəsmi açıqlama
Masallı rayonunda 3 nömrəli tam orta ümumtəhsil məktəbində baş verən hadisənin təfərrüatı məlum olub. Valideynlər hadisənin səhlənkarlıqdan baş verdiyini və xəsarət alanların sayının orta məktəb rəhbərliyi tərəfindən gizlədildiyini iddia edirlər. Olay zamanı gözündən ciddi xəsarət alan 2013-cü il təvəllüdl
2 oktyabrQadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə
30 sentyabr