"Bu gün Laçının işğaldan azad olunmasından üç il ötür"-ŞƏRH
Bu gün Laçının işğaldan azad olunmasından üç il ötür.
"Laçının azad olunması Azərbaycan üçün tarixi hadisədir. Təsadüfi deyil ki, Qarabağ və Şərqi Zəngəzurun işğalı məhz Azərbaycanın o zamankı səbatsız və xəyanətkar idarəçiliyinin günahı ucbatından Laçının itirilməsi ilə başlanmışdı. Üç il öncə isə bu dilbər guşənin düşmən tapdağından xilas olması ilə həm Ermənistan, həm də separatçılar Laçınla bərabər sonuncu murdar ümidlərini itirmiş oldular. Bu mənada, əgər Şuşanın azad edilməsi Azərbaycanın hərbi Zəfəridirsə, Laçının azad edilməsi də Azərbaycanın tarixi hərbi-siyasi qələbəsidir".
Bu sözləri Sonxeber.az-a deputat Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, ikinci vacib məqam, cənab Prezidentin də dediyi kimi, biz bir güllə atmadan Laçın rayonunu qaytardıq. Baxın, bu qədər strateji əhəmiyyətinə baxmayaraq əgər düşmən öz nəzarətində olan ən vacib məntəqəni Dəmir yumruğun təhdidi altında səssizcə boşaltmağa məcbur oldusa, bu gün Ermənistan, onun havadarları üç il əvvəlki reallığı unutmamalı, Azərbaycanın hərbi-siyasi gücünü bu üç il ərzində daha da artırdığını başa düşərək bizim iradəmizlə hesablaşmalıdırlar.
"Laçının azadlığı müjdəsini verərkən, cənab İlham Əliyev qeyd etmişdi ki, bu rayonun Azərbaycanın gələcək iqtisadi inkişaf prosesində mühüm rolu olacaqdır. İşğala son qoyulmasından cəmi 8 ay sonra, 2021-ci ilin avqustunda Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tərəfindən Laçın Beynəlxalq Hava Limanının, o cümlədən bir sıra infrastruktur layihələrinin təməli qoyuldu. Bu gün isə artıq Laçında laçınlılar yaşayır, Laçın özünün əzəli və əbədi sakinlərinə qovuşaraq tarixi dirçəliş dövrünə qədəm qoyub.
Əlbəttə, bu o deməkdir ki, işğal altında xarabazara döndərən ermənidən fərqli olaraq Azərbaycan Laçına inkişaf və tərəqqi gətirir. Böyük layihələrə start verilməsi, eyni zamanda bu torpaqların əsl sahibi kimi Azərbaycanın və dövlət başçısının iradəsinin göstəricisidir. İndiki məqamda güclü iradə isə zəfərin davamlılığının əsas təminatıdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 578 Tarix: 01 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Maşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ
Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is
2 oktyabrMəktəbdə nöqsanlar aşkarlandı, direktor işdən çıxarıldı
Şəmkir rayonu Hacı Zeynalabdin Tağıyev adına Kür qəsəbə tam orta ümumtəhsil məktəbində aparılmış monitorinq zamanı müəssisənin fəaliyyətində ciddi hüquqi və inzibati nöqsanlar müəyyən edilib. xəbər verir ki, bu barədə APA-ya Qazax-Tovuz Regional Tədris idarəsindən məlumat verilib. Bildirilib ki, qey
2 oktyabr21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi
2023-cü ildə Qusar Rayon Mərkəzi Xəstəxanasında 2002-ci il təvəllüdlü Aysel Babayevanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi nəhayət başa çatıb. "Qafqazinfo" xəbər verir ki, xəstəxananın doğum şöbəsinin mama-ginekoloqu 1961-ci il təvəllüdlü Elmira Əsgərovaya hökm oxunub
1 oktyabr"Baku Electronics"in sığorta təklifinə aldanmayın - Şikayət
"Baku Electronics" mağazalar şəbəkəsində alınan məhsullara təklif edilən sığorta ilə bağlı müştəri narazılığı yaranıb. xəbər verir ki, Orxan Əbilov sosial şəbəkə hesabında mağazadan alış-veriş edən şəxslərə sığorta məsələsində diqqətli olmağı tövsiyə edib. O bildirib ki, mağazadan aldığı "Motorola"
30 sentyabrTemperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-
1 oktyabrBakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə
2 oktyabrMasallıda kimya dərsində xəsarət alan şagirdin son durumu - Rəsmi açıqlama
Masallı rayonunda 3 nömrəli tam orta ümumtəhsil məktəbində baş verən hadisənin təfərrüatı məlum olub. Valideynlər hadisənin səhlənkarlıqdan baş verdiyini və xəsarət alanların sayının orta məktəb rəhbərliyi tərəfindən gizlədildiyini iddia edirlər. Olay zamanı gözündən ciddi xəsarət alan 2013-cü il təvəllüdl
2 oktyabrQadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə
30 sentyabr