ABŞ-ın əməliyyatın bərpasını dəstəkləməsinin şok səbəbi

ABŞ-ın əməliyyatın bərpasını dəstəkləməsinin şok səbəbiİsrail və HƏMAS arasında gedən müharibə düşündüyümüzdən daha genişmiqyaslıdır. Baş verənlər qlobal sərmayə sahiblərinin istəyinin nəticəsidir. Yəni HƏMAS İsrailə hücum etməsəydi belə, yenə Qəzzaya hücum olacaqdı.

Bu sözləri ABŞ-ın Qəzzada atəşkəsin uzadılmasına deyil, hərbi əməliyyatların bərpasına dəstəyini ifadə etməsinin pərdə arxasındakı səbəbləri haqqında danışan Türkiyənin Qaziantep Universitetinin müəllimi, terror və təhlükəsizlik eksperti Əli Fuad Gökçə deyib.

Alim İMEC iqtisadi dəhlizi layihəsinin həyata keçirilməsi məqsədilə Qəzza və Qərbi Şəriyə arasında xəttin təmizlənməsinin ABŞ üçün böyük əhəmiyyət daşıdığını, ona görə də hərbi əməliyyatların bərpasını dəstəklədiyini vurğulayıb:

"Cavabını tapmalı olduğumuz əsas sual isə beynəlxalq sərmayə sahiblərinin hazırki istəyidir. Bu gün Birləşmiş Ərəb Əmirliyi və Səudiyyə Ərəbistanı BRİKS-ə üzv oldu. BRİKS ölkələri isə ticarəti dollar ilə yox, öz pul vahidləri ilə etmək qərarı verib. Yəni artıq dolların rezerv pul vahidi olmaqdan çıxarılma prosesi başlayıb. Bu isə başda ABŞ olmaqla, qlobal sərmayə sahiblərinin maraqlarına ciddi təhlükədir. Son nəticədə Vaşinqton bölgədə dollara və neftə söykənən hegemon mövqeyini itirə bilər. Digər bir məqam isə ABŞ və Çin arasında Sakit okean siyasəti məsələsində olan ziddiyyətlərdir. ABŞ son G-20 Zirvəsi zamanı Çini təkləmək üçün Hindistanı yanına çəkməyi bacardı. Amma BƏƏ ilə Səudiyyə Ərəbistanının bölgə ölkələri ilə problemlərini həll edərək, münasibətlərini düzəltməsi Vaşinqtonu narahat edən məsələlərdəndir. Ona görə də Vaşinqton sözügedən ölkələri ətrafında toplamaq üçün həmlə kimi son G-20 Zirvəsində İMEC layihəsini təqdim etdi. Layihə Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi də adlanır. İMEC-in reallaşdırılmasında ABŞ-ın Çindən qopardığı Hindistan, BƏƏ və Səudiyyə Ərəbistanı, İordaniya və İsrail birgə işləyəcək. Bu ticarət marşrutu İsrailin Aralıq dənizindəki Hayfa limanına çatmaq üçün Qəzza ilə Qərbi Şəriyə arasındakı 90 kilometrlik məsafədən keçməlidir. Bütün bunlara görə bəhs etdiyimiz qlobal sərmayə sahibləri bölgədəki HƏMAS-ı da özünə təhdid görür. Çünki 90 km-lik xətti yetərincə qoruya bilməyəcəklərini düşünürlər. Bəhs etdiyimiz hədəflərin əldə olunması üçün isə Netanyahu hökumətinə əməliyyata başlamaq təlimatı verdilər. Dünən Blinkenin, ondan əvvəl Con Kirbinin və başqalarının İsrailə xəbərdarlıq etmələrindəki məqsəd isə ABŞ-ı meydana gələn müharibə cinayətlərində günahkar sayılmaqdan qurtarmaqdır. Əgər ciddi bir təzyiq olmasa, İsrail qoyulan hədəfə çatmaq üçün ABŞ-ın dəstəyi ilə müharibəni sonadək davam etdirəcək".

Qeyd edək ki, 24 noyabrda Qəzza zolağında başlayan atəşkəs ötən gün bitib və hərbi əməliyyatlar bərpa olunub.

Mənbə: axar.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 676   Tarix: 02 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Rusiya Kiyev və ətraf ərazilərdəki enerji obyektlərinə zərbələr endirib

Ukrayna rəsmiləri bildiriblər ki, Rusiyanın pilotsuz təyyarələri və raket hücumları çərşənbə günü Kiyevdə və yaxınlıqdakı ərazilərdə enerji infrastrukturuna zərbə endirib. Reuters-ə istinadən xəbər verir ki, bu, milli enerji sistemini dağıtmağa yönəlmiş daha bir qış kampaniyasının başlanğıcıdır. Ba

30 sentyabr
.

Süni intellekt bioloji silah yarada bilərmi?

"Mindgard" təhlükəsizlik şirkətinin apardığı sınaqlar zamanı çinli süni intellekt şirkəti "Moonshot"ın iki modelində mürəkkəb təlimatlarla təhlükəsizlik məhdudiyyətlərinin aşılmasının mümkün olduğu üzə çıxıb. Tədqiqatçılar modellərdən normal şəraitdə cavab verməməli olduqları təhlükəl

1 oktyabr
.

ABŞ-İran müharibəsində yeni gəlişmə: Vaşinqton Tehranın təklifinə cavab verdi

ABŞ və İran arasında davam edən müharibə fonunda diplomatik təmaslar yenidən gündəmə gəlib. Vaşinqtonun Tehranın təqdim etdiyi atəşkəs təklifinə cavab verdiyi bildirilir. Məlumata görə, ABŞ-ın cavabı Qətər vasitəçiləri vasitəsilə İrana çatdırılıb. Təklifdə 7 günlük atəşkəs və Hörmüz boğazının mərhələl

30 sentyabr
.

Fransada etirazlar zamanı onlarla tələbə yaralanıb

Fransada məktəblərin vəziyyəti, resurs çatışmazlığı və imtahanların yaratdığı streslə əlaqədar tələbələrin davam edən nümayişləri fonunda onlarla tələbə və təhsil işçisi yaralanıb. "Report"un "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, Fransanın təhsil naziri Eduard Jeffre

30 sentyabr
.

Finlandiyada deputatların evlərinə gizli müdaxilələr araşdırılır

Finlandiyanın Baş naziri Petteri Orpo ölkədə bir sıra deputatların evlərinə baş verən şübhəli müdaxilələrin arxasında xarici dövlətin dayana biləcəyini istisna etməyib. The Guardian-a istinadən xəbər verir ki, Helsinki bölgəsində son bir il ərzində bir neçə deputat evlərinə müdaxilə edildiyini bildirib

2 oktyabr
.

The Washington Post: "Meksikada illərdir açılmayan cinayət işi üzrə yeni sübutlar ortaya çıxıb"

Meksikada uzun illərdir açılmamış qalan səs-küylü cinayət işi ilə bağlı araşdırmada yeni sübutlar ortaya çıxıb. The Washington Post-a istinadən xəbər verir ki, istintaq orqanları əvvəlki illərdə toplanmış materialları yenidən araşdırır və yeni əldə edilən dəlillər əsasında hadisənin iştirakçılarını müəyyənləşdirməy

30 sentyabr
.

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib. "Report" xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Məhdudiyyətlər 23 fiziki və hüquqi şəxsə, eləcə də 8 gəmiyə qarşı tətbiq edilib. Sanksiyalar 23 fiziki və hüquqi şəxsə, eləcə də 8 gəmiyə şami

1 oktyabr
.

Qrinspan BMT Baş katibi seçkilərində liderliyini qoruyub saxlayıb

Kosta Rikanın keçmiş vitse-prezidenti Rebekka Qrinspanın BMT Baş katibi vəzifəsinə keçirilən ilkin səsvermənin dördüncü turunda lider olduğu açıqlanıb. xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının üzvləri Baş katib vəzifəsinə namizəd seçmək və onu BMT Baş Assambleyasına təklif etmək üçün ilkin səsverm

30 sentyabr
.

Türkiyədə mədəndə uçqun: Dağıntılar altında qalanlar var

Türkiyənin Manisa vilayətinin Soma rayonunda fəaliyyət göstərən kömür mədənində uçqun baş verib. "TRT Haber"ə istinadən xəbər verir ki, uçqun altında qalan 7 işçidən 2-si sağ çıxarılıb. Digərlərinin axtarış-xilasetmə əməliyyatları davam edir

1 oktyabr