Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA

Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMABakının Məhəmməd Xiyabani küçəsində 18 fərdi yaşayış evinin və bəzi obyektlərin sökülməsi nəzərdə tutulur. Sakinlərin sözlərinə görə, ilkin olaraq onlara kvadratmetr üçün 2700 manat kompensasiya təklif edilib, daha sonra isə ödənişin evlərin qiymətinə əsasən hesablanacağı bildirilib. Əmlakın məcburi özgəninkiləşdirilməsi zamanı kompensasiyanın müəyyənləşdirilməsi vətəndaşların mülkiyyət hüquqlarının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır, qanunvericilikdə əmlakın bazar qiyməti əsasında qiymətləndirilməsi nəzərdə tutulur.

Bəs, sakinlərə ödəniləcək kompensasiya hesablanarkən evlərin və torpaq sahələrinin real bazar qiyməti hansı meyarlar əsasında müəyyən edilməlidir və təklif olunan məbləğlə həmin ərazidəki mənzil və torpaq qiymətləri arasında ciddi fərq yaranarsa, sakinlərin hüquqları necə qorunmalıdır?
Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, harada söküntü işi planlaşdırılırsa, həmin ərazilərdə bina sakinləri gələcəkdə qiymətləndirici şirkətin və ya hər hansı digər qurumun müəyyən edəcəyi kompensasiya məbləğindən narahatdırlarsa, yəni bunun real bazar dəyərini əks etdirməyəcəyini düşünürlərsə, qiymətləndirmə həyata keçirilməlidir.

"Bunun üçün qiymətləndirici şirkətlərə müraciət olunmalı və həmin şirkətlər tərəfindən hesabat hazırlanaraq əmlakın real bazar dəyəri müəyyənləşdirilməlidir. 1 kvadratmetrin 2700 manat təşkil edildiyi və sonradan yaxınlıqdakı binaların əsas götürülə biləcəyi bildirilsə də, real qiymətləndirmə işləri Azərbaycan Respublikasının "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanununa uyğun olaraq həyata keçirilməlidir. Adətən kompensasiya məbləği müəyyənləşdirilərkən həmin ərazidə orta qiymətlər əsas götürülür. Bu zaman mənzilin təmiri, yerləşməsi, yəni küncdə və ya ortada olması, mərtəbəsi və digər bu kimi göstəricilər nəzərə alınmır. Yalnız həmin ərazidə orta qiymət müəyyən edilir və mənzilin ümumi sahəsinə vurularaq kompensasiya məbləği hesablanır. Vətəndaşlar öz hüquqlarını necə qoruya bilərlər? İlk növbədə qiymətləndirici şirkətə müraciət edib qiymətləndirmə hesabatı almalıdırlar. İkincisi, hüquqi yardım üçün vəkillərə müraciət edərək hüquqlarını qorumalıdırlar. Onların hüquqları ondan ibarətdir ki, kompensasiya məbləği həmin ərazinin bazar dəyərinə uyğun şəkildə müəyyən edilsin".

Ekspert bildirib ki, daha yaxşı olar ki, hər hansı söküntü işi aparılarkən onun əvəzinə başqa bir əmlak təklif olunsun:

"Əgər bu mümkün deyilsə, həmin obyektin, mənzilin və ya fərdi yaşayış evinin yerləşdiyi ərazidə bazar dəyərlərinə uyğun şəkildə hesablamalar aparılmalı və müvafiq kompensasiya ödənilməlidir. Torpaq sahələrinə gəlincə isə, hər hansı tikinti sahəsi kvadratmetrlərə uyğun olaraq hesablanarkən, əgər həmin torpaq üzərində mülkiyyət hüququ varsa, yəni dövlət və ya istifadə hüququ deyil, o zaman həmin məbləğ vətəndaşa ödənilir. Yəni torpaq sahəsindəki mülkiyyət hüququndan imtinanın qarşılığı olaraq həmin məbləğ ödənilir".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 480   Tarix: 30 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakını yağışa nə qədər hazırlaya bildik? - Zaur Mikayılovla MÜSAHİBƏ

Payızın gəlişi ilə Bakıda yağışlı hava və onun yaratdığı mümkün fəsadlarla bağlı suallar yenidən gündəmə gəlir. Bununla əlaqədar Bakibaku saytının müxbiri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılova müraciət edib. Paytaxt sakinlərini narahat edən sualları şəhərin su təchizat

29 sentyabr
.

Bu ərazidə su olmayacaq - Xəbərdarlıq

Paytaxtın Suraxanı rayonunda su kəsiləcək. xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, rayonun Hövsan kəndinin bəzi ərazilərini içməli su ilə təmin edən xətdə baş vermiş qəzanın aradan qaldırılması işləri çərçivəsində su təminatında bu gün ərzind

28 sentyabr
.

Mənzil bazarında qiymətlər bu səbəbdən ARTIR - AÇIQLAMA

Son dövrlər Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin dinamikası yenidən diqqət mərkəzindədir. Mənzil qiymətlərinin formalaşmasına tikinti xərcləri, torpaq sahələrinin qiyməti, ipoteka və kredit imkanları, əhalinin alıcılıq qabiliyyəti, tələb-təklif nisbəti və yeni tikililərin bazara çıxarılmas

30 sentyabr
.

Əhalinin NƏZƏRİNƏ: Azərbaycanda bu xidmət elektronlaşdırıldı

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin göstərdiyi "Torpaq sahəsinin koordinatlarının yerdə (naturada) müəyyən edilərək tanıdılması" xidməti elektronlaşdırılıb. xəbər verir ki, bu barədə qurum məlumat yayıb. Bildirilib ki, əvvəllər müraciətlərin qəbulu və icra nəticəsind

30 sentyabr
.

Azərbaycanda zəlzələ oldu

Lənkəran rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.4, dərinliyi isə 25 km olub. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub

29 sentyabr
.

Sabah da yağış yağacaq

Sentyabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal

29 sentyabr
.

Bakının bəzi küçələrində yollar bağlanacaq - 29-u saat 21:00-dan etibarən...

Bakının bir sıra küçələrində aparılacaq təmir işləri və hərəkət sxemində ediləcək dəyişikliklərlə əlaqədar sentyabrın 29-u saat 21:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkətinə qısamüddətli məhdudiyyətlər tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib

29 sentyabr
.

Bərdədə restoranda dava: Administrator müğənninin sevgilisini döydü

Bərdə rayonunda restoranda dava olub. -a istinqadən xəbər verir ki, hadisə rayon ərazisindəki "Qızıl balıq" restoranında baş verib. Restoranda müğənni kimi fəaliyyət göstərən Yeganə adlı xanım Yalçın adlı şəxslə sevgi münasibətində olub. Yalçın Yeganəyə görə restorana gəlib və onunla maraqlanıb

29 sentyabr
.

"Açığı, gəzə bilmirəm..." - Abid Şərifov

"Artıq bir müddətdir ki, sağlamlığımda problem yaranıb". "Qafqazinfo" xəbər verir ki, bunu -a açıqlamasında Baş nazirin sabiq müavini Abid Şərifov deyib. O bildirib ki, hazırda evdə dincəlir və səhhətində yaranan problemlə əlaqədar çölə çıxa bilmir:. "Hazırda evdəyəm, heç yer

29 sentyabr