"Koronovirus təhlükəsi hələ sovuşmayıb, arxayın olmamalıyıq"

"Koronovirus təhlükəsi hələ sovuşmayıb, arxayın olmamalıyıq""COVID-19 pandemiyası zamanı istər qlobal miqyasda, istərsə də Azərbaycandakı proseslərin gedişinə nəzər yetirsək, görərik ki, dövlətimiz bu istiqamətdə bütün imkanlarını səfərbər etdi. Azərbaycan səhiyyə təşkilatları, o cümlədən dövlətin müvafiq qurumları pandemiya ilə mübarizədə Azərbaycan modelini ortaya qoydu".

Bunu "Report"a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli deyib.

O söyləyib ki, Azərbaycan koronovirus pandemiyası ilə mübarizədə kifayət qədər uğur qazanmış ölkədir:

"Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da dəfələrlə Azərbaycanın yanaşmasını bəyəndiyini bildirib. Hazırda ölkədə epidemioloji vəziyyət nəzarət altındadır. Bu, həm ölkəyə virusun daxil olmasının, həm də ölkə daxilində yoluxmanın qarşısının alınması istiqamətində aparılan tədbirlərin kifayət qədər uğurla həyata keçirilməsinin göstəricisidir. Vaksinasiya prosesində də Azərbaycanın qazandığı uğurlar danılmazdır".

M.Məmmədli bildirib ki, payız-qız mövsümü, eləcə də COVID-19-un hələ də davam etməsi riskini nəzərə alaraq, təhlükə hələ sovuşmayıb:
"Kütləvi peyvəndləmə hesabına insanlarda immunitet yüksəlib, müəyyən qədər də alovlanmalar sönüb. Buna arxayın olmamalıyıq, çünki xəstələnmə halları hələ də var. RNT tərkibli virusların mutasiya olunma riski pandemiya dövründə də olub".

Deputat vurğulayıb ki, viruslar davamlı mutasiyalara uğradığından ehtiyatlı olmaq və prosesi nəzarətdə saxlamaq lazımdır:

"İstər yaxın, istərsə də uzaq xarici ölkələrdə müxtəlif ştammların meydana çıxması müşahidə olunur. Ermənistanda daha fərqli ştammın aşkarlanması hələ də risk faktorlarının qalmasının sübutudur. Yoluxuculuq qabiliyyəti yüksək və xəstəliyi daha ağır formada keçirməyə səbəb olan koronavirus mutasiyasının meydana çıxması təhlükəsi hər zaman var".

Parlament üzvünün fikrincə, COVID-19 əleyhinə peyvənd olunan insanların immunitet yüksəldiyinə görə orqanizm törədici ilə daha intensiv mübarizə aparır, virusun özü də təkmilləşməyə doğru gedir:

"İmmun reaksiyalara qarşı dözümlü ştammların mutasiyaya getmə ehtimalı var. Bütün bunlara baxmayaraq arxayınlaşmamalı, mübarizəyə davam etməliyik. Hələ də koronavirusla əlaqəli araşdırmalar davam edir. Çünki koronovirusa yoluxanlar bu gün də aşkarlanır. Təbii ki, həmin şəxslərə nəzarət olmalıdır. Xarici ölkələrdən gələn təhlükələri nəzarət altında saxlayan təşkilatlardan lazımı məlumatları almalı, bu istiqamətdə tədbirlər görülməlidir".


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 717   Tarix: 02 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qadınlarda "supergörmə" geni ola bilər, amma adətən "yatmış vəziyyətdə" qalır

Qadınların 12 faizə qədəri potensial olaraq əlavə rəng reseptoru verən genlərin daşıyıcısı ola bilər. Bu isə onlara digər insanların görə bilmədiyi rəngləri ayırd etmək imkanı verə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Popular Mechanics" məlumat yayıb. İnsanların adi görmə qabiliyyət

22 sentyabr
.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabınd

26 sentyabr
.

Yatanda işığı açıq saxlamaq ürəyə ziyandır

Gecə yuxusu zamanı işığı açıq qoymaq ürəyin quruluşu və funksiyasında potensial zərərli dəyişikliklərə səbəb ola bilər. Axşam.az xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə saatlarında işığa məruz qalma ilə ürək-damar problemləri arasındakı əlaqə araşdırılıb

20 sentyabr
.

Alimlər beş saniyə qaydasını yoxladı: Hansı qida ən çox bakteriya topladı?

Bir çox insan yerə düşən qidanı məşhur "beş saniyə qaydası"na güvənərək götürüb yeməyə davam edir. Bəs bu qayda həqiqətən işləyirmi? Alimlər bunu eksperiment yolu ilə yoxlamağa qərar veriblər və nəticələr sadəcə "bəli" və ya "xeyr" cavabından daha maraqlı olub. Qaynarinf

29 sentyabr
.

Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı

Mütəxəssislər müntəzəm mütaliənin beyin sağlamlığına və ümumi rifaha müsbət təsir göstərə biləcəyini müəyyənləşdirib. Araşdırmalara görə, bunun üçün hər gün uzun saatlar kitab oxumağa ehtiyac yoxdur. Qaynarinfo xəbər verir ki, Kembric Universiteti və "Queen’s Reading Room" təşkilatının alimlər

28 sentyabr
.

İnsan beyninin sirri açıldı

Stanford Universitetinin alimlərinin apardığı araşdırma insan beyninin inkişafı ilə bağlı yeni nəticə ortaya qoyub. "Qafqazinfo" xəbər verir ki, tədqiqatçılar beynin ön və arxa hissələrinin embrional inkişafın çox erkən mərhələsində fərqli progenitor hüceyrə qruplarından əmələ gəldiyini müəyyə

22 sentyabr
.

Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur

Oksford Universiteti təxminən 1 milyon şəxsin məlumatlarını tədqiq edib. Çay və qəhvə istehlakının özündən əlavə, içkilərin içilmə tərzinə dair ortaya çıxan təəccüblü detal qida borusu xərçəngi riskinə birbaşa təsir edir. xəbər verir ki, tədqiqatçılar hədsiz isti çay və qəhvə istehlakı ilə qida borus

13 sentyabr
.

Ürək üçün faydalı olan 6 dəniz məhsulu

Ürək sağlamlığından narahat olan şəxslər qida rasionuna bəzi dəniz məhsullarını əlavə edə bilərlər. Dəniz məhsulları omeqa-3 yağ turşuları ilə zəngindir. Lakin bəzi növlər ürək sağlamlığı baxımından digərlərindən daha faydalı hesab olunur. Qaynarinfo xəbər verir ki, "Verywell Health" kardioloql

14 sentyabr
.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canl

27 sentyabr