Amerikalı senator qalmaqallı Bob Menendesin senatdan getməsinə çağırış etdi: "O, əslində, Nyu-Cersidən deyil"
ABŞ-də konqresmen Corc Santosun Nümayəndələr Palatasından uzaqlaşdırılmasından sonra demokrat senator Con Fetterman hazırda rüşvətxorluq və əlbir olma ittihamları ilə üzləşən senator Bob Menendesin də kənarlaşdırılmasına çağırış edib.
"O getməlidir. Əgər Santosu kənarlaşdıracaqsınızsa, Menendes kimi birinin senatda qalmasına necə imkan verə bilərsiniz?" - deyə Pensilvaniyanı təmsil edən Fetterman bildirib.
"Fikrimcə, daha vacib məqam ondan ibarətdir ki, senatda, əslində, daha pis və ciddi işlər görmüş həmkarımız var", - deyə o, Menendes haqqında fikrini bildirib.
"Hesab edirəm ki, Menendes əslində Nyu-Cersidən deyil, Misirdən olan senatordur. Ona görə də həqiqətən onun getməli olduğunu düşünürəm", - deyə Con Fetterman qeyd edib.
Fetterman bu açıqlamaları Nümayəndələr Palatasının Nyu-Yorkdan olan konqresmeni tarixi səsvermə nəticəsində senatdan uzaqlaşdırmasından dərhal sonra verib. Belə ki, Corc Santosa qarşı 2022-ci ildə kreslosu uğrunda kampaniyası zamanı öz keçmişi haqqında yalan danışdığı ilə bağlı ittiham irəli sürülüb.
İttiham aktına görə, hazırda keçmiş konqresmen elektron rabitə vasitələrindən istifadə etməklə fırıldaqçılığa görə yeddi, çirkli pulların yuyulmasına görə üç, dövlət vəsaitinin mənimsənilməsinə görə bir və Nümayəndələr Palatasına əhəmiyyətli ölçüdə yalan ifadələr təqdim etməyə görə iki maddə üzrə ittiham olunur.
Digər tərəfdən, senator Menendesə həyat yoldaşı Nadin Arslanyan və Nyu-Cersidən olan biznesmen Vael Xana ilə birlikdə keçən ay bir dövlət məmurundan xarici agent kimi istifadə etmək üçün əlbir olmaq maddəsi ilə də ittiham irəli sürülüb.
Menendes öz vəzifə səlahiyyətlərindən üç iş adamının və Misir hökumətinin maraqları naminə istifadə etməsi üçün rüşvət almaqda, o cümlədən ştat və federal hakimiyyətin araşdırma nəticələrinə təsir etmək cəhdində, həmçinin hökumətin məhdud məlumatlarını Qahirəyə ötürməkdə ittiham olunur. O bu ittihamlar üzrə özünü təqsirli bilməyib.
Eyni zamanda senator və onun həyat yoldaşı da qəsbkarlıqda da ittiham ediliblər.
Qeyd edək ki, korrupsiya məhkəməsi Menendesin dövlət qulluğunda çoxillik karyerası ərzində ikinci məhkəmə olub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 722 Tarix: 02 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiya Kiyev və ətraf ərazilərdəki enerji obyektlərinə zərbələr endirib
Ukrayna rəsmiləri bildiriblər ki, Rusiyanın pilotsuz təyyarələri və raket hücumları çərşənbə günü Kiyevdə və yaxınlıqdakı ərazilərdə enerji infrastrukturuna zərbə endirib. Reuters-ə istinadən xəbər verir ki, bu, milli enerji sistemini dağıtmağa yönəlmiş daha bir qış kampaniyasının başlanğıcıdır. Ba
30 sentyabrSüni intellekt bioloji silah yarada bilərmi?
"Mindgard" təhlükəsizlik şirkətinin apardığı sınaqlar zamanı çinli süni intellekt şirkəti "Moonshot"ın iki modelində mürəkkəb təlimatlarla təhlükəsizlik məhdudiyyətlərinin aşılmasının mümkün olduğu üzə çıxıb. Tədqiqatçılar modellərdən normal şəraitdə cavab verməməli olduqları təhlükəl
1 oktyabrABŞ-İran müharibəsində yeni gəlişmə: Vaşinqton Tehranın təklifinə cavab verdi
ABŞ və İran arasında davam edən müharibə fonunda diplomatik təmaslar yenidən gündəmə gəlib. Vaşinqtonun Tehranın təqdim etdiyi atəşkəs təklifinə cavab verdiyi bildirilir. Məlumata görə, ABŞ-ın cavabı Qətər vasitəçiləri vasitəsilə İrana çatdırılıb. Təklifdə 7 günlük atəşkəs və Hörmüz boğazının mərhələl
30 sentyabrFransada etirazlar zamanı onlarla tələbə yaralanıb
Fransada məktəblərin vəziyyəti, resurs çatışmazlığı və imtahanların yaratdığı streslə əlaqədar tələbələrin davam edən nümayişləri fonunda onlarla tələbə və təhsil işçisi yaralanıb. "Report"un "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, Fransanın təhsil naziri Eduard Jeffre
30 sentyabrFinlandiyada deputatların evlərinə gizli müdaxilələr araşdırılır
Finlandiyanın Baş naziri Petteri Orpo ölkədə bir sıra deputatların evlərinə baş verən şübhəli müdaxilələrin arxasında xarici dövlətin dayana biləcəyini istisna etməyib. The Guardian-a istinadən xəbər verir ki, Helsinki bölgəsində son bir il ərzində bir neçə deputat evlərinə müdaxilə edildiyini bildirib
2 oktyabrBritaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib. "Report" xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Məhdudiyyətlər 23 fiziki və hüquqi şəxsə, eləcə də 8 gəmiyə qarşı tətbiq edilib. Sanksiyalar 23 fiziki və hüquqi şəxsə, eləcə də 8 gəmiyə şami
1 oktyabrQrinspan BMT Baş katibi seçkilərində liderliyini qoruyub saxlayıb
Kosta Rikanın keçmiş vitse-prezidenti Rebekka Qrinspanın BMT Baş katibi vəzifəsinə keçirilən ilkin səsvermənin dördüncü turunda lider olduğu açıqlanıb. xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının üzvləri Baş katib vəzifəsinə namizəd seçmək və onu BMT Baş Assambleyasına təklif etmək üçün ilkin səsverm
30 sentyabrTürkiyədə mədəndə uçqun: Dağıntılar altında qalanlar var
Türkiyənin Manisa vilayətinin Soma rayonunda fəaliyyət göstərən kömür mədənində uçqun baş verib. "TRT Haber"ə istinadən xəbər verir ki, uçqun altında qalan 7 işçidən 2-si sağ çıxarılıb. Digərlərinin axtarış-xilasetmə əməliyyatları davam edir
1 oktyabr