Arif Alışanova qarşı sui-qəsd cəhdi ilə bağlı yeni xəbər
"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) keçmiş sədri Arif Alışanova qarşı dələduzluqda və onu öldürməyə cəhddə ittiham eidlən şəxslərin cinayət işi ilə bağlı Ali Məhkəməyə müraciət edilib.
"Qaynarinfo" xəbər verir ki, iş hakim Nazim Mövsümovun icraatındadır.
İttiham aktına əsasən, 2013-2017-ci illər ərzində "Azərbaycan Dövlət Televiziya və Radio verilişləri" QSC-nın sədri Arif Alışanovun Bakı şəhəri və Şamaxı rayonunda yerləşən əmlaklarını ələ keçirmək üçün Şücaət Əkbərov Musabi Namazov, Qoçəli Cəbiyev və Zöhrab Şirinovla birlikdə mütəşəkkil dəstə yaradıb.
Şücaət Əkbərov dələduzluq yolu ilə Arif Alışanova məxsus 4 milyon 600 min manat pulunu ələ keçirib. 2016-cı il dekabrın 13-də Arif Alışanovun Şamaxı rayonunun Mədrəsə qəsəbəsindəki evinə gələcəyini qabaqcadan bilən Əkbərov Arif Alışanovu, onun qızı Nigarı və sürücüsü Hacı Babayevi öldürməsini Qoçəli Cəbiyevlə Musabi Namazova tapşırıb.
Buna görə onlara 600 000 manat pul vəd edib. Lakin sonradan Namazov həmin cinayəti icra etməkdən imtina edib. Buna görə Cəbiyev 100 000 manata bu işə keçmiş məhkum Zöhrab Şirinovu cəlb edib.
Nəzərdə tutulan gün Arif Alışanov 99-AA-400 dövlət nömrə nişanlı "Toyota Land Cruiser" markalı avtomaşında Çuxuryurd-Şamaxı şosesində hərəkətdə olarkən dəstə üzvləri "Niva" markalı avtomobillə onu hündürlükdən dərəyə salmağa cəhd ediblər. Lakin istəkləri baş tutmayıb.
Bundan əsəbiləşən Şücaət Əkbərovun növbəti planı Alışanovu güllələmək olub. Bu işin görülməsinə öz sürücüsü Aqşin Hüseynovu, həmçinin dəstə üzvləri Qoçəli Cəbiyev, Musabi Namazov və Zöhrab Şirinovu cəlb edib. Alışanov Şamaxı rayonunun Mədrəsə qəsəbəsində yerləşən su hovuzuna baxmağa gedərkən onu öldürməyi planlaşdırıblar.
Lakin fikrini dəyişən Namazov sui-qəsd planı barədə polisə məlumat verib və nəticədə əməliyyat yolu ilə Şücaət Əkbərov, Qoçəli Cəbiyev, Aqşin Hüseynov və Zöhrab Şirinov saxlanılıblar. Məhkəmənin qərarı ilə istintaqın gedişatında Musabi Namazov polisin nəzarətinə verilməklə azadlıqda qalıb, digərləri barəsində həbs-qətimkan tədbiri verilib.
Cinayət işinin məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində aparılıb. Məhkəmənin hökmü ilə Şücaət Əkbərov 18 il, Zöhrab Şirinov və Qoçəli Cəbiyev 16 il, Aqşin Hüseynov 1 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.
Qoçəli Cəbiyev 2020-ci ilin aprelində cəzaçəkmə müəssisəsində dünyasını dəyişib.
Cinayət işi üzrə Arif Alışanovla yanaşı, qızı Nigar Alışanova da zərərçəkmiş qismində tanınıb.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1621 Tarix: 02 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tovuzda qadın qətlə yetirildi - Şübhəli qardaşı oğludur
Tovuz rayonunda silahlı insident baş verib. "Qafqazinfo" xəbər verir ki, rayon sakini 1961-ci il təvəllüdlü M.İsayeva odlu silahdan açılan atəşlə qətlə yetirilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkd
7 avqustQubada qəzada 5 nəfər yaralandı, biri uşaqdır - Foto
Bu gün saat 14 radələrində Bakı-Quba yolunun Quba rayonunun Pirvahid kəndi ərazisindən keçən hissəsində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, "Mercedes" markalı minik avtomobil ilə "İveco" markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb
17 avqustVüsalın qətlini sifariş verənin məhkəməsi başlayır - 13 il sonra...
2013-cü ildə Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verən Xəyal Əli-Zadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Azərbaycan Baş Prokurorluğunun İstintaq idarəsində cinayət işi üzrə ibtidai istintaqı
1 sentyabrQisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
Azərbaycan Respublikasının prokurorluq və daxili işlər orqanlarının birgə fəaliyyəti nəticəsində daha bir xüsusilə ağır cinayətin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib. Qeyd olunub ki, 2019-cu ilin apre
21 sentyabrGömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Elmir Ramazanovun tanışı olduğunu deyərək bir ailənin 74 900 manatını dələduzluq yolu ilə ələ keçirən şəxs həbs edilib. "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1988-ci ildə Şəki rayonunda doğulmu
26 avqustXırdalanda ailə faciəsi - Kişi öldü, qadının vəziyyəti ağırdır-Yenilənib
Xırdalan şəhərində ər və arvad arasında baş verən mübahisə hər ikisinin ölümü ilə nəticələnib. "Report"a istinadən xəbər verir ki, ər-arvad arasında yaşadıqları evdə başlayan mübahisə sonda onların bir-birini bıçaqlaması ilə yekunlaşıb. Nəticədə, kişi aldığı xəsarətlərdən evdə ölüb, qadın is
3 avqustAzərbaycanlı tanınmış iş adamına cinayət işi açıldı
Tanınmış iş adamı, "Mayak Cargo Transportation" şirkətinin rəhbəri Saleh Ağayevə cinayət işi açılıb. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, biznesmenə qarşı Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə ittiham irəli sürülüb. Məlumata görə, Saleh Ağayev Masallıda baş verən davanın iştirakçıs
14 sentyabrBakıda kişi sevgilisini aldadıb 235 min manat aldı - Dubaya qaçdı
Bakıda sevgi münasibətində olduğu qadına qarşı dələduzluq etmiş şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, paytaxtın mərkəzində "makler"lik və evlərin təmiri fəaliyyəti ilə məşğul olan 1986-cı il təvəllüdlü R.Həsənova (şərti) Cinayət Məcəlləsinin 178.3.2-c
26 avqustAta qızı ilə birgə kürəkəni niyə qətlə yetirib?
Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunda kürəkənini öldürməkdə ittiham olunan ata və qızının cinayət işi üzrə məhkəmə başa çatıb və hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisənin səbəbi ilə bağlı bəzi faktlar üzə çıxıb. Məlu
18 sentyabr