Mikayıl Cabbarov: "Azərbaycanda mühüm iqtisadi dəyişikliklər baş verib"
Azərbaycan 2050-ci ilə qədər istixana qazı emissiyalarını əhəmiyyətli dərəcədə - 40% azaltmağı hədəfləyir.
"Report" xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) G77+ Çin liderlərinin Zirvə görüşündə deyib.
"Bura 30 illik erməni işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında iqlim dəyişikliyi ilə bağlı öhdəliklərin yerinə yetirilməsinə töhfə verən "yaşıl enerji" zonasının yaradılması daxildir", - o bildirib.
Nazir vurğulayıb ki, Azərbaycan qlobal təşəbbüslərin qəbulundan sonra onların geniş şəkildə təşviqi və həyata keçirilməsinə güclü sadiqlik nümayiş etdirib:
"Son 20 ildə Azərbaycanda əhəmiyyətli iqtisadi dəyişikliklər baş verib, bunu ümumi daxili məhsulun (ÜDM) üç dəfə artması sübut edir. Ölkə yoxsulluq səviyyəsinin 49%-dən 5%-ə qədər əhəmiyyətli dərəcədə azalmasına nail olub. Bundan əlavə, 2023-cü ildə ÜDM-in təxminən 10%-ni təşkil edəcəyi gözlənilən xarici dövlət borcunun olduqca aşağı səviyyəsi ilə Azərbaycan dünya bazarında seçilir".
Onun sözlərinə görə, dayanıqlı gələcəyə nail olmaq üçün yol aydındır, lakin bu yol həll edilməli olan problemlərlə doludur:
"Yaşıl iqtisadiyyat"a aparan yolda diqqəti çəkən problemlərdən biri də torpaqlarımızın minalarla çirklənməsidir. Azərbaycan təsdiq edir ki, davamlı inkişafın və "yaşıl" transformasiyanın təşviqində minalarla mübarizə təşəbbüslərinin rolu mühümdür".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda ətin qiyməti 19 manat oldu
Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. Qaynarinfo xəbər verir ki, hazırda ət satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kimi mövsüm dəyişikliyin
22 sentyabrBrent markalı neftin qiyməti bir barel üçün 102,02 dollara düşdü
Neft bazarında əvvəlki gün qiymətlərin kəskin artmasından sonra cüzi bir eniş qeydə alınıb. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında dekabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 0,29 dollar (0,28 faiz) az, 102,02 dollar/barel təşkil edib. Cümə axşam
2 oktyabrAzərbaycan Belarusa armud ixracından gəlirini 3 dəfə artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 2,6 milyon ABŞ dolları dəyərində 3 min 885 ton armud ixrac edib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 0,4 % az, kəmiyyət olaraq - 2,1 % çoxdur. Hesaba
1 oktyabrÖtən il Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artıb
Ötən il Azərbaycanda ümumi sahəsi 87 min 265 kvadrat metr olan 1 min 55 mənzil özəlləşdirilib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən müvafiq olaraq 47,2 % və 14,3 % çoxdur. Hesabat dövründə Bakıda 545 (bir il öncəki göstəricidə
18 sentyabrQızılın son qiymətləri bəlli oldu
30 sentyabr 2026-cı il tarixi üçün daxili bazarda qızılın qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızıl 7 015,3050 manat, standart 1 qram qızıl isə 225,55 manat təşkil edir. Mənşəyi və əyyarından asılı olaraq 1 qram qızılın satış qiyməti 99 əyyar təmiz qızıl üçün 225,5
30 sentyabrAzərbaycanın şəkər ixracından gəliri 2 dəfədən çox artıb
Bu ilin yanvar-avqust aylarında ölkədən 91 milyon ABŞ dolları dəyərində 146,9 min tondan çox şəkər ixrac edilib. xəbər verir ki, Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 2,3 dəfə artıb. Cari ilin ilk yarısında şəkərin ümumi ixracda xüsus
16 sentyabr