Qadından niyə aliment alırlar? - Elə hallar var ki...

Qadından niyə aliment alırlar? - Elə hallar var ki...Ərlə arvad boşandıqdan sonra uşaq, demək olar ki, ənənəvi olaraq, anası ilə birlikdə yaşamağa davam edir. Qanunvericiliyə görə, ər və arvad boşandıqdan sonra da yetkinlik yaşına çatmayan uşaqlarına maddi dəstək verməyə borcludur. Bu cür dəstəkdən imtina edilərsə, ərdən və ya arvaddan aliment ödəməsi tələb oluna bilər.

Bizim cəmiyyətdə belə bir fikir var ki, alimenti kişi ödəməlidir. Yəni ata boşandıqdan sonra qadından ayrı yaşasa belə, övladının maddi rifahını təmin etməlidir. Lakin gender bərabərliyi prinsiplərini nəzərə alsaq, qadınların gəlirindən aliment tutulması nəinki məntiqli sayılır, hətta bu hal qanunvericiliklə tənzimlənir. Ekspertlər kişilərin də maddi dəstək hüququnun olduğunu bildirirlər. Ancaq kişilər çox vaxt aliment tələb etmirlər. Onların aliment istəməsinə bəzən qürurları mane olur.

Beynəlxalq təcrübə də bərabərliyi əsas tutur

Xarici ölkələrin təcrübəsinə nəzər salsaq, Rusiya Federasiyasının Ailə Məcəlləsində kişilərin aliment almaq hüquqi tanınır. Qonşu ölkənin Ailə Məcəlləsinə görə, ana ilə bərabər ata da aliment almaqla bağlı iddia qaldıra bilər.

ABŞ-nin Kaliforniya ştatında da əgər boşanma zamanı həyat yoldaşlarından biri digərindən qat-qat çox qazanırsa, digər həyat yoldaşı ondan aliment tələb edə bilər. Və ya əgər həyat yoldaşlarından biri uşaqlarına və ya evə qulluq etmək üçün işindən imtina edərsə, evdə qalan həyat yoldaşı boşanma halında aliment tələb etmək hüququna malikdir. Xarici ölkələrin təcrübəsindəki bu hallar bizim Ailə Məcəlləmizdə də yer alıb.

Təəssüf ki, Azərbaycanda məhkəmə qərarından sonra nə qədər uşağın ana, nə qədər uşağın ata öhdəliyində qalması ilə bağlı statistikanı nə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən, nə də Ədliyyə Nazirliyindən əldə edə bildik.

Bu məsələnin ciddi ictimai müzakirəsi keçirilməlidir

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafanın fikrincə, bu məsələdə məhkəmənin qərarı çox önəmlidir. Çünki situasiyaya görə qərar verilməlidir: "Elə hallar var ki, alimentin qadın, istisna hallarda kişi üçün də ödənməsi nəzərdə tutula bilər. Çünki uşağı kimin himayə etməsi və saxlaması, bunun hansı çətin şərtlərdə gerçəkləşməsi problemi var". Millət vəkili hesab edir ki, bu sahədə məhkəmənin müstəqil qərarvermə mexanizmini inkişaf etdirmək lazımdır: "Bu mexanizm inkişaf edərsə, problem də qalmaz. Hər halda, bu məsələnin ciddi şəkildə ictimai müzakirədən keçməyinin tərəfdarıyam. Biz Aliment Fondunun yaradılması məsələsini də həll edə bilmədik. Bu fond olsaydı, dövlətin bu cür uşaqlara qayğısını daha çevik şəkildə gerçəkləşdirmək mümkün ola bilərdi. Ümumiyyətlə, bu sahədə bir çox problem var. Biz onların həlli istiqamətində düşünməliyik".

Qanunvericilikdə ata-ana ayrı-seçkiliyi yoxdur

Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Ruslan Vəliyev məsələ ilə bağlı qanunvericilikdə ayrı-seçkiliyin olmadığını bildirir: "Ailə Məcəlləsində konkret olaraq hansı valideynə aliment ödənilməsi göstərilməyib. Məcəllədə "Uşağı saxlayan valideyn digər valideyndən aliment ala bilər" və ya "Uşaqdan ayrı yaşayan valideyn onun saxlanması üçün aliment ödəməlidir", - deyə qeyd edilib: "Yəni uşaqla yaşamayan valideyn uşaqla yaşayan valideynə aliment ödəməlidir. Təcrübədə də kifayət qədər işlər olur ki, məhkəmə qaydasında anadan aliment tutulur. Bu, Azərbaycanda geniş yayılmasa da, normal haldır. Mənim icraatımda olan 3-4 işdə konkret olaraq ataya verilməsi üçün anadan aliment almışıq". Vəkil bildirir ki, uşaqların daha çox ana nəvazişinə ehtiyacı olduğu üçün məhkəmələrdə adətən onların analarının yanında qalması ilə bağlı qərarlar qəbul edilir:

"Qanunvericilik daha çox uşaqların analarının yanında qalmasını təşviq edir. Amma müəyyən səbəblərdən məhkəmələr uşağın atanın yanında qalması ilə bağlı da qərar çıxarırlar. Həmçinin, uşağın özünün kimin yanında qalmaq istəməsi də məhkəmənin qərarına təsir edir. yeddi yaşına qədər olan uşaqlar əksər hallarda ananın öhdəsinə verilir və ata aliment ödəməli olur. Ona görə də cəmiyyətdə daha çox atanın aliment verməsi fikirləri hallanır. Tək-tük hallarda atanın yanında qalan uşaq üçün ana tərəfindən aliment ödənilir. Səhv olaraq insanlarda belə fikir formalaşır ki, yalnız ata aliment ödəməlidir. Ancaq əgər uşaq atanın yanında qalırsa, onda ana aliment ödəməlidir". Vəkil "Aliment daha çox anaya verilir" fikirlərinin geniş yayılmasına da aydınlıq gətirdi: "Məhkəmə qaydasında uşaqların ataya verilməsi uzun bir prosedurdur. Qanun daha çox ananın tərəfində olduğu üçün əksər hallarda anaları qoruyur. Bizim kişilərimiz bəzi hallarda "özüm uşağın ehtiyaclarını qarşılayacam" deyə aliment tələb eləmirlər. Bu, mentalitetə uyğun addımdır. Onlar daha çox gəlirə malik olduqlarını düşünüb qadını öhdəlikdən azad edirlər".

"Qadından niyə aliment alırlar?"

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da ailə qanunvericiliyində ataya da alimentin verilməsinin mümkünlüyünün yer aldığını qeyd etdi: "Ana işləməyəndə, uşağa baxmaq öhdəliyi, məsuliyyəti, yaşayış yeri olmayanda məhkəmə uşağın mənafeyinə uyğun qərar çıxarır və bəzi hallarda onu ataya verir. Əgər ata uşağa baxırsa, qadından aliment alınması tələbi irəli sürür. Əslində, kişilər bəzi hallarda bunu qadını asılı vəziyyətə salmaqdan ötrü edirlər. Qadınlar işləməyəndə borc yığılır və məhkəmə qarşısında cavab verməli olurlar. Belə müzakirələr olanda cəmiyyət də "niyə qadından aliment alırlar?" - deyə kişiləri qınayır". ("Kaspi" qəzeti)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 928   Tarix: 03 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Paytaxtın bu ərazilərində işıq kəsiləcək

Yasamalın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanmas

1 oktyabr
.

20 ildən sonra ARB-dən çıxarılır

"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı

1 oktyabr
.

Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar

Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır. Qaynarinfo -a istinadən xəbər verir ki, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeyd

1 oktyabr
.

Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var

Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 13 əməkdaş bir gündə işdən azad edilib. İşdən çıxarılanlar arasında üç poliklinikanın baş həkimləri də var. "Teleqraf"a istinadən xəbər verir ki, buna səbəb vətəndaşlara sağlamlıq haqqında tibbi arayışların qısa müddə

1 oktyabr
.

Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb

Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə

1 oktyabr
.

Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video

Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Bu barədə -ın qaynar xəttinə (+994 55 224-12-12) vətəndaş tərəfindən şikayət daxil olub. Bildirilib ki, əsas problem Bakıxanov küçəsi, 2 ünvanındakı binanın birinci mərtəbəsində yerləşən restoranı

2 oktyabr
.

"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib

Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə

1 oktyabr
.

"TikTok" Azərbaycanda vergi uçotuna alındı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB"

1 oktyabr
.

Kürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı

Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət

1 oktyabr