"Ermənistan hələ də mina xəritə-sxemləri barədə dəqiq məlumatları vermək istəmir" - Səbinə Əliyeva
"Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal dövründə, habelə ondan sonrakı illərdə Qarabağ və Şərqi Zəngəzur bölgəsindəki ərazilərimizdə çoxsaylı minalar və partlamamış hərbi sursatlar mövcuddur, qarşı tərəf isə hələ də onların xəritə-sxemləri barədə dəqiq məlumatları vermək istəmir".
Sonxeber.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, statistik məlumatlara əsasən, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə nəticələnmiş Vətən müharibəsinin başa çatdığı 2020-ci il noyabrın 10-dan indiyədək arasında mülki şəxslərin üstünlük təşkil etdiyi 65 nəfər mina partlayışı nəticəsində həlak olub, 272 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb: "Ümumilikdə 1991-ci ildən bu günə kimi 357 nəfəri uşaqlar, 38 nəfəri isə qadınlar olmaqla 3416 nəfər minadan zərərçəkən qeydə alınıb".
Ombudsman bildirib ki, çoxsaylı insan itkilərinə, ağır xəsarətlərə və minlərlə insanın əlilliyinə səbəb olan qlobal mina terroru işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı tikinti-quruculuq, bərpa işlərinə, eləcə də ədalətli və davamlı sülhə ciddi maneə yaratmaqda, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıdışı prosesini ləngitməkdə davam edir: "Sonda bir daha Ombudsman təsisatı ilə səmərəli əməkdaşlığa və bugünkü dəyirmi masanın təşkil edilməsində fəal iştirakına görə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinə təşəkkürümü bildirir və tədbirin işinə uğurlar arzulayıram!".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 498 Tarix: 04 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşOrdubadda qaya UÇDU, yolda hərəkət çətinləşdi: 32 ev qazsız qaldı - FOTO
Ordubad rayonu Pəzməri kəndində baş verən qaya uçqunu nəticəsində qaz xətti zədələnib. xəbər verir ki, bu barədə Naxçıvan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, nəticədə 32 ev qazsız qalıb. Hal-hazırda təmir-bərpa işləri davam etdirilir. 10:08. Naxçıvan Muxtar Respublikası (MR
16 aprelSürücülərin DİQQƏTİNƏ! Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Sabah avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, aprelin 17-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava müşahidə olunacaq. Proqnozlaşdırılan hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarınd
16 aprel"DH Volley" komandası voleybol meydançası inşa edib - Şəkillər
"DH Volley" ("Demirören Holdinq") komandası gənclər arasında idmana marağın artırılması, voleybolun daha geniş auditoriyaya çatdırılması və sağlam nəslin yetişdirilməsi məqsədilə Bakıda yerləşən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində sosialyönümlü layihə həyata keçirib
17 aprelBu il bazarlarda alça tapılmayacaq? - Video
Güclü yağışlardan sonra alça bağlarında xəstəlik yayılıb. "Qafqazinfo" AZTV-yə istinadən xəbər verir ki, Göyçaydakı alça bağlarında məhsul yığımı demək olar ki, aparılmır. Səbəb isə məhsuldarlığın kəskin azalmasıdır. Fermerlərin sözlərinə görə, əvvəlki illərdə hər ağacdan orta hesabla 50 kiloqra
18 aprelSabah 22 dərəcə isti olacaq
Azərbaycanda aprelin 17-də 22 dərəcə isti olacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur
16 aprelXalq artistinin qardaşı qızının meyiti tapıldı - 1 həftə əvvəl ölübmüş
Bakı şəhər Nəsimi rayonu, Moskva prospekti 126 ünvanında yerləşən mənzillərin birində 71 yaşlı qadının meyiti tapılıb. ARB-yə istinadən xəbər verir ki, vəfat edən Leyla Şeyxzamanova Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda böyük elmi işçi olub, elmlər doktoru idi. O, mərhum aktyor
17 aprel19 illik müəllim video çəkib üsyan etdi - VİDEO
Şanlıurfa və Kahramanmaraşda baş verən məktəb hücumlarından sonra sosial mediada yayılan video təhsil mühitindəki narahatlığı bir daha gündəmə gətirib. türk mediasına istinadən xəbər verir ki, videoda çıxış edən 19 illik ibtidai sinif müəllimi belə bir dövrü peşə fəaliyyəti ərzində ilk dəfə yaşadığın
16 aprel