Azərbaycanlı blogerlər də çirkli pulların yuyulması ilə məşğuldur? – ŞÜBHƏLİ MƏQAMLAR
Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Türkiyədə çirkli pulların yuyulması ittihamı ilə sosial media fenomenləri Dilan Polat və həyat yoldaşı Engin Polad polis tərəfindən saxlanılıb. Aparılan araşdırmadan sonra daha 24 şübhəli fenomen istintaqa cəlb olunub. Onlardan 16-sı barədə həbs-qətimkan tədbiri seçilib. Bundan başqa istintaqa cəlb edilən fenomenlərin 12-nin əmlakları müsadirə edilib.
Ölkəmizdə də bir çox blogerlərin sosial şəbəkələrdən böyük pullar qazanıb, dəbdəbəli həyat yaşadığı məlumdur. Türkiyədə baş verənlər fonunda, azərbaycanlı blogerlərin də çirkli pulların yuyulmasında iştirakı məsələsi aktuallaşıb. Xüsusilə də, tanınmış blogerlərdən olan Aynişan Quliyevanın sosial şəbəkə hesablarını bağlaması bu yöndə şübhələri daha da artırıb.
"Blogerlərin reklam gəlirləri həqiqəti əks etdirmir"
Məsələ ilə bağlı İKT mütəxəssisi Qəşəm Məmmədovun fikirlərini öyrəndik. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, son illər bəzi insanlar qanunsuz yollarla pul qazanırlar:
"Yəni heç bir daimi iş yeri olmayan şəxslər böyük pulların dövriyyəsini həyata keçirirlər. Buna da çirkli pulların yuyulması deyilir. Çünki ixtiyari hüquqi və fiziki şəxs gəlirlərini bəyan etməlidir. Üstəlik, istənilən iri həcmli nağdsız əməliyyatlar zamanı daxil olan pulun mənbəyi göstərilməlidir. Amma bəzi adamlar heç bir bəyannamə təqdim etmədən hesabına böyük pullar köçürür, bu pulların xaricdəki ofşor hesablarına köçürülməsinə vasitəçilik edirlər.
Türkiyədə, Rusiyada və başqa ölkələrdəki bəzi sosial media nümayəndələri də hesablarına daxil olan küllü miqdarda pulu guya reklam yolu ilə qazandıqlarını deyirlər. Amma hər kəs bilir ki, reklamın da müəyyən qiyməti var. İstənilən blogerin reklam qiyməti hansısa televiziya kanalının reklam tarifindən baha deyil. Bununla belə bəzi blogerlər iddia edirlər ki, gündə, ayda on minlərlə dollar pul qazanırlar. Təbii ki, bu da reallığı əks etdirmir".
"Blogerlər işbazlarla əlaqəyə girərək..."
Qəşəm Məmmədov onu da əlavə edib ki, sosial media fenomenlərinin ən böyük fırıldağı böyük həcmli pulların xaricdəki ofşor hesablara ötürmələridir:
"Bu da o deməkdir ki, bəzi fenomenlər işbazlarla əlaqəyə girərək iri həcmli pulların xaricə çıxarılması prosesində iştirak edirlər. Məsələn, yeni qaydalara görə Azərbaycanda bir nəfər bank hesabından xaricə 10 min dollar həcmində vəsait çıxara bilər. Məbləğ bundan çox olduqda isə qazancın mənbəyi göstərilməlidir.
Amma Türkiyədə bu sahədə limit yüksəkdir. Ona görə də sosial media fenomenləri qeyri-leqal gəlirlərdən əldə edilmiş pulların xarici ölkələrə çıxarılmasında iştirakçı olurlar. Yəqin ki, buna görə də müəyyən ödəniş alırlar. Xaricə çıxarılan pulların miqdarı isə böyük rəqəmlərlə ifadə olunur. Bu da təbii ki, cinayət sayılır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2536 Tarix: 04 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə
2 oktyabr"Poz-Qazan" oyunlarında sentyabrda 22 böyük uduş qazanılıb
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137 ədəd uduşlu bilet sahiblərini sevindirib. Bu biletlər üzrə ödənilən ümumi uduş məbləği 15,823,889 manat təşkil edib. Onlar arasında 22 böyü
2 oktyabrGəncədə 5 şagird zəhərləndi: Araşdırma aparılır
Gəncə şəhərində 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qaynarinfo xəbər verir ki, Gəncədəki məktəblərin birində təhsil alan 5 şagird - S.Abbasova (2017), R.Tağıyeva (2017), R.Kazımova (2017), D.Əliyeva (2017) və N.Quliyeva (2017) zəhərlənib. Onları müəllimlərin köməyi ilə Gəncə Şəhə
1 oktyabrMəktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır
Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə
1 oktyabrErməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"
Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist "Instagram"da öz səfəri haqqınd
1 oktyabrTemperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-
1 oktyabrZaqatalada zəlzələ oldu
Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib
1 oktyabrAzərbaycanda yeni lazer idarəetməli raket hazırlanıb
Azərbaycan istehsalı "MGK MK-82 500 LBS" lazer idarəetməli raketi ilk dəfə "ADEX 2026" sərgisində nümayiş etdirilib. xəbər verir ki, çəkisi 250 kiloqram olan raket döyüş şəraitində lazerlə işarələnmiş sabit hədəfləri məhv etmək üçün istehsal olunub. Raket Azərbaycanda bu il istehsa
30 sentyabr20 ildən sonra ARB-dən çıxarılır
"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı
1 oktyabr