Slavyan Universitetinin sabiq şöbə müdiri yenidən hakim qarşısına çıxır
Bakı Slavyan Universitetinin Əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyeva barəsindəki hökmdən narazı qalıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bununla bağlı xanım müttəhimin vəkili Rövşən Mərəndskiy ittihamedici apellyasiya şikayəti verib.
Vəkil hesab edir ki, müvəkkilinə qarşı irəli sürülmüş ittihamlar birinci instansiya məhkəməsində kifayət qədər dəlil və sübutlarla təsdiqini tapmayıb:
"Bakı Slavyan Universiteti hələ də təhsil ödənişləri mənimsənildiyi iddia olunan 123 nəfərin müqavilələrini bizə təqdim etməyib. Belə olan halda biz onların təhsil haqqı məbləğini və həmin universitetdə oxuduqlarını bilmirik. Bəlkə həmin 123 nəfər tələbə deyil? Bizə konkret sübutlar lazımdır".
Müdafiəçi D.Əliyeva barəsindəki 6 il azadlıqdan məhrumetmə cəzasınının ləğv olunmasını, bəraət qərarı çıxarılmasını xahiş edib.
Xatırladaq ki, D.Əliyeva Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 311.1 (rüşvətalma) və 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb, barəsində istintaq dövrü müddətində həbsə alternativ qətimkan tədbiri seçilib.
İttihama görə, o, BSU-nun Əlavə və qiyabi təhsil şöbəsinin müdiri olduğu 2018-2021-ci illərdə mənimsəmə və rüşvətalma yolu ilə 226 min manat ələ keçirib.
D.Əliyeva özünü təqsirli bilməyib, tələbələrdən alınan pulu universitetin ovaxtkı rektoru Nurlana Əliyevaya verdiyini deyib. N.Əliyeva isə məhkəmədə bütün qanunsuzluqlarda Dürdanə Əliyevanı ittiham edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə D.Əliyeva 6 il azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 655 Tarix: 04 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hava DƏYİŞƏCƏK: Yağış, qar yağacaq və sel keçəcək
Aprelin 19-da Azərbaycanın dağlıq və dağətəyi rayonlarında, 20-dən 21-i gündüzədək isə bəzi yerlərində hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensi
17 aprelBu qurumlar birləşdirildi
Gəncə şəhər Psixo-Nevroloji Dispanseri Gəncə şəhər Psixatriya Xəstəxanasının tabeliyinə verilib. Qaynarinfo xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb. Bundan sonra dispanser şöbə kimi fəaliyyət göstərəcək. Artıq işçilərin bir hissəsi Gəncə Psixatriya Xəstəxanasın
18 aprelGeneral Müşfiq Məmmədov İŞDƏN ÇIXARILDI
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-mayor Müşfiq Məmmədov vəzifəsindən azad edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb. İki il baş idarəyə rəhbərlik etmiş general Məmmədov təqaüdə göndərilib. Hələlik onun yerinə təyinat yoxdur
18 aprel"DH Volley" komandası voleybol meydançası inşa edib - Şəkillər
"DH Volley" ("Demirören Holdinq") komandası gənclər arasında idmana marağın artırılması, voleybolun daha geniş auditoriyaya çatdırılması və sağlam nəslin yetişdirilməsi məqsədilə Bakıda yerləşən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində sosialyönümlü layihə həyata keçirib
17 aprelCeyhun Bayramov NATO rəsmisi ilə görüşüb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində NATO-nun Tərəfdaşlıqlar üzrə baş katibinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi səfir Kevin Hamilton ilə görüşüb. xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında paylaşım edib. XİN rəhbər
18 aprelHava ilə bağlı yol polisindən sürücülərə müraciət
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, həftəsonu paytaxta və respublikanın ayrı-ayrı rayonlarında havanın küləkli olacağı, yağış yağacağı gözlənilir. Qeyd edilən əlverişsiz hava yol hərəkəti təhlükəsizliyi baxımından sürücülərdən daha diqqətli olmağı tələb edir. xəbər verir ki, bu barəd
18 aprelTikTok-da paylaşılan video narazılıq yaratdı
TikTok platformasında yayılan bir video sosial mediada geniş müzakirələrə səbəb olub. xəbər verir ki, canlı yayım açan bir qadın gözlənilmədən özünü yerə ataraq diqqət çəkən hərəkətlər nümayiş etdirib. Qısa müddətdə yayılan görüntülər minlərlə istifadəçi tərəfindən izlənilib və çoxsaylı rəylər toplayıb
17 aprel