Azərbaycanda daha bir məktəbli qızılcadan ölüb

Azərbaycanda daha bir məktəbli qızılcadan ölübNeftçala rayonunun Aşağı Surra kəndində 10 yaşlı məktəbli qızılcadan ölüb.

Sonxeber.az "Report"a istinadən xəbər verir ki, kənd sakini - 2013-cü il təvəllüdlü Samirə Elxan qızı Əliyeva xəstəxanaya çatdırılsa da, həkiməqədər ölüm halı qeydə alınıb.

Yaxınlarının bildirdiyinə görə, o, bir həftə əvvəl qızılcaya yoluxub. Ailəsi onu ev şəraitində müalicə etməyə çalışıb. Lakin getdikcə vəziyyəti daha da ağırlaşıb. S.Əliyeva xəstəxanaya aparılan zaman yolda vəfat edib.

Onun qardaşı da bir müddət əvvəl qızılcaya yoluxub və sağalıb.

Qeyd edək ki, S.Əliyeva Aşağı Surra kənd tam orta məktəbinin 5-ci sinfində təhsil alırmış.

Məlumata görə, məktəblinin qızılcaya yoluxmasından sonra təhsil müəssisəsi dezinfeksiya edilib. Digər şagirdlərin səhhəti nəzarətdə saxlanılır.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, bu, son günlər ərzində qızılcadan həyatını itirən dördüncü uşaqdır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2861   Tarix: 05 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakının mərkəzində yanğın

Bakıda yanğın baş verib. FHN Mətbuat xidmətindən -a bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələr

6 dekabr
.

Beyləqanda ata və 8 yaşlı oğlu qəzada öldü

Dünən Beyləqan rayonunda ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, saat 19:20 radələrində Emin Həziyevin idarə etdiyi "VAZ 21214 Urban" markalı avtomobillə Elmidar Qafarovun sürdüyü "QAZ 33 0210" toqquşub. Nəticədə E.Həziyev hadisə yerində, avtomobildə ola

6 dekabr
.

"Azərbaycan insan haqları və demokratik inkişaf sahəsində öhdəliklərinə tam riayət edir" - DEPUTAT

Avropa İttifaqı (Aİ), eləcə də ABŞ, Böyük Britaniya və İsveçrə səfirlərinin Azərbaycanda "jurnalistlər" və "siyasi fəallar"ın saxlanması ittihamı tam yersiz və həmişəki, kimi qərəzlidir. Azərbaycanda heç kim öz siyasi baxışlarına görə həbs olunmur. Ölkəmizdə insanlar ancaq cinayə

5 dekabr
.

Qadın öldü, əri ağır vəziyyətdə xəstəxanaya aparıldı - Video

Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, dünən saat 21 radələrində Xırdalan-Saray yolunda minik avtomobili yolu keçən ər və arvadını vurub. Nəticədə 1972-ci il təvəllüdlü Könül Novruz qızı Şeydayeva hadisə yerində dünyasını dəyişib. Onun həya

5 dekabr
.

Şərqiyyə Hüseynovanın səhhətində problem yaranıb

Xalq artisti, diktor Şərqiyyə Hüseynovanın səhhətində problem yaranıb. Axşam.az xəbər verir ki, bu haqda aparıcı Vüsalə Əlizadə "İncə səhər" verilişində deyib. O bildirib ki, Ş.Hüseynovanı proqrama dəvət edib. Diktor isə soyuqladığı üçün proqrama qatıla bilməyib

5 dekabr
.

Cəlilabadda AĞIR QƏZA - Ölən və xəsarət alan var

Cəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, VAZ-2110 minik avtomobili ilə "QAZel" markalı yük avtomobilini

5 dekabr
.

Bakının və Abşeronun bəzi yerlərində su kəsiləcək

Magistral su xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar Bakının Yasamal rayonunun bir hissəsinə, eləcə də Abşeron rayonunun Qobu, Güzdək və Hökməli qəsəbələrinə suyun verilməsində fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərləri

6 dekabr
.

Qərbi Azərbaycan həqiqətlərinin təbliği sahəsində fərqlənən bir qrup şəxs təltif edilib

Qərbi Azərbaycan həqiqətlərinin təbliği sahəsində fərqlənən bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamla insan hüquqlarına və əsas azadlıqlarına zidd olaraq Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsind

5 dekabr
.

İki gün əvvəl partlayış olan binanın sakinəri narazıdır

Dekabrın 3-də Sumqayıt şəhəri 13-cü mikrorayonda yerləşən beşmərtəbəli binada baş verən partlayış zamanı mənzillərinə ziyan dəyən sakinlər onlara diqqət göstərilmədiyini deyir. "Qafqazinfo"nun məlumatına görə, bu barədə -a danışan sakinlər bildirib ki, onların vəziyyəti ilə maraqlanan yoxdur

5 dekabr