Təhlükəsizliyə tam zəmanət alındıqdan sonra Qərbi Azərbaycana qayıdış olacaq
"Qəti şəkildə elan etmişik ki, biz Qərbi Azərbaycana dinc şəkildə qayıdacağıq. Ora qayıdacaq insanların təhlükəsizliyinə tam zəmanət alındıqdan sonra qayıdış olacaq".
Sonxeber.az xəbər verir ki, bunu Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov parlamentdə "Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı" mövzusunda keçirilən ictimai dinləmədə deyib.
İcma sədri bildirib ki, insanlarımız ora ləyaqətli şəkildə qayıtmalıdır: "Yəni, Ermənistan vətəndaşlarının malik olduğu bütün hüquqlar bizim soydaşlarımıza da şamil olunmalıdır. Ermənistanın bütün dövlət strukturlarında soydaşlarımızın tamhüquqlu vətəndaş kimi iştirak etmək üçün hər cür şərait yaradılmalı, sosial və iş problemlərinin həlli, dövlət işlərində təmsil olunmaq haqqı təmin olunmalıdır. Bütün bunlar bizim konsepsiyada əks olunub".
Ə.Ələkbərov vurğulayıb ki, Qərbi azərbaycanlılarla bağlı məsələləri qısa müddətdə dünya ictiamiyyətinə biliblər. Son bir il ərzində Qərbi Azərbaycan İcmasının 7 sənədi BMT-nin rəsmi sənədi kimi yayılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 564 Tarix: 06 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezidentin qızı və gəlininin film təqdimatından - Fotoları
Prezident İlham Əliyevin gəlini Alena Əliyeva "Mən, Lalə və Şerlok Holms 2" çoxseriyalı bədii filminin təqdimatından fotolar paylaşıb. "Qafqazinfo" xəbər verir ki, təqdimatda Alena Əliyeva və Leyla Əliyeva iştirak ediblər. Həmin fotoları təqdim edirik:
16 aprelVətəndaş hansı halda inzibati cərimələrə etiraz edə bilər? - AÇIQLAMA
İnzibati cərimələrlə bağlı narazılıqlar cəmiyyətdə ən çox rast gəlinən hüquqi məsələlərdən biridir. Xüsusilə yol hərəkəti qaydalarının pozulması, ictimai asayişlə bağlı cərimələr və ya müxtəlif inzibati xətalara görə tətbiq olunan sanksiyalar zamanı vətəndaşlar tez-tez qərarın ədalətli olub-olmamas
16 aprel"Space"də təcili iclas keçirildi
Bu dəqiqələrdə "Space" televiziyasında təcili iclas keçirilib. -a istinadən xəbər verir ki, televiziyanın rəhbəri vəzifəsini müvəqqəti icra edən Nəriman Əbdüləliyevin göstərişi ilə kanalın bütün əməkdaşları anidən foyeyə çağırılıb. İclasda departament rəhbərləri də iştirak ediblər. Nərima
16 aprelBu endirim kampaniyasında qiymətlər danışacaq - Foto
Tamstore Marketlər şəbəkəsi 16-19 aprel tarixlərində yenidən "Biz susuruq, qiymətlər danışacaq" kampaniyasına start verəcək. Kampaniya zamanı Vanak və Günaydın kərə yağları 12.99 manata, Romaşka xama 25 % 320 qramlıq 3.99 manata, 5 kilolouq Tanelli makaronu 3.90 manata, Əşrəfi basmati düy
16 aprelGədəbəydə körpə qızdırmadan ölüb
Gədəbəydə körpə qızdırmadan ölüb. "Report"a istinadən xəbər verir ki, aprelin 15-i saat 05 radələrində Kiçik Qaramurad kənd sakini, 2025-ci il təvəllüdlü Rəsul Elman oğlu Əsədov xəstəxanada qızdırmadan ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır
16 aprelBir hissəsi Ermənistanda yerləşən su anbarı təmir ediləcək
Azərbaycan və Ermənistan sərhədində yerləşən Coğazçay su anbarı təmir ediləcək. -ın məlumatına görə, Regional Su Meliorasiya Xidməti tender elan edib. Layihə çərçivəsində Coğazçay su anbarının sutullayıcı qurğunun dağılmış hissəsinin əsaslı təmir edilməsi nəzərdə tutulur. Qurum görüləcək işlər müqabilind
16 aprelGüclü külək əsəcək (XƏBƏRDARLIQ)
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında, 18-20-də isə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bakıda və Abşeron yarımadasınd
17 aprel