Prezident: "Azərbaycan və Gürcüstan yaxın tərəfdaşlardır"
"Gürcüstan və Azərbaycan yaxın tərəfdaşlardır. Bizim tərəfdaşlığımız təkcə enerji ilə məhdudlaşmır. Bu əməkdaşlığımız özümüzü - hər iki ölkəni Avropada səfərbər olunmuş vahid, strateji əhəmiyyətə malik komanda kimi təqdim etməyə imkan verdi".
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" mövzusunda beynəlxalq forumda bildirib.
Gürcüstana müntəzəm olaraq səfərlər etdiyini, bu ölkənin baş nazirinin Azərbaycana gəldiyini və hər zaman mühüm məsələləri müzakirə etdiklərini xatırladan dövlətimizin başçısı qeyd edib:
"Biz Gürcüstanın Avropa İttifaqına üzv olmaq istəyini tam anlayırıq və Gürcüstana bu işdə uğurlar arzu edirik".
Azərbaycan Prezidenti Avropa İttifaqının Gürcüstana artıq müəyyən status şamil etməsi münasibətilə təbriklərini çatdırıb.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 692 Tarix: 06 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər
17 sentyabrAntiterror tədbirlərində DİN-in döyüş yolu - Video
44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN
19 sentyabrAzərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir
Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə
18 sentyabrOnlar üçün viza proseduru sadələşdirildi
Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə
21 sentyabr